Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda evsizlərin statistikası niyə aparılmır?

Tarix: 04-11-2022 10:08     Baxış: 5202 A- / A+



Ekspert deyir ki, Bakı şəhərində nə qədər insanın yaşadığı heç hökumətin özünə də məlum deyil.
Evsizlik dünyanın əksər cəmiyyətlərində mövcud olan sosial problemdir. Dövlət Statistika Komitəsindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda mənzilə ehtiyacı olan insanların sayı barədə dəqiq statistika aparılmır: “Evsizlərin və kirayədə yaşayanların sayına dair məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən müşahidəsi aparılan siyahıya daxil deyil”.
2022-ci ilin yanvar ayında açıqlanan statistikaya görə, Bakı şəhərində hər kvadrat kilometrə düşən əhali sayı 1076 nəfərdir. Ayrı-ayrı rayonlara görə rəqəmlərə nəzər salsaq, ən çox sıxlıq Nəsimi rayonundadır - hər kvadrat/kilometrə 22270 nəfər. Yasamal rayonunda hər kvadrat/kilometrə 12465 nəfər, Nizami rayonunda isə hər kvadrat/kilometrə 10095 nəfərdir.
Manatın dövretmə sürətinə hansı amillər təsir edib? – ekspert şərh edir -  26.07.2021, Sputnik Azərbaycan
Rəşad Həsənov

İqtisadçı Rəşad Həsənov  bildirdi ki, əsas səbəb uçotsuzluqdur: “Azərbaycanda əhalinin hərəkəti, müvəqqəti yaşayışı, hətta daimi yaşayışı ilə bağlı qeydiyyat mexanizmi mürəkkəbdir, əlçatan, çevik deyil, elektronlaşmayıb və buna görə də Bakı şəhərində nə qədər insanın yaşadığı heç hökumətin özünə də məlum deyil. Statistika Komitəsi də bu istiqamətdə ölçmələr, qeydiyyat apara bilmir. Çünki Statistika Komitəsi əslində aidiyyəti qurumların verdiyi rəsmi məlumatlara əsaslanmalıdır ki, onlar bu məlumatları verə bilmirlər. Siz, məsələn, rəsmi statistikaya baxsanız görərsiniz ki, Bakıda 2,2 milyon əhali yaşayır.  Bu da təxminən 500 min  ailə deməkdir. Xüsusilə də Bakı və onun ətrafında kifayət qədər sənədsiz evlər var: həm çoxmənzilli binalar, həm də fərdi yaşayış evləri ilə bağlı 400 min, 500 min rəqəmi səsləndirilir. Belə bir şəraitdə evi olmayan vətəndaşların sayının müəyyənləşdirilməsi əlbəttə ki, çətinlik yaradır. Məsələn, Abşeron rayonunda qeydiyyatda olanların sayı təqribən 350  min nəfərdir, amma rayon rəsmiləri etiraf edirlər ki, bu ərazidə 700 mindən artıq insan yaşayır. Hər hansı mexanizm vasitəsilə qeydiyyat aparılmır. Buna görə də uçot yoxdur, uçot olmadıqda da dövlət planlaması olmur. Adi tıxacların yaranmasından tutmuş, təhsil, səhiyyə müəssisələrinin istifadəyə verilməsi, orada yataq sayı və s. məsələlər əslində bölgədə yaşayan əhalinin sayına uyğun hesablanmalıdır və buna uyğun təmin edilməlidir. Amma faktiki olaraq Bakı şəhərində yaşayan əhali ilə uçotda olan əhali arasında 1,8-2 dəfə fərq var və buna görə də bir çox yerlərdə qeyd edilən xidmətlər əlçatan deyil, yaxud digər problemlərin yaranmasına gətirib çıxarır. Bu istiqamətdə ciddi planlamanın aparılması nəzərdə tutulursa, ilk olaraq uçotun təkmilləşdirilməsi, yaşayış yeri ilə bağlı qeydiyyatın zəruriliyi, eyni zamanda bu xidmətin əlçatanlığı təmin olunmalıdır. Əvvəlki dövrlərdə polis şöbələrində müvəqqəti qeydiyyata düşmək mümkün olduğu halda, belə məlumatlar var ki, artıq bu xidmətdə məhdudiyyət tətbiq edilir. Yəni nə qədər ki, bu xidmətlər əlçatan olmayacaq, uçot düzgün aparılmayacaq, o qədər də bu istiqamətdəki problemlər qüvvədə qalacaq.
Mərkəzi Bankın valyuta ehtiyatları niyə azaldı? - Eldəniz Əmirov
 Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirov mövzunu şərh edərkən sənədsiz evlər probleminə diqqət çəkdi: “Azərbaycanda evsizlərin statistikası ilə bağlı nə qədər araşdırma aparılsa da,dəqiq məlumat əldə etmək qeyri-mümkündür. Çünki təkcə Bakı və ətraf ərazilərdə 500 minə qədər sənədsiz ev var. Sənədsiz evdə yaşayan şəxs ev sahibi kimi qeydiyyata düşə bilməz. Yəni təzadlı bir vəziyyət yaranıb. İnsanların çoxu qeydiyyatda olduğu yerdə yaşamır. Kirayə mənzil bazarında isə vəziyyət elədir ki, kirayə verənlərlə kirayənişinlər arasında müqavilələr imzalanmır. Rayonlarda sənədi olmayan kifayət qədər ev tikilir. Sənəd yoxdursa, insan evsizdir. Elə adam var evi var amma başqa yerdə kirayədə yaşayır. Bütün hallarda evsizlərin statistikasını nəinki tam doğru, heç 10-20 faizlik nisbi xəta ilə belə çıxarmaq mümkün deyil”.“Yeni Müsavat”


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar