Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş məcburi köçkünlər arasında boşanmalar niyə artıb?

Tarix: 23-08-2022 22:55     Baxış: 3258 A- / A+
 Psixoloq Vəfa Əkbərin fikrincə, gələn il boşanmaların sayı daha da artacaq ...

2022-ci ilin birinci yarısında Azərbaycanda 7531 boşanma qeydə alınıb, hər 1000 nəfərə 1,5 boşanma düşüb. Bu günlərdə Dövlət Statistika Komitəsindən verilən məlumatda qeyd olunub ki,  Bakıda hər 1000 nəfərə 2,2 boşanma rəsmiləşib.

Hər 1000 nəfərə boşanmanın 1,5-dən yüksək olduğu qalan bölgələr bunlardır:

Mingəçevir, Zəngilan – 2,1
Naftalan – 2
Ağdam, Naxçıvan şəhəri, Sumqayıt, Şahbuz – 1,9
Füzuli, Qubadlı, Samux, Şirvan şəhəri, Yevlax – 1,8
Gəncə, Xocalı – 1,7
Cəbrayıl, İsmayıllı, Kəlbəcər, Laçın – 1,6. 
Diqqət çəkəndir ki, statistikada keçmiş məcburi köçkünlər arasında boşanmalar artıb. Halbuki 44 günlük müharibəyə qədər bu rayonlarda boşanmalar indiki kimi çox deyildi. 
Psixoloq tələbənin hərəkətini şərh etdi:
Psixoloq Vəfa Əkbərin fikrincə, gələn il boşanmaların sayı daha da artacaq. O, açıqlamasında bildirdi ki, boşanmaların sayının artmasında əsas səbəblərdən biri insanların özünü azad, müstəqil hiss etmə istəyi ilə bağlıdır: “İnsanlar inteqrasiyanı, inkişafı tamam fərqli qəbul edirlər. Qadınlar uğur qazanan kimi boşanmağa meyl edirlər. İqtisadi müstəqillik qadınların düşüncələrinə ciddi təsir edir.
Reallığı diqqətlə təhlil etsək, görərik ki, rayonda yaşayan, çalışmayan bir xanım məsələn bir blogerin səhifəsini izlərkən özünün də bunu bacarağını düşünür. Təbii ki, edə bilər. Lakin müstəqilliyə hazır olmaq lazımdır. Bunun yolu boşanmaqdan keçmir. Təəssüf ki, bu gün boşanmanı uğur kimi qəbul edən qadınlar var. Bunun bölgə ilə əlaqəsi yoxdur. Birgəyaşayış zamanı istəkləri bağlı təşəbbüs göstərməyən xanım düşünür ki, boşandıqdan sonra istədiklərini əldə edəcək”.

Psixoloq təəssüf hissi ilə qeyd etdi ki, boşanmaların sayının artmasında təbliğatın da rolu az deyil: “Psixoloji seminarlarda iştirak edən qadınlar boşanmağı müstəqillik hesab edir. Az mütaliə edən, təhlil qabiliyyəti zəif olan insanlar bu tora düşürlər. İqtisadi təsirlər də var. Lakin maddi durumu o qədər də yaxşı olmayan ailələr var ki,  boşanma haqqında bir an belə düşünmürlər”.
meishet-zorakiligina-qarshi-mubarizede-alternativ-formalardan-istifade-etmek-olar-reshad-esgerov
Sosioloq Rəşad Əsgərov hesab edir ki,  boşanmaların dinamikasında sosial-iqtisadi, psixoloji və digər amillər rol oynayır: “İşğaldan azad edilən bölgələrin əhalisi arasında psixoloji təzyiq yüksəkdir. 30 il ərzində yaşananlar psixologiyada öz təsiri təbii ki, buraxır. Son illərin statistikasında isə digər amillərin təsiri daha çoxdur. Xasiyyətin, dünyagörüşünün bir-birinə uyğun olmaması, yeni ailə quranlara kənar təsirlər, gənclərin bir-birinə güzəştə getməməsi statistikada özünü göstərir. Bölgələrdə valideynlərin təkidi ilə qohum nikahlarının olması da boşanmaların sayının artmasında ciddi rol oynayır”. musavat.com 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar