Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Meymunçiçəyi sürətlə yayılsa, quru sərhədlər açılmaya bilər

Tarix: 26-05-2022 13:53     Baxış: 3264 A- / A+
"Quru sərhədlərin açılması bir müddət sonra reallaşa bilər. Bu epidemioloji vəziyyətdən asılıdır".

Manevr.az xəbər verir ki, bu sözləri professor, tibb elmləri doktoru, Adil Qeybulla Bakupost.az -a açıqlamasında deyib.
O, son günlər dünyada sürətlə yayılan meymunçiçəyi virusu barədə danışıb:
“Meymunçiçəyi virusu kontakt yolu ilə yayılan infeksiyadır. Hal-hazırda yayılma davam edir. Bu gün dünyada 42 yaşdan yuxarı insanlar “çiçək" xəstəliyinə qarşı immunizasiya olunur.
1980-ci illərdən sonra həmin virus sıradan çıxdı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən vaksinasiya dayandırıldı. Həmin dövrdə anadan olan uşağın artıq 42 yaşı var. Bu yaşdan aşağı olan şəxslər vaksinasiya olunmayıblar.
Ona görə də bu virusa qarşı həssasdırlar. Vaksinasiya olunanlar üçün təhlükə yoxdur. Amma olunmayanlar virusu ciddi keçirə bilərlər. Onunla bağlı bu gün dünyada ciddi şəkildə iş gedir.
“Pfizer” və vaksinasiya ilə məşğul olan biotexnologiyanın ən müasir üsullarına yiyələnmiş digər şirkətlər bununla bağlı işlər görürlər. Karantin tədbirlərinin hansı qaydada qurulması ilə bağlı ÜST müvafiq tövsiyələr hazırlayır.
Quru sərhədlərin açılması isə bir müddət sonra reallaşa bilər. Bu epidemioloji vəziyyətdən asılı olacaq. Amma sürətlə yayılma bu məsələyə mane ola bilər. Ona görə də birmənalı şəkildə rəy demək çətindir. Bütün qərarlar situasiyaya uyğun verilməlidir. Bu qərar Azərbaycanın ümumi fondunun və əhalisinin qoruması istiqamətində olmalıdır".
Xatırladaq ki, Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda meymunçiçəyinə yoluxma aşkarlanmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar