Yapon alimlər yeni tədqiqat çərçivəsində kainatda ən geniş yayılmış maddə olan sirli qaranlıq materiyanı aşkar ediblər.
Manevr.az xəbər verir ki, aşkar edilmiş qaranlıq materiya Böyük partlayışdan artıq 1.8 milyard il sonra mövcud olmuş qalaktikalar klasterini (qalaktikalar toplusu) əhatə edir. Yəni söhbət, 12 milyard il yaşa sahib qaranlıq materiyadan gedir.
Alimlər belə qənaətə gəliblər ki, erkən kainatdakı qaranlıq materiya müasir kosmoloji modellərin güman etdikləri kimi fəzada sıx sahələr şəklində cəmləşməyib.
Əgər bu fərziyyə öz təsdiqini tapsa, bu kəşf qalaktikaların təkamülləri barəsində anlayışı tamamilə dəyişə bilər. Alimlər həmçinin güman edirlər ki, kosmosu idarə edən qanunlar 12 milyard il bundan öncə tamamilə fərqli olublar.
Qeyd etmək lazımdır ki, qaranlıq materiyanı aşkar etmək çox qəliz məsələdir. O, adi materiya kimi heç bir maddə və ya işıq ilə qarşılıqlı təsirdə olmur. Qaranlıq materiyanı “görmək” üçün alimlər onun qravitasiya ilə qarşılıqlı əlaqəsinə ümid etməlidirlər.
Bu kosmik obyektləri uzaq məsafədə yerləşən işıq mənbəyini müşahidə etmək üçün böyüdücü linza kimi istifadə etmək olar. Bu proses qravitasiya linzası adlanır.
Qalaktikadakı qaranlıq materiyanın paylanmasını müşahidə etmək üçün alimlər linza rolunda çıxış edən qalaktikanın arxasında yerləşən işığın necə dəyişdiyini izləyə bilərlər. Linza rolunda çıxış edən qalaktikanın tərkibində nə qədər çox qaranlıq materiya olarsa, o, işığı bir o qədər çox təhrif edəcək.
Lakin erkən və müvafiq olaraq çox uzaqda yerləşən qalaktikalar həddindən artıq aşağı səviyyəli parlaqlığa sahibdirlər. Buna görə də alimlər onların qravitasiya linzası üsulu vasitəsilə müşahidədə çətinlik çəkirlər. Buna baxmayaraq aparılmış yeni tədqiqat çərçivəsində alimlər kainatın ən qədim işıq mənbəyindən istifadə ediblər. Söhbət, kosmik mikrodalğa arxa fon şüalanmasından gedir.
Bu şüalanma Böyük partlayışdan sonra qalıb və hələ də kainatda öz səyahətinə davam edir. Uzaqda yerləşən qalaktikaların işıqları kimi kosmik mikrodalğa arxa fon şüalanması da linza rolunda çıxış edən qalaktikalar tərəfindən təhrif olunur.
“Biz, 12 milyard il yaşa sahib olan qalaktikalardakı qaranlıq materiyanı ölçmək üçün kainatın erkən tarixinə nəzər yetirə bildik” - deyə yapon alimlərdən biri qeyd edib.
Alimlər güman edirlər ki, 12 milyard il bundan öncə təzə-təzə formalaşmağa başlamış qalaktikalar klasteri daha çoxlu miqdarda qaranlıq materiya ilə qravitasiya əlaqəsində olub. Yapon alimlər güman edirlər ki, erkən kainatda qaranlıq materiya kosmosda sıx sahələr yaratmayıb.
“Əgər bizim fərziyyəmiz həqiqətə uyğundursa, ola bilsin ki, qaranlıq materiyanın təbiəti ilə bağlı olan müasir nəzəriyyələrə yenidən nəzər yetirmək lazım gələcək. Bu bizim kainat barəsində olan təsəvvürlərimizi dəyişə bilər” - deyə bildirilib.manevr.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar