Xəbər lenti
Filosof nənəsinin nağılları ilə böyüyən əsl ziyalı - Rafiq Mehdiyev - 60
Rafiq Mehdiyev
(Portret cizgiləri)
Rafiq Mehdiyev: “Mənə elə gəlir ki, sadə bir ailədə doğulan kənd uşağının 60 ildə əldə edə biləcəklərinin böyük bir qisminə nail olmuşam”.
Rafiq İbadulla oğlu Mehdiyevi (Mehdini), 1990-cı illərdən tanıyıram. Elə həmin vaxtlardan da onu çox ictimaiyyətçi, təşkilatçı insan kimi görmüşəm. O vaxtlar Rafiq müəllim Sumqayıt şəhər İcra Hakimiyyətində təlimatçı işləyirdi. Şəhərin daha çox məsuliyyət tələb edən sahəsi olan kommunal sahəyə-işıq, su, təsərrüfat sahələrinə cavabdeh idi. Həmin vaxtlar mən də Sumqayıt Dövlət Musiqili-Dram Teatrına rəhbərlik eləyirdim. Rafiq Mehdiyev ailəsi ilə birlikdə bütün tamaşaların ilk baxışına gəlirdi və tamaşadan sonra özünün maraqlı fikirlərini bildirməkdən də çəkinmirdi. O, texniki sahədə ali təhsil alsa da, görürdüm ki, ədəbiyyatı, incəsənəti də mükəmməl bilir. Amma bilmirdim ki, Rafiq Mehdiyev (Mehdi) elə həmin vaxtlardan hekayələr, şeirlər, publisist yazılar yazır, amma həmin yazıları mətbuatda çap etdirmək istəmirmiş. Bir il bundan qabaq Rafiq Mehdiyev (Mehdi) mənə 15 şeirini göndərmişdi. O şeirlər çox xoşuma gəlmişdi. Hətta onun bu dörd sətirlik şeiri məni çox həvəsləndirdi və belə qərara gəldim ki, Rafiq Mehdiyevi Azərbaycan oxucuları da bir yazar kimi hökmən tanımalıdır:
-Dərdi qovun rədd eləyin,
o, evsiz bir "tuladı".
Qəlbimizsə, sevgi üçün
"rahat, isti yuvadı".
Beləliklə, onun həmin 15 şeirini mətbuatda çap etdirdim və bu şeirlər oxucularda böyük maraq yaratdı.
Üç il bundan qabaq Sumqayıt Dostlar Klubu yarananda və Rafiq Mehdiyev də həmin klubun idarə heyyətinin üzvü olanda, mən yalnız həmin vaxt onun cavanlıqdan şeirlər, hekayələr, publisist yazılar yazdığını bilmişəm. Dəfələrlə mən və dostlar təkid etsə də Rafiq Mehdiyev həmin yazıların çap olunmasını istəməyib. Amma ara-sıra həmin şeirləri dostlar arasında deyib. Hamımızın da xoşuna gəlib. Rafiq Mehdiyev həddindən çox özünə tələbkar olduğundan, yəqin ona görə də istəməyib ki, həmin şeirləri çap olunsun. Beləcə çoxlu şeirlərini yazdıqca “sandığa” yığıb. Axır ki, yuxarıda dediyim kimi bir il bundan qabaq onu dilə tutub, həmin şeirlərdən bir neçəsini mənə göndərməsini xahiş edəndən sonra görmüşəm ki, onun bu şeirləri hökmən “sandıqdan” çıxmalı, mətbuatda çap olunmalı və oxucuların ixtiyarına verilməlidir. Biz də çap etdirib, oxucuların ixtiyarına verdik.
Eşidəndə ki, bu il Rafiq Mehdiyevin 60 yaşı tamam olur, istədim ki, çox istedadlı insan olan, maraqlı şeirlərin, hekayələrin, publisist yazıların müəllifi Rafiq Mehdiyevlə çoxminli oxucularımızı da yaxından tanış edim. Soydaşlarımız həddindən artıq çox zəkalı, əsl ziyalı, təpədən dırnağa qədər vətənpərvər olan, keşməkeşli, maraqlı həyat yaşayan bu 60 yaşlı insanın düşüncə tərzi, həyata baxışı ilə daha yaxından tanış olsunlar. Ümumiyyətlə, bizim bir millət kimi səhvimiz ondadır ki, əsl ziyalıları xalqa tanıtmaq sahəsində çox xəsisik. Əslində isə belə olmamalıdır. Dünyada hər bir millət öz ziyalısı ilə tanınır.
Talıstan və Rafiq Mehdinin uşaqlığı
Qısa arayış: Rafiq İbadulla oğlu Mehdiyev 1962-ci ilin iyul ayının 20-də Azərbaycanımızın füsunkar təbiəti ilə tanınan rayonlarından biri olan İsmayıllı rayonunun məşhur Talıstan kəndində, kolxozçu ailəsində anadan olub. Bu həmin Talıstandır ki, çoxlu şairlərimizin, nasirlərimizin istirahət etdiyi və şəninə neçə-neçə şeirlər, nəsr əsərləri yazdığı cənnətməkan bir yerdir. Bu həmin Talıstandır ki, onu görən hər bir adama ilham verir. Bu həmin Talıstandır ki, əgər lazım olan səviyyədə təbliğ eləyə bilsək, dünyanın ən gözəl və mənzərəli yerlərinə meydan oxuyabilər. Bu həminTalıstandır ki, tarixlər boyu neçə-neçə qanlı döyüşlərin şahidi olub. Bu həminTalıstandır ki, bir vaxtlar Alban dövlətinin hökmdarı Cavanşirin ən çox sevdiyi yer olub. əhayət bu həminTalıstandır ki, böyük Səməd Vurğun özünün çox məşhur “Talıstan” poemasını bu kəndə həsr edib.
Ormanlar içində durur Talıstan
ona ilk baxışdan vurulur nsan…
Rafiq Mehdi də Talıstana aid şeir yazıb. O, “Talıstan” şeirinin ilk bəndini belə başlayır:
-Möhtəşəm dağlara söykənib duran,
Meşələr içində talalı məkan,
Min illə ölçülən tarixi olan,
Cavanşir qalası ulu Talıstan,
Tarixin şərəfli qolu Talıstan,
İşıqlı sabahın yolu Talıstan.
Əgər hər birimiz öz kəndimizi Rafiq Mehdi kimi sevsək və onun kimi təbliğ etsək, onda bütün kəndlərimiz bizim əllərimizlə, sözlərimizlə cənnətə dönər.
Rafiq Mehdiyev 1969-1979 -cu illərdə doğulduğu kənddə orta məktəbdə oxuyub. Məktəbi tərifnamə və əla qiymətlərlə bitirib. Rafiq hələ məktəbə gedənə qədər və məktəb illərində də bütün yaşıdları kimi həyət-baca, ev təsərrüfatı və çöl-bayır işlərində digər bacı-qardaşlarıyla birlikdə valideynlərinə kömək etməklə zəhmətə alışıb. Beləliklə, valideyinlərinin uşaq yaşlarından Rafiqi zəhmətə alışdırması, zəhmət, əziyyət çəkməsi onun həyatına çox möhkəm sirayət eləyib və bu gün də Rafiq Mehdi həddindən artıq zəhmətsevərdir. Hər bir uğurunu da öz zəhməti, ağlı, səbri hesabına əldə edib və eləyir.
Rafiq İbadulla oğlu orta məktəbi bitirdikdən sonra 1980-1986-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialının axşam şöbəsinin rus sektorunda təhsil alıb və təhsil ocağını fərqlənmə (qırmizi) diplomu ilə bitirərək, mühəndis, kimyaşı - texnoloq ixtisasına yiyələnib.
Taleyi onu Sumqayıtla bağlayıb. Ali məktəbin axşam şöbəsində oxuya-oxuya Sumqayıtın Polimer -120 kimya zavodunun tikintisində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra 2 nömrəli trestin 21 nömrəli tikinti idarəsində müxtəlif mühəndis vəzifələrində işləyib və özünün ağlı, zəkası ilə bir çox səmərələşdirici təkliflər də irəli sürüb. Eləcə də Rafiq Mehdiyev ictimai əsaslarla komsomol və partiya işlərində işləməklə təşkilatçılıq və idarəçilik vərdişlərinə də mükəmməl yiyələnib.
1992-ci ildə Sumqayıt şəhər komsomol komitəsində şöbə müdiri, 1992-1997-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının aparatında məsləhətçi, baş məsləhətçi vəzifələrində işləyib.
1997-2002-ci illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə çalışıb. 2002-2010-cu illərdə tikinti sahəsində və iqtisadiyyatın digər sahələrində sahibkarlıqla məşğul olub. 2010-2017-ci illərdə Sumqayıt şəhərində Lift Servis Birliyində iqtisadçı və direktor müavini vəzifələrində çalışıb. Rafiq Mehdiyev 2017-ci ildən iş adamlarına vergi, maliyyə və idarəetmə sahəsində konsaltinq xidmətləri göstərməklə intellektual sahibkarlıqla məşğul olur. İşlərinin belə çox olmasına baxmayaraq, Rafiq Mehdiyev həmişə mütaliə eləyir. Dünya dahilərinin məşhur kitabları indi də onun stolüstü kitabıdır. O, poeziya məclislərində yaxından iştirak edir, amma öz şeirlərin oxumur, başqa şairlərin dediyi şeirlərə maraqla qulaq asır. Yeri gələndə başqa şairlərin şeirlərini həmin poeziya məclislərində yüksək səviyyədə deyir və maraqlı təhlil eləyir.
Xalq şairi Musa Yaqub Rafiq Mehdinin ən çox sevdiyi şairlərdən biridir. Rafiq Mehdiyevin (Mehdinin) bu ustad sənətkarla sağlığında yaxın əlaqələri olub və həm də onun ən böyük təbliğatçılarından biridir. Hətta Musa Yaqubun vəfatı ilə bağlı Rafiq Mehdinin Ustad Musa Yaqubun xatirəsinə həsr etdiyi “ Uca şairlə, uca dağı birləşdirən körpü” elegiyası saytlarda, qəzetlərdə ən çox oxunan yazılardan biri olub.
Beləliklə, 60 yaşlı Rafiq Mehdiyevlə ( Mehdi ilə) zamandan vaxt oğurlayıb, üz-üzə oturub, həyat məsələlərini, keşməkeşli zəmanə, müasir insanlar, xalqımızın birliyi və şücaətli ordumuzun sayəsində 44 gündə Vətən müharibəsində çaldığı zəfəri, Azərbaycan ədəbiyyatını… çox şeyi, çox şeyi müzakirə elədik. Bax, 60 yaşlı müdrik bir insanla apardığım həmin müzakirəni, müsahibəni sizə təqdim eləyirəm əziz oxucular.
-Rafiq müəllim, gözlədiyimiz 60 illik yubiley artıq gəlib çatdı. 60 il insan həyatında heç də az yaş deyil. Bu, müdrikliyin cavanlığı deməkdir.
- Sizinlə söhbət elədiyimiz bu vaxt artıq günəşin də qürub eləyən vaxtıdı. Biz də mənim 60 yaşım haqqında söhbət eləyirik. Deməli, mənim həyatımın da artıq qüruba yaxınlaşan bir vaxtıdır. Yəni ömrümün böyük hissəsini yaşamışam. Amma mən hələ ki, özümü 60 yaşında hiss eləyə bilmirəm. Mənim uşaqlığım da bütün kənd uşaqlarının həyatı kimi keçib. Ən əsası isə mənim doğulduğum Talısatan kəndi intellektli insanların kəndidir. Çox yüksək savada malik müəllimlərimiz vardı. Onlar da bizə yaxşı təhsil veriblər.
İki-üç il bundan qabaq, birdən-birə beynimə belə bir sual gəldi: “Mən kiməm?” Bu sual məni çox narahat eləyir. Belə qənaətə gəlmişəm ki, hər bir insan bu sualı özünə verməli və bu ilk baxışdan sadə görünən suala cavab axtarmalıdır. Hər kəs bu sualın məntiqi dolğun cavabını tapıb vaxtında həyat fəaliyyətini bu cavaba uyğun qurmazsa, onda həyat bu sualı hər kəsə daha sərt , daha kəskin formada “Sən kimsən?” formasında verəcək. Bax, onda bu həyat sualına cavab vemək çox çətin olacaq. Sualın cavabını “axtarıb tapan” isə öz həyatının maraqlı məqamlarını daim kəşf edər, onda həyatda səhvlər eləməz.
Uşaq yaşlarımdan demək olar ki, hər gün baş ağrıları keçirmişəm. Allah rəhmət eləsin. Mənim filosof nənəm vardı. Adı Ağanənə idi, amma biz “məmə” deyirdik. Adı kim özü də ağayana, xanım-xatun qadın idi. Ağanənə adı ona çox yaraşırdı. Mənim bu mərtəbəyə gəlib çatmağımda həmin filosof nənəmin rolu çox böyük olub. Biz bacı-qardaşların hamısı üçün böyük həyat universiteti idi. Bizim həm böyüməyimiz, həm xüsusi qaydada yeməyimiz, həm onun maraqlı nağıllarına qulaq asmağımız filosof nənəmizlə daha çox bağlıdır. Elə bugünkü “həyat fəlsəfəmin” kökündə də nənəmin nağılları durur. Yuxarıda dediyim kimi, mənim başımda həmişə ağrılar olurdu. Nənəm başımda özünün təcrübəsinə əsaslanaraq, üç-dörd nöqtəyə əlinin içi ilə basmaqla, başımın ağrılarını götürürdü. O, çox yaxşı türkə-çarə həkimi idi. Kəndin əksər sakinləri çox vaxt həkimə yox, nənəmin yanına gəlirdilər və o da onları sağaldırdı. Adamlardan qan alardı və Talıstanın meşələrindən topladığı bitkilərdən, müalicəvi otlardan dərmanlar düzəldib, həmin dərmanlarla adamların sağalmasına köməklik edirdi. Uşaq yaşlarımdan demək olar ki, hər gün mənim burnum qanayırdı. Orta məktəbi bitirənə qədər də hər gün baş ağrılarım olub və hər gün də burnumdan qan gəlib. Beləcə nənəm, böyük səbrlə, dərman bitkilərindən hazırladığı dərmanlarla məni sağaldıb. Bizim ailəmizdə hamı dərslərini yaxşı oxuyurdu. Ona görə də böyük qardaşım Ağamehdi gözəl riyaziyyatçıdır. Bu sahədə elmi iş müdafiə eləyib. Bacım Dilavər kəndimizdə ilk ali təhsilli müəllimdir. Bu gün də İsmayıllıda Kollecdə rus dilini peşəkar səviyyədə tələbələrə öyrədir. Bacım Füruzə tibb işçisidir. Mən mühəndisəm. Beləliklə, bütün bacı və qardaşlarım ali təhsil alıb. Bacı-qardaşlarım və onların övladları, hamımız ali təhsilliyik. Təsəvvür edin ki, bir kolxozçu İbadulla kişi və Məryəm xanımın ailəsindən, kökündən 46 nəfər ali təhsil alan var.
Rafiq Mehdiyevin tale şəhəri olan Sumqayıt
-Necə oldu ki, siz taleyinizi Sumqayıtla bağladınız?
- 1960-80-ci illərdə Talıstanda oxuyan bütün uşaqların demək olar ki, əksəri ali məktəbə qəbul olurdular. Çünki bu, bizim müəllimlər tərəfindən qarşımıza qoyulan ali məqsəd idi. Mən məktəbi bitirəndə artıq qardaşım Ağamehdi fizika-riyaziyyat elmlər namizədi idi. O da mənim üçün bir güzgü, mayak, nümunə idi. Mən də orta məktəbi bitirəndə istəyirdim ki, Azərbaycandan kənarda təhsil alım. Həmin vaxtı ulu öndər Heydər Əliyev ali məktəblərə əla qiymətlərlə qəbul olanları Rusiyanın və başqa respublikaların ali məktəblərinə təhsil almağa göndərirdi. Hər il səhv eləmirəmsə 700 nəfər həmin respubliklara göndərilirdi. Mən də istəyirdim ki, gedib başqa respublikada təhsil alım. Orta məktəbi də tərifnamə ilə bitirmişdim. Həmin vaxtı gərək bir beş, bir dörd almalıydın ki, ora düşə biləsən. Amma mən iki dörd aldığıma görə ora düşə bilmədim. Taleyim məni Azərbaycan Neft-Kimya İnstitutunun Sumqayıt filialına daxil olmağı qismət elədi. İnstitutun axşam şöbəsinə və həm də rus qrupuna. Açığı ora getmək istəmirdim. Arzularım daha “böyük” idi. Ancaq daha təcrübəli qardaşım Ağamehdi müəllim məsləhət bildi ki, orada oxuyum. Beləliklə, həmin vaxtdan taleyimin şəhəri Sumqayıt oldu. Axşam şöbəsində təhsil aldım. Qrup nümayəndəsi oldum. Tikintidə işə düzəldim. Həmin vaxtı SSRİ əhəmiyyətli Polimer- 120 zavodu tikilirdi. Mən də orada çalışdım. Beləcə yavaş-yavaş vəzifə pillələrində yüksəldim.
-Bəs necə oldu ki, siz komsomolda, partiya sahəsində işləyəsi oldunuz? Uzun illər də bu sahədə işlədiniz.
-Maraqlı sualdır. Betonçu işləyirdim. İctimaiyyətçi olduğuma görə iki nömrəli Tikinti Trestinin komsomol komitəsinə seçildim. Sonra bu trestin partiya komitəsinin ictimai əsaslarla müavini oldum. Sonra məni Sumqayıt şəhər Komsomol Komitəsinə, daha sonra Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının aparatına işə dəvət elədilər. Ümumiyyətlə, harada işləmişəmsə ora məni işə dəvət eləyiblər. Mən özüm işə düzəlməklə əlaqədar xahiş, müraciət etməmişəm. Ali məktəbdə rus dilində təhsil almağımın mənə çox böyük köməkliyi oldu. Orada rus dilini mükəmməl öyrəndim. Fərqlənmə ( qırmızı) diplomla ali məktəbi bitirdim. Çox sevinirəm ki, yeddi millətin nümayəndəsi olan müəllimlərim 36 fənndən mənə 105 “əla” qiymətlər veriblər. Onların da heç biri qohumum, həmkəndlim olmayıb. Bu qiymətləri biliyimə, bacarığıma görə almışam. Ali məktəbi fərqlənmə diplomu ilə bitirməyim də işimə çox köməklik eləyirdi. Çünki həmin vaxtı bütün protokollar rusca yazılırdı. Bunu da mənə həvalə eləyirdilər. Fəhlə işlədiyim vaxt, artıq 3-cü kursda oxuyanda məni texniki-istehsalat şöbəsinə mühəndis götürdülər. Sonra böyük mühəndis işlədim. Ondan sonra komsomol və partiya orqanlarında fəaliyyətim başladı. Partiya komitəsi dağılanda, komsomolun, partiyanın və icraiyyə komitəsinin bazasında İcra Hakimiyyətini yaratdılar və mən də orada şəhər təsərrüfatında ən ağır sahədə məsləhətçi və sonra baş məsləhətçi vəzifəsində işlədim. Ümumiyyətlə, mən nə arzulamışamsa çoxuna nail olmuşam.
-İcra Hakimiyyətində işləyənlər çalışırlar ki, oradan işdən getməsinlər. Amma siz yeganə insan olubsunuz ki, İcra Hakimiyyətindən öz ərizənizlə işdən çıxıbsınız. Bu necə olub?
-Məndən əvvəl də bir nəfər öz ərizəsilə işdən getmişdi. Mən ikinci olmuşam. Amma həmin adam, yenidən şəhər İcra Hakimiyyətinə işləməyə qayıdıb. Məni “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən çox böyük xahişlə, təkidlə ora işləməyə dəvət etdilər. Baxmayaraq İcra Hakimiyyətində işdən çıxmağımı istəmirdilər. O vaxtı İcra Hakimiyyətinin başçısı Şakir Abuşov hətta məni özü dəvət elədi ki, “axı sən niyə işdən getmək istəyirsən?” O vaxtı mən İcra Hakimiyyətində Sumqayıt işıq təsərrüfatının bir başa cavabdehi idim. Bu da 1990-97-ci illərdə ən ağır sahə sayılırdı. Bütün camaat şikayətə gəlirdi. Həmin insanları mən qəbul eləyib, onlara vəziyyəti başa salırdım. Mən həmin şöbənin müdiri Tahir Babayevlə birlikdə işıq, su, təsərrüfat sistemini bu günə qədər də əzbərdən bilirik. “Azərsu” ASC-də məni onların işlərinə kömək etməyə dəvət etdilər. Sözün açığı orada məvacib də nisbətən yüksək idi. Həmin vaxtı sonradan Milli Məclisin sədri olan cənab Oktay Əsədov “Azərsu” ASC-nin prezidenti idi. Özü şəxsən məni qəbul eləyib, on beş dəqiqəyə mənimlə tanış olub, işə götürdü. Beləliklə, mənim taleyimin şəhəri olan Sumqayıtda yaşayaraq, hər gün Bakıya işə getdim. Amma dəfələrlə imkanım oldu ki, Bakıda ev alım. Özü də bizim Sumqayıtda heç bir yaxın tanışımız, dostumuz, qohumumuz olmasa da mən bu şəhəri seçdim və bugünə qədər də Bakı ilə dəyişmədim. Bu gün də Sumqayıtı sevirəm və bu gün də sumqayıtlayam. Çünki sonradan yenidən Sumqayıta qayıdıb, bu şəhərdə öz işimi davam etdirdim.
-Siz Sumqayıtda yaşasanız da amma İsmayıllıya da çox bağlısınız. Bəs bu nədəndir? Bu, doğulduğunuz yerə bağlılıqdı, ya ümumiyyətlə füsünkar İsmayıllı torpağına vurğunluqdu?
-İsmayıllı mənim daha incə yerimdi. Əlbəttə, biz azərbaycanlılar, torpağa, elə, yurda bağlı adamlarıq. Bizim mentalitetimizdə başqa millətlər kimi köçüb başqa yerlərə getmək çox azdır. Bir ismayıllılı kimi bu, məndə bir az da artıqdır. Hətta orta məktəbin hələ aşağı siniflərində oxuyanda kəndimizi, rayonumuzu çox sevdiyim, buranı kiçik vətənim hesab etməyimlə bağlı kiçik bir sərbət inşa yazdığımı da xatırlayıram. Müəllimlərimin xoşuna gəlmişdi. Məndə yurda bağlılıq, başqalarına nisbətən daha çoxdur. Bizim Talıstan kəndinin çox mənzərəli yolu var. Cənubu Azərbaycandan olan və Fransada yaşayan dünya şöhrətli fotoqraf Reza Deqati həmin yolun çoxlu şəkillərini çəkib və dünya ölklərində sərgilərdə göstərir. Talıstan haqqında çoxlu şeirlər yazılıb. Mən də bir şeir yazmışam. Talıstanla bağlı çoxlu foto şəkillər də çəkib sosial şəbəkələrdə paylaşıram. Bu kənd təxminən 43 il bundan qabaq məni “həyat” adlı dünya okeanının qoynuna atıb və deyib: “Get yerini tap, amma onu bil ki, həmişə bu isti ocaq, isti yurd, ata ocağı səni gözləyir”. Təbii ki, atam-anam sağ olanda Talıstana daha tez-tez gedirdim. İndi obyektiv səbəblərdən bu səfərlərin sayı bir az azalıb.
Biz, bacı-qardaşlar yığışıb çoxdan təmirə ehtiyacı olan, böyüyüb boya-başa catdığımız ata ocağını təmir eləmişik. İndi imkan düşdükcə artıq övladlarımız və nəvələrimizlə ora daha tez-tez getməyə başlamışıq və hər dəfə də ötən günləri, valideynlərimizi xatırlayaraq böyük nostaji hissləri keçirirəm. Bizim Sumqayıt Dostlar Klubu üzvlərini mən son üç ildə üç dəfə Talıstana aparmışam. Onlar da Talıstandan çox razı qayıdıblar. Bizim İsmayıllıdan olan şair Şahməmməd Dağlaroğlunun İsmayıllı ilə bağlı bir bənd şeirini oxuyanda bədahətən qafiyyəsini davam etdirib bir şeir də yazmışam. Həmin şeiri demək istəyirəm.
Bu yerlərə yayda gəl,
Var meşə də, cay da gəl.
Qonaqpərvər məkandır,
Dostları da hayla gəl!
....
Apreldə gəl, mayda gəl,
Catdirmasan yayda gəl,
İsmayilli füsunkar,
İstədiyin ayda gəl!
....
Dostu dəvət edərlər,
Budur bizdə qayda, gəl.
Suyu, havasi təmiz,
Olar cana fayda, gəl.
....
İşlərim coxdur demə,
Qaydasina qoy da, gəl.
Ayri vaxtın olmasa,
Bayramda gəl, toyda gəl.
....
Kömürü var kababa,
Mey əvəzi su, hava.
Qızıləhməd almada
Bal dadını al da, gəl.
Bu şeirim “İsmayıllı xəbərləri” qəzetində və bir neçə saytda çap olunub.
Dahi Səməd Vurğunun doğma kəndimizə həsr etdiyı “Talıstan” poemasının ruhuna uyğun olaraq bir yazı da yazmışam
Əlbəttə ki, poema ilə müqayisəyə gəlməz, ancaq mən də öz doğma kəndimizi belə vəsf edirəm.
Möhtəşəm dağlara söykənib duran,
Meşələr icində talalı məkan,
Min illə ölcülən tarixi olan,
Cavanşir qalalı ulu TALISTAN.
.....
Şimaldan qoruyur Qafqaz dağları,
Yəqin məğlub edib çox "yağıları".
Dağlarin döşündə meyvə bağları.
Təbiət gözəli bizim TALISTAN.
......
Yayılıb hər yana şöhrəti, şani,
Yetirib gör necə alim, ziyalı.
Yaddan cıxa bilməz ana qucaği,
Vuran qəlbimizdir Ana TALISTAN.
.....
Şərqdə məgrur durur Qasani daği,
Qərbdə güzgüsüdür Məmməd bulağı.
Meşə var dəyməyib insan ayağı,
Nadir heyvanların olub oylağı
. . .
Ağbulaq meşədə qonaq otaği,
Böyük Səməd Vurğun olub qonağı.
Onu xatırladır Səməd bulağı,
Ellər unudarmı ulu ustadı?
. . .
Ayıra bilmirsən dağ ilə baği,
Harda dağ qurtarir, haradir bağı?
Bu palıd, bu fısdıq, bu alma bağı,
Ağaca baxanın düşər papağı.
. . .
Ağ çayin ağ suyu, şəlaləsi var,
Suların çox şirin zümzüməsi var,
Ecazkar musiqi təranəsi var,
Görən heyran olar, ona vurular.
. . .
Dad verir yeməyə yarpız, sumağı,
Bənövşə, novruzu, quzuqulağı.
Yovşan, boymadərən, bağayarpağı,
Bürüyüb cölləri, təpəni, dağı
. . .
Möhtəşəm dağlara söykənib duran,
Meşələr icində talalı məkan,
Min illə ölcülən tarixi olan,
Cavanşir qalalı ulu TALISTAN,
Tarixin şərəfli qolu TALISTAN,
İşıqlı sabahın yolu TALISTAN!
Mən ümumiyyətlə, Azərbaycan torpağına bağlı insanam. Harada gözəllik görürəmsə ora vuruluram. Azərbaycanda isə gözəl yerlər çoxdur, amma biz bu gözəllikləri dünya xalqlarına lazım olan kimi çatdıra, tanıda bilmirik.
Bu da məşhur Lahış və lahıclılar haqqında
Bu şeiri də Xalq şairi Hüseyn Arifin "Lahıc duyğuları"
poemasından təsirlənərək yazıram
Min bir zəhmət əziyyətlə , yaşayıblar, yaradıblar,
Cətinliyə sinə gərib, ucaliblar, ucaldıblar.
Dədə-baba sənətini qoruyublar. yaşadıblar,
Odla misi tablayiblar, necə forma qab alıblar
.........
Nəsillərə örnək olan, sənətkarlar yaraniblar, ,
Böyük tarix kitabına, tarix yazib lahıclılar.
Insanlığa halallıqla, illər boyu sadiq qalib,
Böyük-böyük şəxsiyyətlər yetiriblər lahiclilar.
.........
Necə alim, necə loğman, nacə ustad yaziçilar,
Elm, dövlət xadimləri yetiriblər lahiclilar. ,
Halallığın, insanlığın, gözəlliyin. ucaligın,
Möhürünü, simvolunu, yaradiblar lahiclilar
.........
Ölkəmizə, xalqımıza, dünya üzrə şöhrət verən
Baş ucaldan, fərəh verən, şan gətirən,
Qərinələr ötsə belə, qala bilən,.
LAHİC kimi abidəni, yaradiblar lahiclilar,
LAHİC kimi abidəni, yaradiblar lahiclilar
Bu ilin may ayının 31-də biz Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvlərindən 12 nəfər Şuşaya səfər etmişdik. Baxmayaraq ki, Füzuli rayonunun Əhmədbəyli kəndindən başlayaraq, erməni gavurlarının, vandallarının xaraba günə qoyduğu kəndlərimizi, şəhərlərimizi, qəbirstanlıqlarımızı gördükcə hamımızın ürəyi ağrıyırdı, amma bir məsələyə qürur duyurduq ki, 44 günə rəşadətli ordumuzun və Ali Baş Komandanımızın şücaəti, igidliyi ilə tarixdə görünməyən böyük bir qələbə çaldıq və erməniləri məhv elədik. Bundan böyük qürur, fəxarət olarmı?
Şuşada və bütövlakdə Qarabağda gedən quruculuq işlərindən böyük fərəh hissi keçirirəm və qəlbim dağa dönür. Bu quruculuğu görən Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvlərinin də hamısı bütün bunlara böyük qürur hissi keçirirdilər. Biz qətiyyətlə inanırıq ki, tezliklə bütövlükdə Qarabağ dünyanın ən gözəl yerlərindən biri olacaq.
-Mən sizinlə təmasda olduğum bu üç ildə görürəm ki, ailəyə çox bağlı insansınız.
-Yenə də sarı simə toxundunuz. Doğrudan da mən aliləyə çox bağlı insanam. Bəlkə də bu qardaş-bacı kimi bir-birimizə bağlılqdan irəli gəlir. Biz ailədə çox uşaq olmuşuq. Anam Məryəm xanım Qəhərəman ana olub. Artıq nəvələrimiz var. Mənim bir oğlum, bir qızım var. Oğlum da, qızım da ali təhsillidirlər. Oğlum Zaur iqtisadçıdı. Kooperasiya Universitetində müəllim işləyir. Maliyyə və iqtisadiyyat sahəsi üzrə magistrdır. Doktoranturada oxuyur. Qızım Məryəm xanım isə yüksək ixtisaslı nevroloq həkimdir.
Artıq on ilə yaxındır ki, sosial şəbəkələrdə bizim qardaş-bacılarla birlikdə “MEHDİYEVLƏR AİLƏSİ” adlı qapalı bir qrupumuz vardır. Ailəmizin bütün üzvləri, övladlarımız, nəvələrdən bəziləri 25 nəfərdən çox nümayəndəsi həmin qrupun üzvüdür. Hər gün bir-birimizlə əlaqə saxlayır, sevincimizi problemlərimizi bölüşürük. Uğurlu işlərimizlə, problemli məsələlərimizlə tanış oluruq. Ata əvəzimiz olan Azərbaycan Prezidenti yanında İdarəçilik Akademiyasının dosenti Ağamehdi müəllimin maraqlı nəsihətlərinə qulaq asıb, həmin problemləri həll edirik. Eləcə də Ana əvəzi bacılarım Dilavər müəllimənin, Füruzə bacımızın maraqlı məsləhətlərini dinləyirik.
Bir məsələni də vurğulayım ki, biz hər gün həyat yoldaşım və nəvələrimizlə Sumqayıtın dənizkənarı parkına gedirik. Ən azından bir saat orada oluruq. Ailəmlə, övladlarımla, nəvələrimlə fəxr eləyirəm. Ümumiyyətlə, mənə eləki, sadə bir ailədə doğulan kənd uşağının 60 əldə edə biləcəklərinin böyük bir qisminə nail olmuşam. Atalarımız da deyib ki, “həyat bir iynədi, sapı çox qısa”. Təki ömür vəfa eləsin ki, başqa arzularımı da reallaşdıra bilim.Mən həyatı, yaşamağı şox sevirəm. Açığı arzularım hələ çoxdur.
-60 illik həyatdan keçmişə boylananda Rafiq Mehdiyev nələrə görəsə heyfislənirmi?
-Sözün doğrusu heyfisləndiyim elə bir şey yoxdur. Ali məktəbi qırmızı diplomla bitirmişəm. Kənddə orta məktəbi bitirən bir oğlan gəlib yüksək qiymətlərlə ali məktəbə qəbul olsun və özü də rus dilində oxusun, həm də qırmızı diplom alsın, mənə elə gəlir ki, bu böyük işdir. Ali məktəbdə müəllimim vardı. Dursun müəllim. O, istəyirdi ki, mən Moskvaya onun dostlarının yanına gedib, orada aspiranturada oxuyum və elmi iş müdafiə eləyim. Həmin vaxtı elmi işçilər yaxşı maaş alırdı. Amma o vaxtlar müəyyən obyektiv və subyektiv səbəblərdən Moskvaya aspiranturaya gedə bilmədim. Bir də həmin vaxt Sumqayıtda ev növbəsində olduğuma görə ev gözləyirdim və gedə bilməzdim. Moskvaya gedə bilməyimə heyfislənməsəm də, bəlkə də onu itirilmiş şansım hesab edirəm. Əgər getsəydim, bəlkə də bu günkü Rafiq olmayacağdım. Nə bilim... Elə bu vaxt yadıma dahi filosof Lafantenin bu sözləri düşdü. O, belə deyib: “Gül səpələnmiş yollar heç vaxt şöhrətə apara bilməz”. Bəlkə də mənə təklif olunan həmin “gül səpələnmiş yollar”da istədiyimi eləyə bilməzdim. Nə isə... Başqa heç nəyə təssüf etmirəm. İndi mənim üçün bütün boşluğu dolduran Sumqayıt Dostlar Klubumuz var. Həmin klubda olan dostlarımla fəxr eləyirəm.
-60 yaşınız mübarək!
-Təşəkkür eləyirəm. Çox sağ olun ki, vaxt tapıb, mənim ömrümün 60 ilini beləcə işıqlandırırsınız. Həyatda bir şeyə sevinirəm ki, heç kimə, heç vaxt həsəd aparmamışam. Dahi filosof, böyük mütəfəkkir Volter deyib ki, “həsəd- ürək üçün böyük zəhərdir”. Gəlin ürəklərimizi həmin zəhərdən qoruyaq. Onda yaşamaq da, yaratmaq da gözəl olar.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar