Xəbər lenti
Məhərrəmlikdən sonra TOYLAR ŞOK QİYMƏTLƏ başlayacaq - RƏYLƏR
Onu da qeyd edək ki, buğda, arpa, kəpək, yonca, saman, qarğıdalı kimi iri və xırdabuynuzlu heyvanların yemlənməsi üçün istifadə olunan bu yemlərin qiyməti son vaxtlar 50 faizdən çox artıb. Bahalaşma son bir il ərzində pik həddə çatıb. Satıcılar deyir ki, mal-qara üçün daha çox yonca, kəpək və saman alınır. Bunların da qiymətlərində 40 faizə qədər bahalaşma var. Yem qiymətlərinin bu qədər artması heyvandarlıqla məşğul olanların sayına da təsir edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 milyard 391,0 milyon manat təşkil edib. Onun da 2 milyard 911,5 milyon manatı heyvandarlıq, 3 milyard 479,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,7 faiz, bitkiçilik məhsulları istehsalı 3,4 faiz yüksəlib.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,0 faiz artaraq 317,1 min ton, süd istehsalı 1,7 faiz artaraq 1 milyon 284,4 min ton, yumurta istehsalı 4,0 faiz artaraq 1 milyard 165,1 milyon ədəd, yun istehsalı 1,7 faiz azalaraq 14,8 min ton olub. 2022-ci il iyul ayının 1-i vəziyyətinə ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 654 min 474 baş olub. Ötən ilin müvafiq dövründə bu rəqəm 2 milyon 663 min 658 baş olub. Beləliklə, ölkəmizdə bu il ötən ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 0,3 faiz azalıb.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycana 20,1 min ton ət idxal edilib. İdxal edilən ətin dəyəri 33,9 milyon dollar olub. 2021-ci ilin eyni dövründə dəyəri 31,8 milyon dollar olmaqla 18,3 min ton ət idxal edilib.
Bəs Məhərrəmlikdən sonra toy qiymətlərində nə qədər artım ola bilər?
Natiq Cəfərli: “Ətin qiymətinin artması tək yem qiymətləri ilə bağlı deyil”
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Azərbaycanda ətin qiymətinin artması təbii ki, bir tək yem qiymətləri ilə bağlı deyil. Belə ki, yemin qiymətləri artıb, örüş yerləri, təbii otlaq sahələri azalıb. Çünki son zamanlar texniki bitkilər kifayət qədər sürətlə əkilməyə başlanıb və təəssüf ki, bu, əksər hallarda örüş yerlərini əhatə etdi. Beləliklə, nəticə etibarilə yemin qiymətinin artması ətin qiymətinə təsir edir. Eləcə də tələbin artması da bu məsələdə öz sözünü deyir. Lakin burada başqa önəmli məsələ var. Ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti qalxırsa, ət istehsalçıları qiymətləri artırmaya bilməzlər. Çünki onların qazancı digər xərclərin ödənilməsinə də kifayət etməlidir. Bu baxımdan ümumi inflyasiya prosesi yüksəkdirsə və ölkədə ərzaq inflyasiyası artıq 20 faiz civarındadırsa, ət istehsalçılarından qiyməti artırmamağı gözləmək yanlışdır. Yəni burada tək maya dəyərinin artması deyil, həm də onların xərclərinin artmasını da əsas səbəb kimi göstərmək lazımdır”.
Rəşad Həsənli: “İnflyasiya davam etdikcə qiymətlər daha da bahalaşacaq”
İqtisadçı ekspert Rəşad Həsənli isə qeyd edib ki, ərzaq inflyasiyası davam etdikcə qiymətlər daha da bahalaşacaq: “Bu gün qeyri-ərzaq məhsullarının qiymətlərində belə qiymət artımı var. Rəsmi olaraq ərzaq inflyasiyanın 20 faiz ətrafında olduğu deyilsə də, iddialara görə, bu rəqəm 30-35 faizdir. Qiymətin bahalaşması əslində başadüşüləndir. İnflyasiya bütün sahələrdə öz təsirini göstərməkdədir. Qiymətlər bahalaşdıqca bir sıra xidmətlərin maya dəyəri formalaşır. Xüsusən də iaşə sahəsində daha əvvəldən qiymətlərin bahalaşacağı proqnozlaşdırılırdı. Beləliklə, restoranların təklif etdiyi bütün növ xidmətlərdə qiymətlər mərhələli şəkildə bahalaşır və təbii ki, inflyasiya davam etdiyi müddətdə qiymətlər də qalxacaq. Bu baxımdan hesab edirəm ki, əhali şadlıq sarayları, restoran kimi iaşə obyektlərində daha ekonomik paketlərdən istifadə etməyə çalışacaq”.
Mürvət Həsənli: “Menyu qiymətləri bu tarixdə arta bilər”
“Xəmsə” şadlıq sarayının sahibi, iş adamı Mürvət Həsənli isə menyu qiymətləri ilə bağlı qeyd edib: “Bildiyiniz kimi, toy sifarişləri əvvəlcədən yazılır və əvvəlcədən yazılmış toylarda da heç vaxt qiymət artımı olmur. Ola bilər ki, artıq gələn ilin mart-aprel aylarında qiymət artımı olsun, lakin bu ilin sentyabr-dekabr aylarına yazılmış toyların qiymətlərində artım olacağını ehtimal etmirəm.
Bəli, bu gün ərzaqların qiymətlərində artım, hətta böyük artım var. Son 3 ildə toy menyularının qiymətində artım olmasa da bu müddət ərzində ərzaqların qiyməti 50 faiz, hətta bəziləri var ki, 100 faiz artıb. Lakin qeyd etdiyim kimi, menyularda qiymət artımı yaz aylarında ola bilər".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar