Havalar isindikcə ölkəmizdə içməli su satışı genişlənir. İnsanlar daha çox qablaşdırılmış sulara böyük maraq göstərirlər. İstər marketlərdən alınan, istərsə də evlərə çatdırılan sularla bağlı narazılıqlar səslənir. Bəzi hallarda onların kran suyundan fərlənmədiyi bildirilir. Bu suların bəzilərinin harada qablaşdırılması, necə təmizlənməsi isə bəlli deyil. Dəfələrlə dövlət qurumları tərəfindən qanunsuz su qablaşdıran məntəqələr aşkarlanıb.
Doğrudanmı, qablara doldurulmuş kran suyunu mağazadan pulla alıb içirik?
Manevr.az xəbər verir ki, mövzu barədə modern.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, əksər sahələrdə olduğu kimi, su satışında da istehlakçılar aldadılır, onların hüquqları qorunmur:
"Təmizlənmiş su adı altında satışa sular çıxarırlar. Elm hələ aşkar etməyib ki, hansı orqanizmə hansı tərkibli su uyğundur. Suyu araşdırmaq üçün onun 300 parametri araşdırmalıdır. Səhv fikirdir ki, bulanıq su içəndə böyrəkdə daş əmələ gəlir. Suyun ilahiliyini dərk etmək lazımdır, mən isə onu dərk etmişəm. Neçə ildir ki, avtomobil yuma məntəqələrində avtomobil yuduzdurmuram. İçməli su ilə avtomobil yuduzdurmaq nadanlıq, axmaqlıq əlamətidir. Azərbaycanda bu hal davam edir. "Azərsu"da İctimai Şuranın üzvü olaraq dəfələrlə məsələ qaldırmışam ki, mütləq avtomobilyuma məntəqələrinin sayı azaldılmalıdır. Elə iş aparmaq lazımdır ki, onlar sudan səyyar istifadə etsinlər. Təəssüflər olsun ki, ölkədə böyük su israfçılığı var, amam bunu çox az adam dərk edir".
QHT rəhbəri vurğulayıb ki, ölkənin əmətəə bazarında 1litri 9 manata, eyni zamanda 40 qəpiyə təklif edilən sular var:
“Əhali zəng vurub deyir ki, litri 9 manata olan suyun tərkibində də H2O var, niyə bu qədər baha satılır? Məsələ sadəcə istehsalçıları manipulyasiya etmək, aldatmaqdır. Su filterçiləri deyilən 20 nəfərə yaxın cəmiyyət var ki , kənbəkənd, şəhərbəşəhər düşüblər çöllərə, guya suyu filtirləyib satırlar. Təəssüflər olsun ki, "Azərsu" buna izləyici mövqeyindən baxır. Suyun keyfiyyət məsələsi ilə heç kəs məşğul olmur”.
Hüquq müdfiəçisi bildirib ki, quyu suyunu, artezian suyunu qablaşdırıb baha qiymətə əhaliyə təklif edənlərə də rast gəlmək olar:
“Qida Təhlükəsizlik Agentliyi qidaların, o cümlədən suyun təhlükəsizliyini təmin etməlidir. Yəni suyu içdiyimiz yerdə zəhərlənib ölməyəcəyimizə təminat verməlidir. İqtisadiyyat Nazirliyinə tabe olan Standartlaşdırma İnsitutu da səsini çıxarmır. Bütün sahələrdə olduğu kimi suyun keyfiyyət məsələsində də susmaq mövqeyini tutublar. Bəzən quyu suyunu, artezian suyunu qablaşdırıb baha qiymətə əhaliyə təklif edirlər.
Qeyd edim ki, eyni su ailədəki 5 nəfərin 1-nə mənfi təsir edə bilər və ya əksinə. İstehlakçılara məsləhət görürəm ki, suyu daimi dəyişib içsinlər. Ən brend suların saxta variantları da var. Su iysiz, dadsız olduğu üçün istehlakçı saxta suyu tanımır. İstehlakçılar su alan zaman onun etiketini yaxşı oxumalıdırlar, qablaşdırmasına diqqət etməlidirilər”.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar