Xəbər lenti
“Nobel”ə namizəd olan 8 ölkənin akademiki Yaşar İbadov kimdir? – ARAŞDIRMA
Bu il tibb sahəsi üzrə Nobel mükafatına namizədliyi irəli sürülən, 8 ölkənin akademiki, professor Yaşar İbadov psixologiya və dünya tibb elminə verdiyi töhfələrlə məşhurdur.
Öz ölkəsində akademik elmi dərəcəsinə yüksələ bilməyən bu şəxs necə olub ki, dünyanın 8 ölkəsinin akademiki olmağı bacarıb?
Manevr.az “Nobel”ə namizədliyi irəli sürülən professor Yaşar İbadovla bağlı araşdırmanı təqdim edir.
O, ABŞ, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstanın, Britaniyanın Oksford Universitetinin və digər Avropa universitetlərinin akademikidir. Azərbaycanlı alim nüfuzlu beynəlxalq təşkilatların yüksək mükafatlarına da layiq görülüb.
Tibbi biologiya elmləri doktoru, professor Yaşar Saday oğlu İbadovun müəllifi olduğu “Alternativ psixolgiya” elmininmetodologiyası əsasında elmi ixtiraları bütün dünyada məşhurdur. Nanotexnologiya ilə hazırlanmış harmanizatorların tibb sahəsində insanların tibbi-psixoloji sağlamlığının beynəlxalq səviyyədə qorunması yolunda dünya təbabətinə gətirdiyi elmi yeniliklərdən dünyanın nüfuzlu araşdırma mərkəzləri əsas mənbə kimi istifadə edirlər.
Yaşar İbadov “Alternativ psixologiya" elminə 3 mart 2003-cü ildə Moskva şəhərində müəlliflik şəhadətnaməsi (№ 6274) də alıb.
Psixoqrafiya metodunun köməyi ilə enreqoinformasion gigiyena elmində və psixosomatik xəstəliklərin profilaktikasında yeni imkanlar açılır.
Onun tətbiq etdiyi psixoqrafiya metodu ("Metamorfoza səbəbi üzrə iş" metodu – red.) canlı orqanizmlərin faza sistemlərinin tədqiqindən və onların həyat fəaliyyətini pozan neqativ informasiya mənşəli blokların üzə çıxarılmasından ibarətdir. Bu, insanın mənəvi-psixoloji yüksəlişinə xidmət edir. Metodun tətbiqi təbiətlə insan arasında olan qarşılıqlı təsirlərin xarakterini qiymətləndirməyə imkan verir. Təkcə fiziki bədəni deyil, həm də energetik bədənləri təmizləməyə və sağlamlaşdırmağa imkan yaradır.
Professorun tibb sahəsində olan elmi yenilikləri yüksək qiymətləndirilir və Avrasiya ölkələri üzrə “Enerqoinformasion diaqnostika və müalicə üsulu” adında 29 dekabr 2005-ci il tarixli patent (№ 006449) alır.
Rusiyanın 25 Avqust 2005-ci il tarixli 011 saylı Akademiyalararası Ali Attestasiya Komissiyasının qərarı ilə həmyerlimizə Tibbi Biologiya doktoru elmi dərəcəsi verilir. O, "Ümumi psixologiya və inteqrativ tibb" ixtisası üzrə professor adına layiq görülür. Alternativ psixologiya üç elm - psixiatriya, differensial psixologiya və tibbi psixologiya qovşağında akademik Yaşar İbadov tərəfindən 1990-1998-ci illərdə yaradılır. "Alternativ Psixologiya" adlı yeni bir elmi yanaşmanın müəlliflik hüququ Rusiya Müəlliflər Cəmiyyəti tərəfindən 3 mart 2003-cü il tarixli 6274 saylı reyestrdə qeydə alınır.
Professor İbadov bu metodun nəzəri postulatlarına və psixoloji məsləhət praktikasında tətbiqinin praktik aspektlərinə həsr olunmuş bir sıra monoqrafiya və elmi məqalələr dərc etdirir.
8 ölkənin akademiki olan Yaşar İbadov 5 kitab, 7 elmi monoqrafiya və 26 elmi məqalənin, 12 sayda müəlliflik şəhadətnaməsinin, patentləşmiş nəzəriyyə, konsepsiya və ixtiraların müəllifidir.
Yaşar İbadovun tibb və psixologiya sahəsindəki xidmətləri beynəlxalq aləmdə də tanınır. O, dünya tarixində ilk dəfə “Faza Portret” adlanan rəsmlərin yaradılmasına elmi istiqamətdə əsaslanan yeni bir yol açır. Ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan tarixi şəxsiyyətlərin Dədə Qorqud, Nəsrəddin Tusi, Odinin, o cümlədən Nuh peyğəmbərin Faza Portretlərinin müəlifidir.
Onun həm nəzəri, həm də praktik nəticələri, müəllifi olduğu "Alternativ psixologiya" elminin metodologiyası əsasında İnnovativ İxtiraları – saat əqrəbinin əks istiqamətində hərəkət edən saatları, harmonizatorları və sair – vardır.
Ümid edirik ki, dünyanı öz zəkası ilə heyran qoyan həmyerlimiz bu il Nobel Mükafatına layiq görülər və ölkəmizin dünya elmindəki yerini daha da möhkəmləndirər. /Publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar