Xəbər lenti
İslam dini çox mükəmməl bir elmdir
Hacı İlham Məhərrəmov: “Əgər bir insan din adı ilə maddiyatı düşünürsə, dini pul kimi qiymətləndirəcəksə onda həmin adam heç nə edə bilməz”.
Mən ömrümün çox böyük hissəini idmana sərf eləmişəm. Cənub bölgəsində həvəskar və peşəkar boksun yaradıcısıyam. Beynəlxalq dərəcəli hakim, SSRİ İdman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçiyəm. Lənkəran “Neftçi” İdaman Klubu müəssisəsinin təsisçisi və sədriyəm. “Spartak” Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyətinin ictimai birliyinin sədriyəm. Cənub bölgəsində, Liman şəhərində Regional Boks Mərkəzi yaratmışam. Cənub bölgəsində uşaqları idmana cəlb etməklə, onların sağlam böyüməsinə, narkomaniyadan, spirtli içkilərdən, siqaretə alüdəçilikdən uzaq olmasına ömrümün əlli ilini sərf eləmişəm. Bu işdə mənə yetirmələrim də çox köməklik edir. Onların da çoxu artıq yaxşı idmançı və məşqçilərdirlər.
Bizim Liman şəhəri (keçmiş Port-İliç) əvvəllər internasional şəhər olub. Burada ruslar, malakanlar və başqa millətlər də çox yaşayıb. Onların da çoxu spirtli içkiyə, siqaretə alüdə olduğundan bizim gənclərimizi də yoldan çıxarıblar. Həmin zərərli şeylərə həvəsləndiriblər. Ona görə də çoxlu gənclərimiz vaxtından tez haqq dünyalarına qovuşublar. Şükür ki, indi Liman şəhərində azərbaycanlılar çoxluq təşkil eləyirlər. Gənclərimizin də çoxunu bu ziyanlı vərdişlərdən uzaqlaşdıra bilirik. Narkomaniya ilə böyük mübarizə aparırıq. Bu işdə biz ağsaqqalara ən çox köməklik edən Hacı İlham Elşadoğludur. O, din adamıdır. Yüksək elmi və dini savadı, yaxşı natiqlik qabiliyyəti olduğuna görə cavanlar onun ətrafına çox yığışır. Onun maraqlı söhbətləri cavanları yuxarıda dediyim zərərli vərdişlərdən uzaqlaşdırır. Ona görə belə qərara gəldim ki, Hacı İlham Elşadoğlunu Respublika oxucuları ilə daha yaxından tanış edim və qoy o biri mömin adamlar da belə xeyirxah insandan bir nümunə götürsünlər.
Qısa arayış: Hacı İlham Elşad oğlu Məhərrəmov 1983-cü ilin iyul ayının 6-da Liman şəhərində anadan olub. Liman şəhərindəki 1 nömrəli orta məktəbi bitirib. Uşaq yaşlarından idmanın futbol növünə böyük marağı olub. Atası Elşad da Liman futbol komandasının uzun illər qapıçısı olub. İlhamın arzusu başqa sahədə təhsil almaq olub. Amma Respublika Cümə Məscidinin axundu Hacı Surxay Məmmədli Hacı İlhamın dayısı oğlu olduğuna görə belə tövsiyyəsi eləyib ki, o, təhsilini dini sahədə davam etdirsin. Çünki orta məktəb illərində İlham dini təhsil də alırdı. Quran elmi ilə də məşğul olurdu. Məhz buna görə də İlham, Bakı İslam Universitetinə qəbul olub. 2000-ci ildə bu inversitetin tələbəsi olub. Həmin vaxtı ən yaxşı oxuyan tələbələrdən dörd-beş nəfərini seçib, Misirə, Suriyaya təhsilini davam etdirməyə göndərirdilər. İlham da dərslərini yaxşı oxuduğuna görə onu Suriyaya təhsilini davam etdirməyə göndəriblər. Orada beş il təhsil alandan sonra yenidən Azərbaycana qayıdıb və imtahan verərək İslam Universitetinin diplomunu alıb. Həmin vaxtı İslam Universitetinin nəzdində kolleclər açılmışdı. Hacı İlham da Sumqayıtdakı dini kollecdə beş il ilhahiyyət dərsləri deyib. Dini kitabları dilimizə tərcümə eləyib. Sonra bu dini kollec bağlandığına görə İlham da doğulduğu Liman şəhərinə qayıdıb. Həmin vaxtı Liman Cümə Məscidinin axundu Hacı Möhübbət idi. O, İlhamı dəvət eləyib ki, onunla birlikdə xalqa xidmət eləsin. Hacı İlham yas mərasimlərinə gedən vaxtı heç kimdən bir manat belə pul almırdı.Təmənnasız həmin yas mərasimlərini keçirirdi. İslam dinini yasa gələnlərə çox yaxşı və elmi formada başa salırdı.Və qeyd edirdi ki, İslam dinində mənəviyyat madiyyatdan çox üstündür. Elə bununla da Hacı İlhamın hörməti təkcə Liman şəhərində yox, Cənub bölgəsində çox artdı. Həmin vaxtı Lənkəranda da İslam Universiteti yarandı və Hacı İlhamı həmin universitetdə dərs deməyə dəvət etdilər. Sonra bu universiteti dini kollecə çevirdilər. Hacı İlham indi də orada müəllim işləyir. Amma bununla birlikdə dinin incəliklərini Liman şəhərində cavanlar arasında yüksək səviyyədə təbliğ eləyir. Məhz buna görə də Liman şəhərinin bütün cavanları Hacı İlhamın ətrafında toplaşıb və hamısı da pis vərdişlərdən çox uzaqdırlar. Buna görə də 40 yaşlı Hacı İlhamın Liman şəhərində hörməti çoxlu yaşlı insanların hörmətindən yüksəkdir. Ən çətin həll olunan məsələlərə də Hacı İlhamı dəvət edirlər. O, həmin məsələləri də özünün yüksək təfəkkürü və dərin ağlı ilə sülhlə həll eləyir.
-Əfsus ki, hələ Sovetlərin vaxtından Azərbaycanda savadlı din xadimləri çox az olub. Onlar da İslam dininin bəşəri din olduğunu, sülhü, mehribanlığı təmsil etdiyini insanlara lazım olan kimi çatdıra bilməyiblər. Amma son vaxtlar dini Universitetin, kolleclərin yaranması və azərbaycanlı gənclərin Misirdə, Suriyada və başqa yerlərdə dini təhsil alıb Vətənə qayıtması, İslam dininin lazım olan səviyyədə xalqımıza çatdırması ən böyük təqdirəlayiq işdir. Sizin buna və savadsız mollalara münasibətiniz necədir?
-İslam dinin xalqa lazım olan səviyyədə çatdırması üçün bu gün savadlı din alimlərimizə böyük ehtiyacı var. Çünki onlar İslam dinini və başqa dinlər haqqında anlayışı xalqa lazım olan səviyyədə çatdıra bilsinlər. Eləcə də İslam dininin başqa dinlərdən üstün cəhətlərini insanlarımıza dəqiq formada başa sala bilsinlər. Əgər bu gün savadlı din alimlərimiz az olacaqsa, onda dini lazım olan kimi insanlara çatdırmaq çətin olacaq. Bununla da insanlarımızda dinə qarşı pərakəndəlik yaranacaq. Məhz dini alimlərimizin az olması ucbatından da pərakəndəlik yaranır. Bununla da dini məzhəblər çoxalır. Eləcə də əgər bir insan din adı ilə maddiyatı düşünürsə, dini pul kimi qiymətləndirəcəksə onda həmin adam heç nə edə bilməz. İmam Sadiq Əleyhisəlam bu haqda çox gözəl hədis dedyib: “Əgər bir insan dini pulçun görəcəksə, o, heç vaxt zəngin ola bilməz”.
-Siz Suriyada təhsil aıbsınız. Suriya da İslam dininin mərkəzlərindən biridir. Orada dini təhsilə münasibət necədir və burada münasibət necədir? Eləcə də dini ifrat dərəcəyə salmağın, fanatizmə sürükləməyin səbəbi nədəndir?
-Əslində İslam dini özü bir elmdir. Buna da fanatik kimi yox, elm kimi yanaşmaq lazımdır. Özü də İslam dini yeganə bir elmdir ki, bütün elmləri özündə cəmləşdirir. Əgər biz Qurani-Kərimə baxsaq, orada günəş surəsini görərik. Eləcə də gecə surəsi var. Astronomiklər də deyir ki, əgər Qurani-Kərimdə yazılan bu ayələri dəqiq bilməsək, biz subut eləyə bilmərik gecə əvvəl yaranıb, ya gündüz. Yəni bunu öz elmimizlə subut eləyə bilmərik. Deməli, 1400 il bundan qabaq yaranan Qurani-Kərimdə sübut olunur ki, əvvəlcə gecə yaranıb və sonra gündüz. Ona görə də bir insan fizikanı, astranomiyanı, humanitar və başqa elmləri yaxşı bilməsə Quranı-Kərimi yaxşı anlaya bilməyəcək. Çünki bütün elmlər Qurani-Kərimdə cəmləşib. Əlbəttə, bu yanlış fikirdir ki, biz İslam dinini iranlılar kimi təbliğ edirik. Əslində onlar bizdən çox şeyi öyrənirlər. Elə lap qədimdən də farslar İslam dinini azərbaycanlılardan öyrəniblər. İran dövlətinə də uzun əsirlər azərbaycanlılar rəhbərlik eləyib. Deməli, farsalar bütün elmlər kimi İslam dini elmində də bizdən çox geri qalıblar. Bizim İslam dinini mükəmməl bilməyimizə də farslar qısqanclıqla yanaşırlar. Çünki onlar İslam dininə fanatik kimi yanaşırlar, amma biz elm kimi yanaşırıq. Ümumiyyətlə, dünyanın sivil ölkələrində İslam dinini və Qurani-Kərimi böyük bir elm kimi qəbul eləyirlər. Bu gün alimlərimiz də onu təsdiq edir ki, Sovet dönəmində İslam dinini saxlayan və qoruyan Cənub bölgəsi, Naxçıvan və Bakı camaatı olub. Çünki həmin yerlərdə İslam dininə maraq çox olub. Ona görə də ölkəsindən asılı olmayaraq, İslam dini necədirsə elə də təhsil almaq lazımdır. Biz Suriyada təhsil aldığımız zaman bizim müəllimlərimiz əslən Ərəbistandan idilər. Özləri də Səudiyyə Ərəbistanda şiə firqəsi ilə yaşayırlar. Onlar hətta bizə başa salırdılar ki, Qurandakı ayələr Peyğəmbərə Allah tərəfindən gəlib və ona nazil olub. Peyğəmbər də onları öz hümmətlərinə çatdırıb. Onlar da Allahdan gələn, nazil olan bu ayələrin hər birini bizim üçün tam formada aydınlaşdırırdılar. Açıqlama verirdilər. Ona görə də biz Suriyada təhsil alan zaman İslam dinini bir elm kimi öyrənmişik. Əgər Quran Peyğəmbərimizə nazil olubsa, onda biz məhz onun sözlərini xalqa çatdırmalıyıq. Məsələn bu gün bəzi din xadimlərimiz elə hədislər deyirlər ki, gərək biz öyrənək görək bu hədisləri həqiqətən Peyğəmbərimiz deyib ya onlar özlərindən uydururlar. İman Sadiq Əleyhisəlam deyir ki, “dinimizdə nə ifrat var, nə təfrit”. Yəni nə dində bəzi fikirləri yaşmaq olar, nə də onları təhrif eləmək olar. Bəzi adamlar Həzrəti Əleyhisalama Allah deyə müraciət edirdilər. Həzrəti Əleyhisalam da bunu onlara irad tutub deyirdi: “Mən Allah deyiləm. Mən Allahın bəndəsiyəm”. Əlbəttə, belə təfritlər dində qəbul olunmazdı. İmam Sadiq Əleyhisalim deyir ki, “əgər bizim dinimizin gözəlliyini insanlara çatdıra bilsək, insanlar bu gözəlliyi görüb, İslam dininə vurulacaqlar. Aşiq olacaqlar”.
-Bax, indi məhərrəmlik vaxtıdı. Qətil günü biz gördük ki, təkcə Azərbaycanda yox, bəzi xarici ölklərdə də adamlar vardı ki, həddindən artıq ifrat dərəcədə sinə döymək, baş yarmaq və daha ciddi ritullar edirdilər. Əlbəttə, hamımız İmam Həsənin, İmam Hüseynin və onların tərəfdarlarının din aşiqi olduğuna hörmətlə yanaşırıq. Bəs sizin İslam dinində ali təhsil alan din xadimi kimi bu ifrat formaya münasibətiniz necədir?
- Ümumiyyətlə, İslamdan da əvvəl dörd ay olub ki, həmin aylarda döyüş etmək insanlara haram olub. Onlar zilqəddə, zilhəccə, rəcəb və məhərrəm aylarıdır. Məhərrəm ayında müharibə eləmək hətta Peyğəmbərdən əvvəl də haram hesab olunub. Təəssüflər olsun həmin ayı Peyğəmbərin nəvəsini qətlə yetiriblər. Bu da insanlar tərəfindən çox pis qarşılanıb. Əlbəttə, həmin ayda sinə vurmaq, qan çıxan həddə gəlməmlidir. Bəs bu nədən yaranıb? İmam Hüseyn Əleyhisəlam Kərbəlada qətlə yetiriləndə orada bir İmam iştirak eləyirdi. O İmam dördüncü İmam Zeynəlabdin Əleyhisəlam idi. Allahın salamı olsun ona. Həmin dönəmdə bir bənəsid qəbiləsi vardı. Onlar da Kərbəlaya yaxın yaşayırdılar. İmam Hüseyn qətlə yetiriləndə onlar üzrəlinə yox sinələrinə başladılar vurmağa. Ümumiyyətlə, ərəblər hansısa bir bədbəxt hadisə ilə qarşılaşnda onlar sinələrinə vurmağa başlayırlar. Bu da o deməkdir ki, bu dərd, müsibət kaş mənə gələydi, sənə gəlməyəydi. Həmin vaxtı da İmam Zeynəlabdin sinəsinə vurmağa başladı və dedi ki, “kaş atama olan müsibət mənə olaydı”. Elə həmin vaxtdan da İslam aşiqləri başladılar sinələrinə vurmağa ki, bu müsibət kaş mənə gələydi, İmam Hüseynə gəlməyəydi. Şiə kitablarında belə yazılıb ki, İmam Hüseyn dünyaya gələndə Peyğımbər ağlayıb. Matən saxlayıb. İmam Zeynəlabdin də atasının ölümünə yas saxlayıb. Biz də indi həmin yası saxlamaqla ona olan məhəbbətimizi göstəririk. Əlbəttə, bunu ifrat dərəcədə etmək olmaz. Bu yasda insan öz canına qəsd eləyib qan çıxartmamalıdı. Biz də Peyğəmbərimizin və dördüncü imamızın qoyduğu qanunlara əməl etməliyik və bu ritualı ifrat dərəcədə etməməliyik. Ümumiyyətlə, dinə aşiqlikdə ifrata varmaq olmaz. Hər şey ağılla və dərin düşüncə ilə olmalıdır. Mən çox istərdim ki, insanlarımız Qurani-Kərimi oxusunlar və oradan lazım olan nəticəni çıxarsınlar. Bir daha deyirəm: “İslam dini Yer kürəsində olan bütün dinlərin tacıdır. Bəşəri dindir. Bunu da Yer kürəsində olan bütün dini alimlər təsdiq edirlər. Bilirsiniz ki, hər il 100 dahinin adları siyahıya yazılanda birinci yerdə həmişə Məhəmməd Peyğəmbərin adı olur. Bu da İslam dininin bəşəri din olduğunu tam sübut eləyir”.
Əlizadə ƏSƏDOV,
Əməkdar məşqçi,
Beynəlxalq dərəcəli hakim

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar