Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

AMEA-nın peyvənd yalanı ifşa olundu – “Vaksini mən hazırlamışam, AMEA-ya dəxli yoxdur...”

Tarix: 24-05-2022 18:11     Baxış: 3275 A- / A+

Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova AMEA tərəfindən koronavirusa qarşı vaksin hazırlandığını bildirmişdi. 
AMEA rəhbərliyi tədqiqatçılar qrupu tərəfindən yeni texnologiya əsasında protein əsaslı bir neçə vaksin və spreyin hazırlandığını, ÜST-ün peyvəndlər siyahısına daxil edildiyini də qeyd edib.

Manevr.az xəbər verir ki, Gundem.az  sözügedən vaksinlə bağlı məlumat almaq üçün bu işdə adıçəkilən AMEA-nın müxbir üzvü Tərlan Məmmədovla əlaqə saxlayıb. Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov AMEA-nı təkzib edərək sözügedən vaksinin AMEA tərəfindən yox, birbaşa onun özü tərəfindən hazırlandığını söyləyib.
“Hazırladığım vaksin hələ insanlar üzərində tətbiq olunmayıb. Lakin bu vaksin koronavirusun bütün mutasiyalarına, o cümlədən “Omikron”a qarşı da effektivdir. Dünayada ən çox istifadə olunan Pfizer-BionTech vaksininin iki dozadan sonra təsiri 0 faiz olur, yəni bu vaksin virusdan qorumur. Bizim hazırladığımız vaksin isə 2 dozadan sonra əhəmiyyətli dərəcədə qoruyuculuğa sahib olur. Bu vaksin 62 mutasiyaya qarşı effektivdir və bu tip vaksin ilk dəfə bizim tərəfimizdən təklif edilib. Bu işlərin isə AMEA ilə heç bir əlaqəsi yoxdur, mən Akdeniz Universitetində çalışıram, sadəcə olaraq AMEA-nın müxbir üzvüyəm. Vaksinin hazırlanmasında AMEA-nın rolu yoxdur, vaksin Akdeniz Universitetində, mənim laborotoriyamda hazırlanıb”.
Professor meymunçiçəyi ilə bağlı da effektiv vaksinin hazırlana biləcəyini deyib:
“Bizim bir texnologiyamız var ki, dünyada mövcud olan bütün viruslara qarşı vaksin hazırlayır. Əgər gərəkli olsa, biz meymunçiçəyinə qarşı da vaksin hazırlayacağıq. Mən bu texnologiya ilə qarayara, quduzluğa və koronavirusa qarşı vaksinlər hazırlamışam. Bu potentlərin sahibi mənəm və onlar Avropa, Rusiya tərəfindən tanınmaqdadır. Bu vaksinləri Azərbaycan da daxil olmaqla, istənilən ölkədə hazırlayıb, istifadəyə verə bilərəm ”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar