Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Yoluxmalara görə karantin rejimi sərtləşdirilə bilər? - TƏBİB rəsmisindən açıqlama

Tarix: 19-08-2022 09:54     Baxış: 4224 A- / A+


Son günlər yoluxma hallarında artım müşahidə edilir. Lakin realda olan rəqəmin daha yüksək olduğunu düşünürəm. Çünki virusa yoluxan insanlar xəstəliyi yüngül keçirtdiyi üçün test vermə zərurəti yaranmır.

Manevr.az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, yoluxma sayının artmasına baxmayaraq, xəstəxanalarda ciddi bir yataq problemi yaşanmır.

"Daha öncə COVID-19 dalğalarında gördüyümüz çətin vəziyyəti indi müşahidə etmirik. Yoluxma sayının artması dolayı yolla ağır xəstələrinin sayının artmasına gətirib çıxara bilər. Lakin karantin rejimini sərtləşdirilməsi daha çox ağır xəstə hallarının artması ilə əlaqədardır. Əgər xəstəxanalarda yer problemi yaranarsa, o zaman təbii ki, karantin rejimini sərtləşdirilməsi nəzərdən keçirilə bilər. Buna Operativ Qərargah tərəfindən mövcud vəziyyət ciddi təhlil edildikdən sonra qərar veriləcəkdir", - deyə o bildirib.

V.Əliyev hazırki vəziyyəti qənaətbəxş hesab etdiyini vurğulayıb.

"İstənilən halda insanlar ehtiyatlı davranmalıdır. Qapalı məkanlarda yaxın təmasda olmamalı, ara məsafəsi saxlamalı, gigiyenik qaydalara əməl etməli və vaksinasiya olunmalıdır. Düşünürəm ki, ümumilikdə hazırki vəziyyət karantin rejimiin sərtləşdirilməsinə ehtiyac yaratmır. Lakin yaxın günlərdə vəziyyət yoluxma sayı və xəstələyin ağırlıq dərəcəsi ilə əlaqədar olaraq gözdən keçirilə bilər və qərarlar da bunu əsasında verilə bilər", - deyə o əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar