Xəbər lenti
Valideynlik hüququndan məhrumetmə hansı hallarda mümkündür?
Son dövrlər ölkəmizdə boşanmaların sayı artıb.
Əgər ailədə uşaq varsa, valideynlər boşandıqdan sonra da valideynlik vəzifələrini yerinə yetirməyə məcburdurlar. Hətta onların valideynlik hüququndan məhrum edilmələri belə onları valideynlik vəzifələrini yerinə yetirməməyə əsas vermir.
Maraqlıdır, ata və ya ana hansı halda valideynlik hüququndan məhrum edilə bilər?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı cebhe.info-ya danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, valideynin bir sıra davranış və asılılığı buna səbəb olur:
"Valideynlik hüququndan məhrumetmə Ailə Məcəlləsinin 64-cü maddəsi ilə tənzimlənir. Valideyn üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmirsə, həmin qanunun 64-cü maddəsinə görə valideynlik hüququndan məhrum edilə bilər. Bu, valideynlik hüququndan sui-istifadə etdikdə, yeni doğulan və ya müalicə müəssisəsində müalicə alan uşağı götürməkdən imtina etdikdə mümkündür. Eyni zamanda, uşaqların məişət zorakılığına məruz qalması, işgəncələrə düçar olunması, hansısa formada uşaqlara fiziki zor tətbiq edilməsi də valideynlik hüququndan məhrum edilməyə gətirib çıxarır. Xroniki alkoqol və narkomaniya qurbanı olmuş şəxslər də qanuna görə valideynlik hüququndan məhrum edilirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar