Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan Putini üstələdi

Tarix: 03-11-2022 11:36     Baxış: 4259 A- / A+


Özünü "Qüdrətli güc" adlandıran Rusiya artıq Qara dənizə nəzarət etmir. Qara dənizdəki daşımalara və geosiyasi vəziyyətə nəzarət rıçaqları indi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur.
"Moskovski Komsomolets" Rusiyanın "taxıl müqaviləsi"nə qayıtmasında Ərdoğanın rolu haqqında belə yazır: "Ərdoğan yenə bunu etdi. Rusiyanın "taxıl sövdələşməsi"nə qayıtmasını təmin edən Türkiyə prezidenti bir daha sübut etdi ki, bu gün dünyada tək o, Rusiya ilə Qərb, rəsmi Moskva və rəsmi Kiyev arasında effektiv (və çox təsirli) vasitəçi rolunu oynaya bilər.
Bununla belə, "effektiv vasitəçi" ifadəsi çox zəif və mənasız deyilmi?!
Böyük siyasi sehrbaz, böyük siyasi həlledici, böyük siyasi qraf - bunlar indiki anın emosional ölçüsünü daha adekvat şəkildə çatdıran terminlərdir".

... Ukrayna taxılının dünya bazarlarına daşınmasını nəzərdə tutan "Taxıl anlaşması"ndan çıxmaqla bağlı Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin manipulyasiyalarının sonucu budur.
Putin hamıya qarşı oynamaq və qalib gəlmək istədi, amma uduzdu və tək qaldı.
Olaya nəzər salaq.
Bir neçə gün əvvəl Rusiyanın yüksək rütbəli rəsmiləri "qeyri-müəyyən müddətə" sövdələşmədən çıxdıqlarını qətiyyətlə bəyan etdilər. Rusiya rəhbərliyi Ukrayna tərəfini "Qərb kuratorlarının dəstəyi ilə" marşrutun təhlükəsizliyini pozmaqda, Sevastopol şəhərindəki infrastruktura və gəmilərə hücum etməkdə ittiham edib.
"Çox incimişik" pozası alan Rusiyanın bəyanatlarından belə çıxırdı ki, Rusiya ordusu gecə-gündüz, fasiləsiz olaraq Ukrayna şəhərlərini, dinc insanları, mülki infrastrukturu raket, bomba və İrandan aldığı PUA zərbələrinə məruz qoya bilər - amma Ukrayna ordusu Sevastopolda rusiyalıların hərbi gəmilərini hədəfə ala bilməz.

O gəmiləri ki, silah-sursat daşıyırlar, Ukraynanı "Kalibr" raketləri ilə vururlar.
Kreml bu bəyanatları ilə üstünlük əldə edəcəyini düşünürdü.
Lakin işlər Moskvanın planlarına uyğun getmədi.
Ukrayna taxılının dünya bazarlarına çıxarılması ilə bağlı proses Rusiya Federasiyası olmadan da icra olunmağa davam etdi.
Belədə, Kremlin ritorikası yumşaldı.
Rusiya Federasiyasında Ukrayna pilotsuz təyyarələrinin Qara dəniz donanmasına hücumu ilə bağlı araşdırma aparıldıqdan sonra danışıqlar masasına qayıdacaqlarını söyləməyə başladılar. Hamı onlara güldü və "baş vermiş hadisə ilə bağlı istintaq" absurdunu tragikomediya kimi qəbul etdi.

Moskva vəziyyətin onun üçün çox ağırlaşdığını anlayaraq dərhal mövqeyini dəyişdi, qeyd-şərtsiz "taxıl sövdələşməsi"nə qayıtdı.
Təbii ki, "araşdırma" və "istintaq" olmadan.
Qara dəniz donanmasına bundan sonra atəş açmayacağı ilə bağlı Kiyevin mücərrəd zəmanətlərindən sonra.
Beləliklə, tamamilə aydın olur ki, Rusiyanın Türkiyədən asılılığı Moskvanı Ərdoğana hər hansı təzyiq rıçaqlarından məhrum edir. Ərdoğan indi birbaşa Putinə şərtlər diktə edə bilər. Belə çıxır ki, Moskvanın razılaşmalardan geri çəkilməklə bağlı isteriyası vəziyyətə tam təsir göstərməməsi ilə nəticələnib.
Halbuki son vaxtlara qədər proseslər Rusiya üçün yaxşı məcrada cərəyan edirdi.
"Taxıl müqavilə"si imzalanmışdı, noyabrın 19-dək qüvvədə idi, anlaşma nəticəsində Rusiya daha sərfəli və uğurlu mövqeyə malik olmuşdu. Hətta hansısa şərtləri diqtə etmək imkanlarına malikdi.
İndisə Moskvanın mövqeləri alt-üst olub.
Rusiya rəhbərliyi "taxıl anlaşması" ilə bütün razılaşmaları həmin sənədlər Türkiyə, Rusiya və BMT arasında razılaşdırılandan sonra, postfaktum qəbul etmək məcburiyyətində qalacaq.
Rəcəb Tayyib Ərdoğan geosiyasi müstəvidə Vladimir Putini yenə, növbəti dəfə üstələdi.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar