Xəbər lenti
"Bizim institut gəlir gətirə bilməz, ona görə də..." – Nadir Məmmədli
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli deyib.
Məlumat üçün qeyd edək ki, iyulun 28-də Prezidentin fərmanı ilə Elm və Təhsil Nazirliyi yaradılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
AMEA-nın bir sıra humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək.
Nadir Məmmədli istənilən formada elmlə məşğul olacaqlarını vurğulayıb: “Xalqın, cəmiyyətin yaşamasının birinci atributu dildir. İstənilən sahədə biz öz təşəbbüskarlığımızı, fəaliyyətimizi göstərəcəyik. Bu məsələdə bəzi məqamlar düz olub. Məsələn, o institutlar ki AMEA-dan ayrılıb Elm və Təhsil Nazirliyinin tərkibinə verilib, onlar təsərrüfat hesabı ilə də yaşaya bilərlər. Məsələn, Neft-Kimya Prosesləri İnstitutunun səmərələşdirdiyi tədbirləri var. Onlar öz işləri ilə fəaliyyət göstərə, öz fikir və biliklərini sata bilərlər. Bizim institut və analoji elmi qurumlar isə dövlətə gəlir gətirə bilmir, büdcə vəsaiti hesabına fəaliyyət göstərirlər”.
Deməli, hələ bəzi müəllimlərin özlərinin hazırlığı çatmır, dərsliyi mənimsəməyiblər. Ona görə də bu dərsliyi yox, əvəzində aldadıcı bir fəndən - Azərbaycan dili və nitq mədəniyyətindən dərs keçirlər. Halbuki bu, tamamilə başqa bir fəndir. Prezidentin göstərişlərində də var ki, təkcə filoloji yox, bütün ali məktəblərdə və fakültələrdə Azərbaycan nitq mədəniyyətini inkişaf etdirmək lazımdır. Nitq mədəniyyəti insanlara hörmət gətirir, danışıq mədəniyyəti bütün sahələrin mütəxəssisləri üçün vacibdir.
“İşgüzar və akademik kommunikasiya” ən modern və müasir dərsliklərdən biridir. Bu dərsliyi ali məktəblərdə keçən müəllimlərdən biri mənəm. Amma bəzi müəllimlər bir balaca çətinliyə düşən kimi dərsi keçmirlər. Söhbət məndən getmir, axı, bu dərsliyin tədrisinə Təhsil Nazirliyi göstəriş verib. Dərslik çətin olduğu üçün nitq mədəniyyəti dərsi keçirlər. Qarışıb bir-birinə, bunları yoxlayan da yoxdur”.
Nadir Məmmədli hesab edir ki, ali məktəb müəllimləri üçün elmi işlə məşğul olmaq bir qədər çətindir: “Amma AMEA-nın bazası var, burada böyük bir ənənə olub, çox yüksək səviyyəli alimlər yetişib. Başa düşürük, struktur dəyişikliyi etmək lazımdır. Elmi inkişaf etdirməyin yüz yolu var. Fikrimcə, AMEA-ya məxsus potensialı itirmək yox, inkişaf etdirmək lazımdır”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar