“Sosial şəbəkələr real ictimai münasibətlərimizin virtual inikasıdır. Real həyat üçün tətbiq edilən hüquq sosial şəbəkələrdə də tətbiq olunmalıdır”.
Manevr.az xəbər verir ki, bunu modern.az-a sosial şəbəkələrin hüquqi tənzimlənməsi barədə təkliflərlə münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu deyib.
Xəbər lenti
Sosial şəbəkələrlə bağlı qanuna ehtiyac varmı?

Deputatın sözlərinə görə, həm real, həm də virtual ictimai münasibətlərdə etik qaydaların pozulması, cinayət tərkibli əməllərin törədilməsi, təhqirlərə yol verilməsi kimi məsələlər mütləq hüquqi şəkildə tənzimlənməlidir:
“Virtual aləmdə baş verən hadisələr real həyatda olduğu kimi neqativ tendensiya yaradır. İnsanlar bundan zərər çəkirlər. Mental keyfiyyətlərimizə qədər dəyişikliyə gətirib çıxara biləcək proseslər baş verir. Ona görə də, sosial şəbəkələrdə hüququn tətbiqi çox aktual məsələdir”.
H.Babaoğlu vurğulayıb ki, ancaq bunun müxtəlif tətbiq formaları mövcuddur. Təəssüf ki, bu günə qədər heç bir ölkədə sosial şəbəkələrdəki münasibətləri tam tənzimləyəcək hüquq qaydaları müəyyən edilməyib:
“Bəzi ölkələr real hüququ sosial şəbəkələrə də şamil edən qanun qəbul ediblər. Bununla məsələ qurtarıb. Məsələn, Almaniyada federal qaydaların virtual vasitələrə tətbiqi ilə bağlı qanun mövcuddur. Bütün cəmiyyətdə olan hüquq və hüquqsuzluq sosial şəbəkələrdə baş verirsə, elə həmin qanunlar birbaşa tətbiq olunmaqla oradakı münasibətlər tənzimlənir”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrin hüquqi baxımdan tənzimlənməsi üçün yeni qanun layihəsinin qəbul olunması barədə təkliflər gündəmə gətirilib. Hesab edilir ki, sosial şəbəkələrdəki neqativ halların qarşısını yalnız qanunvericilik çərçivəsində almaq mümkündür. Bu təklif birmənalı qarşılanmır. Bəzi vətəndaşların fikrincə, sosial platformalar azaddır, orada məhdudiyyətlər tətbiq etmək yolverilməzdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar