Xəbər lenti
“Marağa - 150” abidəsi ətrafında təmir-abadlıq işləri aparılıb - Şəkillər

"Bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq onun ətrafında təmir-abadlıq işləri aparılıb. Həmçinin, “Marağa - 150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar toplanaraq , Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub"

Sözügedən abidə də ermənilərin özləri tərəfindən etirafın göstəricisidir. Belə ki, ermənilər “Marağa – 150” abidəsini Qarabağa gəlmələri münasibətilə ucaldıblar. Azərbaycanın Tərtər rayonunun Şıxarx qəsəbəsindəki “Marağa – 150” abidəsi 1978-ci ildə ermənilər tərəfindən İran Marağasından ilk 200 ailənin Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. Adi çay daşlarından inşa olunan abidənin üzərində erməni dilində "Marağa 150" yazısı öz əksini tapıb. Bu abidə 1991-ci ildə ermənilərin özləri tərəfindən dağıdılıb. Çünki "Marağa 150" abidəsi erməni miqrantlarının Qarabağa gəlməsinin başlanğıcını göstərirdi.
Ermənilər 1978-ci ildə “Marağa – 150” abidəsinin açılışı münasibətilə təntənəli bayram mərasimi keçiriblər. Sözügedən abidə adi qırma çay daşlarından, təxminən 30 kvadratmetr sahəni əhatə edən ərazidə rəngli mozaikadan, “Qızlar bulaq başında” kompozisiyasından ibarət olub.
2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi Tərtər rayonunda səfərdə olarkən Şıxarx kəndində "Marağa–150” abidəsinə baxıb və həmin abidənin şəkillərini çəkib".
Arzu Murad
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar