Xəbər lenti
Getmə desəm qalarmı görən...- Ötərxan ELTAC
(Ceyhun Həsənovun qəhrəmanlıq dastanı)
“Evin tək oğlu ərköyün olar” deyimi Ceyhuna aid deyildi. O, sakit, səmimi, mehriban, dostcanlı və sədaqətli oğul idi. Hər addımı yüz ölçüb bir biçər, atası ilə məsləhətləşmədən qərar verməzdi. Diribaşlığı və qətiyyəti ilə tay-tuşlarından seçilən Ceyhun böyüyəndə polis olacağını dilə gətirəndə atası uğurlar diləmişdi ona.
İllər sürətlə irəliləyirdi. Ceyhun Əli babasının sovet-alman müharibəsində Ukrayna, Belarusiya, Çexoslavakiya çöllərində qanı ilə yazdığı qəhrəmanlıq dastanlarını dinlədikcə köksü qabarır, babasının orden-medallarını sinəsinə taxaraq qürurlanırdı. Bir qədər sonra Xocalı soyqırımını, Ballı qaya dəhşətini, Qaradağlı faciəsini, neçə-neçə rayon və şəhərlərin, kənd və qəsəbələrin düşmən caynağında olduğunu anlayanda isə: “ata, mən daha polis olmayacağam” -dedi.
-Niyə, ay oğul, nə tez qərarını dəyişdin, - Aydın kişi dilləndi.
-Ata, torpaqlarımızı düşmən işğalından azad etmək üçün hərbçi olacağıma söz verdim. Əli babam kimi qəhrəmanlıq göstərəcəyəm, şəhidlərimizin qisasını alıb torpaqlarımızı geri qaytaracağam, - dedi.
Aydın kişi oğlu ilə bir daha qürur duydu o gün və inandı ki, Ceyhun sözünə əməl edəcək.
Qeyd edək ki, Ceyhunun iki qohumu və dayısı Məstan Novruzov Birinci Qarabağ savaşında igidlik, şücaət göstərərək şəhadət şərbətini içiblər. Elə o vaxtdan qarşısında büstü qoyulan Çeşməli kənd məktəbi Məstan Novruzovun adını daşıyır. Ceyhun fürsət tapan kimi, əsasən də yay tətilində kəndə gedər, öncə dayısını ziyarət eləyərdi. “Dayı, rahat uyu, böyüyən kimi sənin qisasını alcağam, söz verirəm haaa” deyib halallaşardı. Sonra da kənd uşaqlarına qoşulub üz tutardı meşəliklərə...
Ceyhun Tovuzun Çeşməli kəndində doğulsa da, paytaxtdakı 257 nömrəli tam orta məktəbdə təhsil aldı. Hələ uşaqlıqdan karate və güləşlə məşğul olan Ceyhun dəfələrlə yarışların qalibi oldu. C.Naxçıvanski adına hərbi liseyə qəbul olunanda isə sevincinin həddi-hüdudu yox idi. Çünki arzularına doğru addımlayırdı. Liseyi müvəffəqiyyətlə başa vuran Ceyhun az sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı olmağı bacardı.
Aydın kişinin dediyinə görə Ceyhunun vətənpərvərliyi lap elə uşaq yaşlarından büruzə verib. Həsənovlar nəsli Birinci Cahan savaşında, İkinci Cahan savaşında, Birinci Qarabağ müharibəsində neçə-neçə davamçılarını itirib. Onların əksəriyyəti əsl şücaət göstərərək qəhrəmanlıq tarixi yazıb, sinələrini orden və medallar bəzəyib. Doğmalarının qəhrəmanlıq tarixi ilə yaxından maraqlanan Ceyhun da onlardan nümunə götürərək, böyüyəndə hərbçi olacağını qarşısına məqsəd qoyub.
Hərbi təhsilini başa vuran gənc leytenant Ceyhun Həsənov Naxçıvanda “N” nömrəli hərbi hissədə xidmətə başladı. Qısa zamanda zabit və əsgər kollektivi arasında böyük nüfuz və hörmət qazanan Həsənov 2019-cu ilə qədər Şahbuz, Culfa, Ordubad, Şərur və Sədərəkdə, sonra isə Beyləqandakı hərbi hissələrin birində xidmətini davam etdirdi. Artıq qarı düşmənlə üzbəüz idi Ceyhun. İnam və ümidlə döyüşün başlayacağı günü gözləyirdi. Çünki həmin günə özünü lap uşaqlıqdan hazırlamışdı. Qisas hissi onu o qədər səbirsiz etmişidi ki, bir anda düşmənin içərilərinə girib hər kəsi gülləbaran etmək istəyirdi. Amma anasının “oğul, hər addımı yüz ölç, bir biç” kəlamı onu daha səbirli olmağa səsləyirdi.
O gün kapitan Ceyhun Həsənov bölüyün qarşısında son nitqini söylədi: “Düşmənin sonuna çıxmaq üçün biz güclü olmalıyıq, şəhidlərimizin qanını almaq bizim borcumuz və vəzifəmizdir, hamı bir nəfər kimi ardımca İRƏLİ!” dedi. Onu da əlavə etdi ki, “ola bilər oturduğum PDM hədəfə tuş gələr, mənə kömək göstərmək üçün kimsə dayanmasın! Bir daha sizə tapşırıram və əmr edirəm ki, yalnız İRƏLİ!”
O gün göy gurladı, yer titrədi tankın, topun səsindən. Toya-bayrama gedirlərmiş kimi düşmənin üzərinə şığıdılar azman oğullar. Döyüşün ilk günündə “keçilməz Ohanyan səddi”nin yarılması, ağır texnikaların ələ keçirilməsi, canlı qüvvənin məhv edilməsi düşməni elə sarsıtdı ki, nə edəcəklərini şaşırdılar. Betonlaşdırılmış bunkerlər bir anda darmadağın edildi. Ceyhun və Ceyhun kimi qurd ürəkli oğulların sayəsində ağır itkiyə məruz qalan düşmən geri çəkilməyə məcbur oldu o gün.
Aydın kişi ilə Ceyhunlu günləri xatırlamağa çalışdıq. Bəzən qəhərdən boğazı quruyan ata, hıçqırtısını da gizlətməyə çalışdı. Gözlərinin dərinliyindən boylanan kədərin içində ümidin işığını sezmək elə də çətin olmadı. Kövrək və həssas olduğu qədər də mətin və qürurlu olan Aydın kişi yeganə oğul övladını bu müqəddəs yurd uğrunda qurban verdiyi üçün məmnundur. Çünki Ceyhunun “ata, oğlun böyüyəndə qəhrəman olacaq, baxıb qürur duyacaqsan” kəlməsi hələ də qulaqlarında cingildəyir. Ona görə də sızlamağın, sıtqamağın şəhid ruhuna hörmətsizlik olduğunu düşünür Aydın kişi və elə bu düşüncələrlə də amansız müharibənin amansızlığını vərəqləməyə çalışır.
-44 günlük Vətən müharibəsindən uzun zaman ayırmır bizi. O gün uzun illərdən bəri düşmənin caynağında inləyən o torpaqları azad etmək üçün Azərbaycan ordusu namərd düşmənin üzərinə yeridi. O oğulların arasında qəhrəmanlığı ilə dastan yazan cəngavərlərdən biri də oğlum, qardaşım, dostum, arxam, köməyim və Azərbaycan ordusunun zabiti, kapitan Ceyhun Həsənov idi.
Onu qeyd edim ki, bir atanın şəhid övladı haqqında danışmağı nə qədər ağırdırsa, o qədər də qürurludur. Ona görə qürurludur ki, Vətənimizin, dövlətimizin bütövlüyü uğrunda o məqama ucalıb. Və ona görə fərəhlidir ki, Azərbaycan var olduqca, Ceyhun və Ceyhun kimi yurd aşiqləri könüllərdə yaşayacaq.
Son kərə Ceyhunla əlaqə saxladığım gün sentyabrın 24-ü idi. Amma düşünməzdim, heç ağlıma gəlməzdi ki, o gün oğlumla vidalaşıram. Kaş ki, çox danışaydım, deyə özümü qınayıram bəzən. Axı biz yalnız ata-bala deyil, həm də mehriban dost idik. Bir-birimizlə məsləhətləşər, bölüşərdik dərd-sərimizi.
Yaxın günlərdə baş verəcək müharibədən bir kəlmə də kəsmədi o gün. “Ata, hər bir şey yaxşıdır və lap yaxşı olacaq, təki siz salamat olun, özünüzü qoruyun” dönə-dönə vurğuladı, Allaha ismarladı dönə-dönə. Amma yenə də bu duaların vida olduğunu zənn etmədim. Sonda başqa yerə gedəcəyini söylədi, onu da dedi ki, “ola bilər zəng çatmasın, amma narahat olmayın, vaxt tapan kimi əlaqə saxlayacağam”. Yenə də ürəyim dözmədi. Hər gün zəng etməyə çalışdım. Telefonu bağlı idi. Sən demə, işğal olunmuş ərazilərdən düşmənin çıxarılması üçün aylardan bəri hazırlıq gedirmiş. Amma bir dəfə də olsun dilinə gətirmədi. Yəqin narahat olacağımızı düşündü. Çünki ailəmizin ümid işığı idi o. Onunla fəxr edir, qürur duyurduq. Arxam, söykənəcəyim, dayağım da məhz o idi. O həm də zabit olduğu üçün bu sirri saxlamalı idi.
***
6.08.2019-cu il... O gün Ceyhun məzuniyyətə gəlmişdi. Bəlkə də ürəyinə dammışdı, dammışdı ki, ata olacaq, bəlkə də məzuniyyətinin vaxtı həmin günə təsadüf etmişdi. Bəlkə də İlahi bir qüvvə onu çəkib gətirmişdi o gün. Bəlkə də...
O gecə əkiz övladları gəldi dünyaya, adını Cavidan və Cahid qoydular. Bəxtəvər bir gün idi o gün. Hər kəsin yanağına təbəssüm qonmuşdu. Həsənovlar ailəsində bir çal-çağır vardı ki, gəl görəsən.
Ceyhun Həsənovlar ailəsinin tək oğul övladı idi (Xatirə adlı bir bacısı da var). Aydın kişi əkiz nəvələrinin dünyaya gəlişi üçün uca Rəbbinə dualar edir, hər qapını döyənə muştuluq paylayırdı.
...Ceyhun hərbi hissəyə yola düşdü. Amma hələ də körpələr xəstəxanada idi. Bir qədər sonra geri dönəcəyini bilsə də, heç getmək istəmirdi. Amma məcbur idi. Düz iyirmi bir gündən sonra Bakıya döndü Ceyhun ata. O gün göydən çiçək yağışı yağırdı. Yollar, küçələr al-əlvan güllərlə bəzədilmişdi. Hətta qonşular da əkizlərin pişvazına çıxmışdı. Artıq geniş otaqlar körpə qığıltısı ilə hərarətlənmiş, göz aydınlığına gələnlərin sayı artmışdı. Ceyhun ilk dəfə əkizləri bağrına basıb ətrini duydu o gün. Hətta sevincindən gözləri yaşardı.
Zamanın saatı elə bil irəli qaçır, Ceyhunu yola çıxmağa tələsdirirdi. Obaşdan sağollaşacaqdı körpələrlə... İsti nəfəsi və əlinin hərarəti ilə körpələri yatırtdıqdan sonra mışıltının sehrindən ayrıla bilmədi Ceyhun. Qoşa beşiyin arasında əyləşib gah Cavidana baxdı, gah da Cahidə. Hər ikisinin əlindən tutub qəlbindən keçənləri axıtdı onların ruhuna. Və inandı ki, davamçısı olmaqla yanaşı, xalqına, dövlətinə layiqli övlad olacaqlar.
Övladlarını tez-tez görmək, nəfəslərini duymaq üçün Naxçıvandan Beyləqana təyinat aldıqdan az sonra əkizlərin bir yaşını qeyd etməyə gəlmişdi Ceyhun. O zaman 12 iyul - Tövuz döyüşləri baş vermişdi. Mənfur düşmənə layiqli cavab verilsə də, məşhur general Polad Həşimovla bərabər 12 əsgər və zabit şəhidlik məqamına ucalmışdı. Xatirə cəbhədə baş verənləri soruşmaq istəsə də, Ceyhun barmağını dodağına yaxınlaşdırıb “sus” işarəsi verdi. Narahatlığı bir qədər də artdı Xatirənin. Çünki qardaşının getməsini heç istəmirdi. “Getmə desəm, qalarmı görən?” düşünsə də cəsarət edib dillənə bilmədi. Çünki qardaşının qətiyyətinə bələd idi.
O gün tarixin 7.08.2020-ci ili idi. Ceyhun əkizlərlə sağollaşıb qapıdan çıxmaq istəyirdi ki, Gülay işəri girdi və bir uşaq cəldliyi ilə dayısının boynuna sarıldı. Mən də fürsətdən istifadə eləyib şəkillərini çəkdim. Sonra Ceyhun anamın boynunu qucaqlayıb: “daha sənin bir yox, üç oğlun var, məğrur ol, başını da dik tut” dedi. Anam kövrəlmişdi. O gün binaya qalxan pilləkənləri Ceyhun sonuncu dəfə düşürdü. Xatirə qardaşı ilə son görüşü belə xatırladı.
Ceyhun ağır addımlarla taksiyə tərəf irəliləyir, daha doğrusu, ayaqlarını sürüyürdü. Bəlkə də o, son gediş olduğunu zənn etmişdi.
Səmayə ana bişirdiyi dadlı yeməklərdən, şirniyyatlardan yığıb zənbil hazırlamışdı oğlu üçün. Həmişə etiraz eləyən Ceyhun nədənsə “nə qoysan, aparacağam, ana” demişdi. Ana da ürəklənib zənbilin sayını artırmışdı bu dəfə. Ceyhun taksiyə əyləşdi. Gülay dayısının arxasınca əl edir, uğurlar diləyirdi ona. Taksi qarşı döngədən itənə qədər Ceyhun hələ də eyvanda dikilib qalmış ana və bacısından gözünü çəkə bilmirdi.
***
...Gözətçi işlədiyim idarəyə yenicə çatmışdım. Həm yorğun idim, həm də narahat. Çünki nə qədər çalışsam da Ceyhunla əlaqə qura bilməmişdim. Televizorun pultunu axtardım, tapa bilməyəndə bir az da əsəbləşdim. Elə bil yüklər üst-üstə gəlirdi. Həyətdəki uşaqların qışqırtısı da bir yandan artırırdı narahatlığımı. Nəhayət ki, televizoru açdım. Eşitdiklərimə inana bilmirdim. Torpaqlarımızın azadlığı uğrunda savaş başlamışdı. O gün 27 sentyabr 2020-ci il idi. İlk hücumda erməninin iki tankı, üç zabiti məhv edilmiş, digər istiqamətlərdə üstünlüyü ələ almışdı ordumuz. Çox qürurlu anlar idi.
Aydın kişi neçə gündür əlaqə saxlaya bilmədiyi oğlunu düşündü. Narahatlığı daha da artdı. Çünki oğlunun ön cəbhədə olduğundan xəbərdar idi. O gecə sübhə qədər aranı dağa, dağı arana çəkdi Aydın kişi. Odun-alovun içində nələrin baş verəcəyini düşünəndə ağlını şaşıracaqdı az qala. Birtəhər sabahı açıb evə tələsdi Aydın kişi. Cəbhədə baş verənləri xanımına danışmaq istəsə də, bacarmadı. Çünki Səmayə ana çox həssas biri idi, eşidəcəklərinə tablaşa biləcəkdimi, - düşündü Aydın kişi. Amma ananın haqqı idi baş verənlərdən xəbər tutmaq.
Aydın kişi ordumuzun gücünə bələd olduğu üçün Qələbəmizin də uzaqda olmadığına inanırdı. İnanırdı ki, qurd ürəkli azman oğulların sayəsində mənfur düşmən Qarabağımızdan birdəfəlik çıxarılacaq. İnanırdı ki, ordumuz düşmənə elə bir zərbə vuracaq ki, Birinci Qarabağ savaşından bu günə qədər bütün şəhidlərin qisası alınacaq. İnanırdı ki, Meşəlinin, Quşçuların, Başlıbelin, Ağdabanın, hətta Qarakənd səmasında düşmən gülləsinə tuş gələnlərin qanı yerdə qalmayacaq. Amma köksünü çulğayan alov onu tərk etmirdi. Elə Aydın kişini də qorxudan bu idi. Ürəyinə damdığından qorxurdu və getdikcə artırdı şübhələri. Bu qara fikirlərdən qurtulmağa çalışsa da, bacarmırdı. Tez-tez kanalları dəyişir, yeni-yeni xəbər gözləyirdi mavi ekrandan.
Aydın kişi “Xəbərlər” proqramından eşidiklərini bircə-bircə Səmayə xanıma danışdı. Təəccüb və heyrətlə daha nələrin baş verdiyini dinləməklə özünü ovundurmağa çalışan ana: “Ay kişi, sonra noldu, qədəmlərim qırıldı ta, danışsana” həyəcanını gizlədə bilmədi.
-Nolacaq, ay arvad, döyüş başlayıb, Ceyhundan da xəbər yoxdur, -dilləndi Aydın kişi.
-Sən Allah bir az aydın danış, məndən bir şey gizlədib eləmirsən ki?
-Nə gizlədəcəyəm, ay arvad, mənim də bildiklərim televizordan eşitdiklərimdir. Allah xeyir eləsin, ordumuza güc-qüvvət versin.
-Amin, ay kişi, amin!
Məlul, kövrək baxışlar toqquşdu bir-biri ilə. Aydın kişi özünü tox tutmağa çalışsa da, bacarmadı. Qara fikirlər onu tənha buraxmırdı. Bəlkə də bəd xəbərə hazırlayırdı özünü, axı ürəyinə dammışdı. Dammışdı ki...
Aydın kişi oğlunun qəhrəmanlığı ilə qürur, iftixar duyduğunu bir daha dilə gətirdi. Amma qürur duyulacaq bu oğullar bir atanın, bir ananın övladı deyil, bütöv xalqın övladı olmağı bacardı. Çünki bu oğulların sayəsində torpaqlarımız namərd düşməndən azad edildi. Çünki bu oğulların sayəsində otuz ilə yaxın bir müddətdə didərgin düşdüyümüz o torpaqlara yenidən dönə bildik. Artıq o torpaqlardan hər birimizin səsi gəlir, artıq Azərbaycan əsgərinin nəfəsi bürüyür o dağları. Əlbəttə ki, qürur duymağa dəyər.
Aydın kişi hələ də döyüşün səsini, güllələrin vıyıltısını eşidirmiş kimi dilləndi:
-O gün 80 nəfərlik dəstəsi ilə 4 tank, 7 PDM və bir neçə zirehli maşınla döyüşə girdi Ceyhun. İldırımsürətli irəliləyiş qarşısında tab gətirə bilməyən düşmən ağır itkiyə məruz qalaraq geri çəkilməyə məcbur oldu. Cəsarətli komandir qısa zaman ərzində “Ohanyan xətti”ni darmadağın etməklə, həm kifayət qədər silah-sursatı, həm də bir neçə ağır texnikanı məhv etdi. Gözünü qan örtmüş oğullar qisas hissi ilə daha da irəli atılır, düşmənin hansı istiqamətdə yerləşdiyinin fərqinə varmırdılar. Yer-göy alova bürünmüşdü. Alovlar içində nərildəyən tanklar, toz-dumanını yarıb keçən raketlər, mahir nişançılar hədəf axtarışında ikən komandir Ceyhun Həsənov girdiyi ərazinin hər tərəfində erməni postlarının olduğunu anladı. Artıq gec idi, geri çəkilmək ağır itkiyə səbəb ola bilərdi. Ona görə də döyüşü davam etdirərək, aldadıcı manevrlə mühasirəni yarmaq olardı. Artıq öndəki iki tank, bir PDM sıradan çıxmışdı. Odur ki, Ceyhun irəli keçmək üçün sürücüsü Qərib Balayevə əmr etdi.
Bəli, Ceyhun öz dəstəsi ilə hərəkətə keçdi. Mənfur düşmən hələ də pusquda idi. Amma düşmən istər pusquda, istərsə açıq döyüşdə olsun, Ceyhun sürətlə irəliəyir, qorxmadan, çəkinmədən onların üzərinə şığıyırdı.
“Ohanyan xətti” yarılandan sonra beş post və bir qərargah canlı qüvvəsi ilə birgə darmadağın edildi. Ceyhunun silahdaşlarının dediyinə görə hər bir postda 8-10 nəfərlik silahlı varmış. Ceyhun son kərə tuşlayıcı Şahin Məmmədova komanda verir ki, “düşmənin bir postu qalıb, onu da vursan, əhsən sənə”. Şahin bir daha hədəfi dəqiqləşdirib atəş açır və beləliklə, sonuncu düşmən postu da havaya sovrulur. Bax ondan sonra qismən sakitlik çökdü, sanki qurbağa gölünə daş atıldı.
Artıq qarşıda dura biləcək bir qüvvə yox idi. Amma sağ və sol cinahlarda döyüş şiddətlənmişdi xeyli. Onlara yardım etmək üçün istiqaməti dəyişmək lazım idi. Füzulinin Qaraxanbəyli kəndi istiqamətində baş verən bu döyüşdə əsas hədəfləri susdurub sag cinaha yön alan komandir Ceyhun Həsənovun tankı təəssüf ki, minaya tuş gəldi. Partlayışdan beş nəfər salamat qurtulsa da, sürücü Qərib Balayev və komandir Həsənov şəhadət şərbətini içməli oldu.
Hər zaman döş cibində - köksündə bayraq gəzdirirdi Ceyhun. Azad edəcəkləri yüksəkliklərdə dalğalandıracaqdı ki, dost da görsün, düşmən də. Çünki bayraq Qələbə nişanıdır, uğur əlamətidir, -deyirdi. Təəssüf ki, hər zaman “İgidlərim, arxamca irəli!” deyən cəsur komandir Qələbə gününü görə bilmədi, amma Şahin Məmmədov, Emin Eminov kimi silahdaşları onun köksündəki bayrağı ən yüksək zirvələrə taxmağı bacardılar. Ceyhunun ruhu rahatlıq tapdı o gün. Qəhrəmanlığı dildən-dilə keçib dastanlaşdı, kitablaşdı, yaddaşlara hopdu. Və nə yaxşı ki, Həsənovlar ocağında şam yandıracaq və atalarının yolunu davam etdirəcək Cahid və Cavidan adlı əkiz qardaşlar böyüyür.
Hazırda paytaxtımızdakı 48 nömrəli tam orta məktəb və Xətainin mərkəzi küçələrindən biri Vətən Müharibəsi Qəhrəmanı, kapitan şəhid Ceyhun Aydın oğlu Həsənovun adını daşıyır. Rəsmi həkk olunan səkkiz guşəli abidə isə yaşadığı binanın önündə yenicə salınmış parkda qoyulub – Ceyhun Həsənov parkında. Elə o gündən hər kəsin ziyarət yerinə çevrilib o park.
Qeyd edək ki, kapitan Ceyhun Həsənov döyüşlərdə göstərdiyi rəşadətə görə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medallarına və “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Ötərxan ELTAC

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar