Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu müəllimlər bir nəsli məhv edib, 15 il sonra isə... - Deputatdan sərt sözlər

Tarix: 01-09-2022 17:12     Baxış: 4261 A- / A+

“Azərbaycanda əsas problem təhsilin fəlsəfəsini anlamamaqdan irəli gəlir. Bizdə təhsilin məqsədi heç kimə bəlli deyil. Təhsil təəssübkeşliyi olsaydı, dərslər sentyabrın 1-dən başlayardı, vaxt itirməzdik”.
Manevr.az xəbər verir ki, bu sözləri ölkə.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O, təhsili “qara dəlik” adlandırıb:
“Bir məmləkətdə ki 15 gün vaxt itirib dərsə başlayırlarsa, deməli, təhsil pul qazanmaq üçün bir vasitədir. Təhsildən müxtəlif formalarda - məktəbli formasından tutmuş kitaba qədər hamısı öyrətmək, oxumaq üçün yox, pul qazanmaq üçündür.
İndi də ortaya sertifikasiyanı atdılar. Guya müəllimin savadını yoxlayılar. Müəllimin pedoqoji təhsili buraxılışdan artıq hazır vəziyyətdə olur. Yoxsa biz illər keçəndən sonra müəllimin savadını yoxlayırıq. Onda deməli, bu müəllim 10-15 il savadsız şagird yetişdirib, bir nəsli məhv edib.
Ona görə də təhsilə can yandırmaq məsələsi ayrı bir şeydir. Təəssüf ki, o da bizdə yoxdur. Təhsil bizdə ancaq müəyyən dərəcədə "qara dəlik"dir. Buna bəlli pulların mənimsənilməsi vasitəsi kimi baxılır”.
F.Mustafanın fikrincə, bu gün təhsilin əsas problemi məktəblinin telefona çox baxması, diqqətinin yayınması deyil: 
“İndi yüzlərlə problem qabardılır, amma heç birinin düzəlməsi ehtimalı yoxdur. Tədris gecikməsin deyə, bir günü dəyişməyə imkan yoxdursa, başqa nə etmək olar?!
Ona görə də ilk növbədə orta məktəbdən başlamalıyıq. Sual budur: necə edək ki, düşünən insan yetişdirək? Bunun üçün isə məktəbdə o mühit yoxdur. Təhsil müəssisəsində demokratik ab-havanın olması mütləqdir ki, insanlar öz düşüncələrini ifadə edə, səmərəli təkliflər verə bilsinlər. Bunlar yoxdur. Ona görə də məktəbliyə imkan vermək lazımdır ki, heç olmasa, telefondan vacib informasiyaları oxusun. Heç bunu məktəb dərsliyindən əldə edə bilmirlər. Məncə, burada telefon məsələsi bəlkə də ən sonuncudur.
Onsuz da dərsdə telefondan istifadə edən uşaq, fasilədə də başqa formada istifadə edəcək. Telefonu da səmərəli istifadə etmək üçün savadlı valideyn lazımdır. Yəni ona izah eləsin ki bu olar, bu olmaz”.
Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanda təhsilin diplom almaqdan başqa hədəfi yoxdur:
“Bizdə məktəb sevgisi çox aşağıdır. Ona görə də təhsilə münasibətimiz diplom almaqdan o tərəfə başqa bir hədəf üzərində qurulmayıb. Tez-tez deyirik ki, filankəs filan yerə daxil olub. 2-3 ildən sonra baxın görək nəticə necədir? Bilik öyrəndimi? Fərdi qaydada bilik öyrənənlərin sayı nə qədərdir? Bu gün insanlar sadəcə oğlum, qızım oxuyur demək üçün boğazından kəsib repetitora pul ödəyir. Məsələ budur.
Sentyabrın 1-i məsələsi anormal qərardır. Biz şəkər xəstəsi olandan sonra diqqət etməyə başlayırıq, qocalandan sonra içkini atırıq. Amma əksinə olmalıdır. Təhsildə də vəziyyət belədir. 15 ildən sonra dönəcəyik ki, dərslərin 15 sentyabrda başlaması səhv qərar idi. Hesab edirəm ki, təhsildə ən böyük islahat 1 sentyabra qayıdış ola bilərdi. Bunu bacarmadılarsa, qalan hamısı gözdən pərdə asmaqdır”, - deyə o söyləyib

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar