Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

70 manatlıq Şuşa “konfrans”ı - Aldadılan alimdən açıqlama

Tarix: 09-06-2022 20:11     Baxış: 3264 A- / A+
Bir qrup alimdən Şuşaya səfər təşkil etmək adı ilə pul yığılıb.
Manevr.az bildirir ki, zərərçəkmiş Fəlsəfə, sosiologiya institutun aparıcı elmi işçisi, Fəlsəfə doktoru, dosent Ağasəlim Həsənov teleqraf.com-a faktı təsdiqləyib.
O bildirib ki, bir müddət əvvəl başlanğıcı Şuşa şəhəri, davamı isə Bakı şəhəri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxananın konfrans zalında olmaqla beynəlxalq konfransın keçiriləcəyi elan olundu: “Tədbir Türkiyə və Azərbaycanın bir neçə rəsmi institutları və universitetlərinin təşkilatçılığı ilə baş tutacaqdı. Təbii ki, digər alimlər kimi, mən də tələblərə uyğun olaraq Azərbaycan və ingilis dillərində xülasə hazırlayıb e-mail ünvana göndərdim. Şərtlərdən bir də beləydi ki, kim həm Şuşada, həm də Bakıda konfransda iştirak etmək istəyirsə, 70 manat ödəniş etməlidir. Əlvan Cəfərov bu işlərdə Azərbaycan üzrə kordinator idi. Əlvan Cəfərovun özü ilə həm telefon, həm də “Votsap” üzərindən əlaqəm olub. O mənə konfransın şərtlərini təkrar etdi və 70 manat ödəniş etməyimi bildirdi. Ümumilikdə 450 nəfərdən artıq alim və tədqiqatçıdan xülasə və ödənişlər qəbul olunub. Konfransın başlamasına bir gün qalmış “Votsap”a mesaj göndərildi ki, Şuşaya getmək alınmır. Məsələ ilə bağlı Prezident Administrasiyasına və Şuşa şəhəri üzrə xüsusi nümayəndəliyə müraciət olunub. Bildirilib ki, indiki infrastruktur Şuşa şəhərində eyni vaxtda bu sayda qonağı qəbul edib yola salmağa imkan vermir.
Halbuki Şuşa şəhərinə gedən konfrans iştirakçılarının sayı öncədən müəyyən olunmalı idi. Bilirik, ora insanlarımız xüsusi qaydada gedib-gəlir. Sual olunur, bütün bunlar öncədən nəzərə alınmadan 450 nəfər alimdən 70 manat ödəniş almaq və xülasə qəbul etməyin məqsədi nədir? Amma konfransa bir gün qalmış elan edirlər ki, Prezident Administrasiyasına müraciət etdik və bildirdilər ki, üzrlü sayın, siz bu sayda bu heyətlə konfrans təşkil edə bilmərsiniz. Bunları öncədən dəqiqləşdirib sonradan ödəniş almaq lazım idi. Bu, konfransın təşkilinə nə qədər məsuliyyətsiz və məqsədli yanaşmanın olduğunu göstərir.
Təşkilatçılar sonda bu məsələni ekskursiyaya transfer etmək istədilər. Belə ki, onlar ortaya bir ekskursiya söhbəti atdılar. Şuşada konfransla ekskursiya təşkil etmək arasında yerlə-göy qədər fərq var. Şuşada konfransda iştirak etmək bir alim üçün böyük mina kəsb edir. Əgər Şuşaya öz istəyimlə gedirəmsə, bu mənim üçün bir ekskursiyadır, amma konfrans üçün gedirəmsə, bunun başqa anlamı var. Ziyalı insanlar ekskursiyanın fərqini çox gözəl başa düşür. Təəssüf ki, bu əməllərinə don geyindirmək üçün nəzərdə tutulmuş ekskursiya söhbəti də baş tutmadı”.
Müsahibimiz qeyd edib ki, əldə etdiyi qeyri-dəqiq məlumatlara görə, 450 alimdən 100 nəfəri sözügedən konfransa göndərilib: “Məlum olur ki, həmin 100 nəfərin içərisində kimlərinsə qohum-əqrəbəsi gedib. Tutaq ki, biri alimdir, onun ailə-uşağı da konfransa gedib. Başa düşə bilmirəm, əgər Şuşada konfransa gedirəmsə, orada yaradılan imkanlar mənə aiddir. Ailə üzvlərim Şuşaya digər vətəndaşlarımız kimi gedə bilər. Amma həmkarımız tarixçi alim Arif Gürşadoğluna istinadən bildirirəm ki, həmin 100 nəfər heyətin içərisində kiminsə ailə üzvləri, nəvələri Şuşaya gediblər”.
Alim qeyd edib ki, həm Əlvan Cəfərovun, həm də Vəfa Cəfərova adında bir “Vhatsapp” istifadəçisinə pulun qaytarılması üçün müraciət edib: “Kartımın şəklini atıb ödədiyim 70 manatın qaytarılmasını bildirmişəm. Təbii ki, bu, onlara bir izahetmə xarakteri daşıyır. Şuşa səfərində məni ödədiyim 70 manat maraqlandırmır, alim olaraq məsələnin mənəvi tərəfi var. Şuşada konfransda iştirakla bağlı planlarım var idi, xüsusi hazırlaşmışdım. Mənəvi cəhətdən sarsıntı keçirdim, bir gün qalmış bizə “sürpriz” etdilər”.
Ağasəlim Həsənov bu məsələdə tək Əlvan Cəfərovun üzərində köklənməyi doğru hesab etmir: “Ola bilsin ki, bu işin içində adını bilmədiyimiz başqaları da var. Sadəcə Əlvan Cəfərova rəsmi kordinator olduğu üçün hər kəs ondan danışır və yaxud da o soyadı daşıyan Vəfa adlı birindən danışır. Ümumiyyətlə, bu təşkilatçılıq sıfırın altındadır”.
Alim məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməyi düşünmədiyini də bildirib: “Həyatım boyunca kimsəyə rəsmi müraciət etməmişəm. Səbəb də odur ki, qarşıma çıxan problemləri özüm həll etməyi bacarmışam. Bu, maddiyyat davası deyil. Polisin adıçəkilən şəxsləri cəzalandırıb-cəzalandırmaması məni maraqlandırmır. Pulu yığanda dedilər ki, 70 manata gediş-gəliş və Füzulidə iki dəfə yemək daxildir. 350 alimin içərisində neçə nəfərinin 70 manatı ödədiyini də bilmirəm. Amma faktiki olaraq həmin məbləği ödəyib Şuşada konfransa gedə bilməyən alim və tədqiqatçılarımızdan biri özüməm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar