Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı Apellyasiya Məhkəməsi 9 ildən sonra baxdığı şikayət üzrə qərarını 2 aydır vermir

Tarix: 02-06-2022 18:07     Baxış: 3418 A- / A+
Sədrlik edən hakim Xəyal Sarıyev Nizami məhkəməsində iş üzrə əvvəl hakim olub. 
Bakı şəhəri, Xətai rayon məhkəməsinin (Toğrul Əliyev) 26.05.2009 tarixli , 2 (011)-451/09 saylı qətnaməsinin qəbul edilməsindən 13 il keçdi. Bu 13 ildə baş prokurorluğa yüzlərlə şikayətlər , məhkəmələrə ortalıq əlli həddində iddialar,  ərizələr verilsə də, heç bir icra hərəkəti aparılmayıb. Yalnız bir dəfə 2 ildən sonra Nizami icra şöbəsi “tələkarın icraya maneçilik törətməsi” əsası ilə icra sənədini geri qaytarmaq barədə qərar qəbul edib. Heç demə, tələbkarın məhkəmə qətnaməsi ilə Nizami rayonu,   Bəhruz Nuriyev -10a ünvanındakı otaqları tələb etməsi icraya maneçilik törədirmiş! 
Əsas borclu ƏMDK-nın  və məhkəmənin özünün təşəbbüsü ilə əmlakın olduğu yer üzrə ikinci cavabdeh kimi cəlb etdiyi Nizami RİH -in Mənzil Kommunal Təsərrüfatı Birliyinin məsul şəxsləri cinayət əlaqəsinə girərək, nəinki dövlətin adından çıxarılan  məhkəmə qərarını icra ediblər, əksinə bir-birinə məktub-sorğu (?- Azərbaycandan başqa harada görünüb ki, borclu inzibati orqanlar bir-birinə sorğu verib məhkəmə qərarına qadağa qoysunlar?!-M. B. ) verib əmlakın gah həmin ünvanda yerləşən “Kapitalbank”ın Nizami filialının,  bank bunu 14.03.2011 tarixli arayışla yalanlayanda isə, 14 yaşlı rayon sakini olmayan uşağın “mülkiyyətində olduğunu” Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin adından saxta şəhadətnamə ilə “doğrulayıblar”. Tələbkarın icraya mane olan ƏMDK, Nizami RİH və Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin barəsində cinayət işinin başlanması üçün xüsusi qərardadla prokurora xəbər verilməsi və   Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı otaqların istifadəsinə verilməsi haqqında iddia tələbini Xətai məhkəməsinin hakimi İlqar Əliyev 21.06.2011-ci il tarixli qətnamə ilə qismən təmin edib, prokurora xəbər verilməsi hissəsində təmin etməyib. Sözügedən bu qətnamə cinayətkar saxtalıqla,  rüşvət qarşılığında 3 il tələbkar Qarabağ qazisindən gizlədilib. 
Qətnamədən Xətai və Nizami məhkəmələrinin, icra şöbələrinin, borclular ƏMDK və Nizami RİH-in vəzifəli şəxslərinin cinayətkar işbirliyi nəticəsində xəbərsiz olan Qarabağ əlili 2013-cü ildə Nizami məhkəməsində borclular barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi əsasında tədbirlər görülməsi üçün xüsusi qərardad qəbul edilməsinə ərizə verib. Hakim Ziya Əliyev 17.05.2013 tarixli qərardadla ərizəni geri qaytarıb. Apellyasiya şikayətini təmin edən Bakı Apellyasiya Məhkəməsi 22.07.2013 tarixli qərardadla ərizəyə baxmağı Nizami məhkəməsinə tapşırıb. 9 il keçməsinə baxmayaraq, Nizami məhkəməsi işə baxmaqdan imtina edib. Yalnız 9 il sonra yenidən ərizənin geri qaytarılması haqqında qərardadı alan tələbkarın şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilib.  İş qanunvericiliyin tələblərinə zidd olaraq əvvəllər işin baxılmasında hakim kimi iştirak etmiş Xəyal Sarıyevin sədri olduğu heyətə verilib. Yazılı icraat qaydasında işə baxan məhkəmə heyəti 2-ci aydır 13.04.2022 tarixli qərardadını verməkdən imtina edir. Niyə? Hələ də Məhkəmə Hüquq Şurası, Ombudsman,  dövlət hakimiyyəti orqanları niyəsini bəlirləyə bilmirlər. 
Doğrudan da, niyə Xəyal Sarıyev 5 günə verməli olduğu qərardadını 50 gündür vermir? İndi kimdən sifariş alıb? Məhkəməyə kənardan sifariş verilməsi qadağandır axı!

Məğrur Bədəlsoy

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar