Xəbər lenti
Universitetlər necə olmalıdır?
“Universitet quruculuğu bütün dövlətlərin prioritet sahəsidir. Məhz insan kapitalı Universitetlərdə formalaşır. Elm sahələrində demək olar ki, bütün Nobel mükafatı laureatları Universitet alimləridirlər. Universitetlərin kitabxanaları tələbə və alimlərlə yanaşı geniş oxucu kütləsi üçün əlçatan olub. Universitetlər cəmiyyəti və dövləti düşündürən məsələlər ətrafında geniş diskussiyalar təşkil etməlidir. Bu işdə də fəaliyyət yetərli deyil. Bütün parametrləri ilə Türkiyə Universitetləri çox irəlidədir. Gec də olsa biz bu təcrübəni öyrənməliyik. Ölkə Universitetlərinin ən ciddi problemi tədqiqatçı alimlərin azlığı və texnoloji geriləmədir. Bu kadrlar xarici ölkələrin aparıcı universitetlərində yetişməlidir. Bakıda keçirilən "Beynəlxalq İnformatika Olimpiada"sında diqqətimi maraqlı bir məqam çəkdi. Ukraynadan bir informatika müəlliminin 4 şagirdindən 3-ü medal (biri qızl medal olmaqla) qazandı. Xarici ölkələrdən həmin müəllimə böyük məbləğdə əməkhaqqı vədləri verilsə də ölkəsini tərk etmir. Orta təhsildə istedadlı uşaqları Universitetlər rəğbətləndirməlidir. XXI Əsrin Universitetlərinin qarşısına qoyulan tələblərin bir qismi bunlar olmalıdır:
-Universitetlər özünəməxsuluğu ilə seçilən mədəni, sosial-iqtisadi və fiziki əhatəsindən faydalanmalıdır.
-Distant təhsilin keyfiyyətinin ənənəvi təhsilə yaxınlaşdırılması istiqamətində texnoloji və məzmun istiqamətində yeniliklərə imza atmalıdırlar.
-Universitet kitabxanaları daima yenilənməli, universitetlərarası kitabxana kommunikasiyası yaradılmalı, elektron kitabxana özünəməxsusluğu ilə seçilməlidir.
-Universitetlər cəmiyyətə transformasiya olunmalı, sosial və iqtisadi dəyişikliklərin katalizatoru funksiyasını daşımalıdırlar.
-Universitetlər akademik imbridinqi (öz məzunlarının işə götürülməsi) genişləndirməlidir.
-Universitetlər sahibkarlıq təşəbbüslərini dəyərləndirməli, öz bilik tutumlarını tətbiq etməli, innovasiyaları rəğbətləndirməlidir.
-Universitetlər tədqiqatları ilə paraktik məslələri (tədqiqatların tətbiqini) həll etməli, elmin populyaralşdırılmasında maraqlı olmalıdırlar.
-Tələbələrə uğurlarını təqdim etməyə imkanlar yaratmalı, hər bir tələbənin uğurunu qiymətləndirməlidir.
-Universitetlər elmi istiqamətləri birləşdirməli, Disiplinar sərhədləri aşmaqla yeni biliklər yaratmalıdır.
-Universitetlər Qlobal fəaliyyətlə məşğul olmalıdırlar. Həmçinin lokal, milli və Beynəlxalq problemləri qavrama yönümündə əlaqələr yaratmalıdırlar.
P.S. Bakıda keçirilən möhtəşəm TEXNOFEST göstərdi ki, elmdə və təhsildə paradiqmalar sürətlə dəyişir. Bu dəyişikliklərdə ləngiməyə mənəvi haqqımız yoxdur. Zəfərimizi İnsan kapitalına çevirməliyik”./yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar