Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın özəl səhiyyə sistemi – Beynəlxalq Elmlər Akademiyasının strukturunda: özəl səhiyyəmizin möhtəşəm uğuru

Tarix: 20-07-2022 19:55     Baxış: 3453 A- / A+

Elm aləminin mötəbər qurumlarından olan Beynəlxalq Elmlər Akademiyası 1980-ci ildə iki dəfə Nobel mükafatı laureatı, kimyaçı-alim Laynus Polinq tərəfindən təşkil edimişdir. Qərargahı Avstriyanın İnsbruk  şəhərində  yerləşən Beynəlxalq Elmlər Akademiyası dünyanın görkəmli alimlərini, elm, siyasi və ictimai xadimlərini birləşdirir. Onların arasında 119 Nobel mükafatı laureatı olmaqla 1500-dən çox akademik, həmçinin, dünyanın 81 Milli Elmlər Akademiyasının üzvləri var. Müxtəlif ölkələrin 40-dan çox universiteti və bir çox elmi-tədqiqat institutları akademiyanın üzvüdür. 
Dünyanın ən böyük elmi təşkilatlarından olan Beynəlxalq Elmlər Akademiyasının yaranmasının məqsədi – XXI əsrdə problemlərin səmərəli həllinə yönəlmiş fundamental, tətbiqi və transdissiplinar tədqiqatlarda proqress  və innovativ elmi inkişafdır. Belə ki, hazırda  bəşəriyyət  qarşısında duran müasir qlobal problemlərin (insan sağlamlığının, mənəvi və mədəni dəyərlərin qorunması,  ekologiya, kosmos və dünya  okeanı problemi və sairə) həllində müxtəlif ölkə alimlərinin  birləşməsi zərurəti artıq qaçılmazdır.  Akademiyanın əsas vəzifələri:
-yeni beynəlxalq, transdistiplinar  və fənlərarası metodların inkişafı;
-elmi tədqiqatların səmərəliliyinin artırılması  (elmin təşkilinin təkmilləşdirilməsi);
-elmdə humanist metodlara  dəstək;
-inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında elmi əməkdaşlıq;
-mühüm qərarların qəbul edilməsində və elmi tədqiqatların dəstəklənməsində elm adamları və siyasətçilər arasında əməkdaşlıq;
-fəlsəfi və etik fənlərin elmə inteqrasiyası;
-elmin rolu və gələcək inkişaf  haqqında ictimai-elmi və siyasi müzakirələrin təşviqi;
-elmi, ictimai və siyasi məqsədlərin optimal inteqrasiyasını dəstəklənməsi.
Akademiyanın üzvləri Milli bölmələr tərəfindən fundamental və tətbiqi tədqiqatlardakı görkəmli nailiyyətlərinə görə seçilir.
Akademiyanın Milli bölmələri - Albaniyada, Avstriyada, Azərbaycanda, Braziliyada, Bolqarıstanda, Fransada, Almaniyada, Yaponiyada, Böyük Britaniyada, ABŞ-da, Lüksemburqda, Rusiyada, Slovakiyada, Yunanıstanda, Hindistanda  fəaliyyət göstərir. Akademiyanın müxtəlif komitələri- Humanitar, Texniki və sairə  vardır, sağlamlıq və ətraf  mühitin müdafiəsində duran “Sağlamlıq və ekologiya” komitəsinə akademik Walter Kofler (Avstriya)  başçılıq edir.
2001-ci ildə professor, akademik Cəlal Əliyevin təşəbbüsü və ulu öndər  Heydər Əliyevin dəstəyi ilə Beynəlxaq Elmlər  Akademiyasının  Azərbaycan Bölməsi (BEA AB) yaradılıb. 
Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin yaradılıması iki dəfə Nobel mükafatı laureatı Laynus Polinqin 100 - illik yubileyinə həsr olunmuşdur. Hazırda BEA-nın Azərbaycan bölməsinin prezidenti – geologiya-minerologiya elmləri doktoru, Rusiya Təbiətşunaslıq  Akademiyasının akademiki professor  Elçin Xəlilov, fəxri prezidenti akademik Ziya Səmədzadədir.
İyunun 18-də Beynəlxalq Elmlər Akademiyasının (BEA) Azərbaycan Bölməsinin Baş Assambleyasında BEA AB-nın yaradılmasının 20 illiyi münasibətilə yubiley iclası keçirilmişdir.

İclasda Beynəlxalq Elmlər Akademiyasının prezidenti, akademik, professor doktor Valter Kofler  geniş məruzə ilə çıxış edib.  BEA Azərbaycan Bölməsinin fəxri prezidenti, akademik, professor   Ziyad Səmədzadə giriş sözü ilə çıxış etmiş, BEA Azərbaycan Bölməsinin  prezidenti, akademik, prof. Dr. Elçin Xəlilov hesabat vermiş, BEA AB-nin Yubiley kitabı olan “Beynəlxalq Elmlər Akademiyası.Azərbaycan Bölməsi: 20 il” və  BEA  AB-nin 20-illiyinə həsr olunmuş - “Sərhədsiz Elm. Elmi məruzələr” kitabının təqdimat  mərasimi  keçirilmişdir. BEA AB-nin strukturunda “Təbabət və Əczaçılıq üzrə İnnovasiya Mərkəzi” yaradılmışdır.
Sonra BEA  Azərbaycan  Bölməsinin həqiqi və müxbir üzvləri seçilmiş, elmin və innovativ texnologiyaların inkişafına töhfə verən təşkilatlara,  BEA AB-in seçilmiş akademiklərinə və müxbir üzvlərinə diplomlar və  “Qızıl döş nişanları”  akad. Prof. Dr. Valter Kofler tərəfindən təqdim edilmişdir.
Yubiley konfransının çox qürurverici hissəsi - BEA Rəyasət Heyətinin qərarı ilə:
- ölkəmizin özəl səhiyyə sistemini təmsil edən Bioloji Təbabət  Klinikasının nəzdindəki “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi”  Beynəlxalq Elmlər Akademiyasının strukturuna qəbul edilmişdir  
- Tibb elmləri doktoru, professor, Azərbaycan Səhiyyə Nazirliyin Analitik Ekspertiza Mərkəzinin eksperti, Almaniya  “Biotənzimləyici Sistemli Təbabət”-nin eksperti, Azərbaycanda  "Bioloji Təbabət və Antihomotoksik terapiya" cəmiyyətinin prezidenti,   “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzinin elmi işlər üzrə direktoru Fikriyyə İbrahim qızı  İbrahimli  Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin akademiki seçilmişdir
- Azərbaycanda İnteqrativ tibbin və təhsilin inkişafına, tibb sahəsində İnnovativ Müalicə Üsullarının tətbiqinə  görə  Bioloji Təbabət  Klinikasının  Baş direktoru Elxan Ənvər oğlu Yaqubov  Beynəlxalq   Elmlər Akademiyasının  ən nüfuzlu medalı olan Qızıl döş nişanı  ilə təltif olunmuşdur.
42 illik fəaliyyəti dövründə dünyada və iyirmi il ərzində ölkəmizdə Beynəlxalq Elmlər Akademiyasının  bir çox üzvü Akademiyanın diplom və medalına layiq görülmüşdür. Artıq bu  sırada  Azərbaycan  özəl  səhiyyə  sisteminin nümayəndələrinin də  yer  tutması Azərbaycanda İnteqrativ Tibbin  uğurlu  inkişafının, əldə etdiyi böyük nailiyyətlərin aydın  göstəricisidir. 






 




























Ağalar  İDRİSOĞLU,
Əməkdar  incəsənət  xadimi




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar