Xəbər lenti
Azərbaycan-Ermənistan danışıqları Rusiyanın inhisarından çıxmalıdır - ŞƏRH
Gələn həftə Azərbaycan və Ermənistan liderləri görüşəcəklər. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçiriləcək görüşün aprelin 6-da baş tutacağı gözlənilir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla telefonla danışıb.
Liderlər Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Manevr.az-ın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Azərbaycan-Ermənistan danışıqlarını mümkün qədər Rusiyanın inhisarından uzaqlaşdırmaq lazımdır.
“Buna görə də Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüşünün Brüsseldə təşkili hər iki tərəf üçün faydalıdır. Avropa İttifaqının həm Azərbaycan, həm də Ermənistanla tərəfdaşlıq münasibətləri var. Moskvadan fərqli olaraq Brüssel Cənubi Qafqazı özünün arxa bağçası hesab etmir, bölgə ölkələrinə qarşı siyasi və hərbi təzyiq üsullarından istifadə etmir. Üstəgəl, Ukraynadakı işğalçı müharibənin fonunda Rusiyaya qarşı sanksiyalar sərtləşib, Avropanın Azərbaycan qazına ehtiyacı artıb. Bu da bizə həm iqtisadi, həm də Ermənistanla danışıqlar baxımından faydalıdır. Elə Bakıda olan İtaliyanın xarici işlər nazirinin əsas müzakirə mövzusu da daha çox Azərbaycanın qazının köhnə qitəyə nəqlidir”.
Siyasi şərhçi bildirib ki, Avropa İttifaqı Şurasının təşəbbüslərindən qıcıqlanan Rusiya Cənubi Qafqazın ətəyindən əl çəkən deyil:
“Rusiya prezidenti bugünlərdə həm Azərbaycan prezidenti, həm də Ermənistanın baş naziri ilə telefonla danışıb. Böyük ehtimalla Brüsseldən sonra növbəti görüş Rusiya ərazisində keçiriləcək. Kreml sahibi Vladimir Putin Ukraynaya qarşı apardığı müharibədən əvvəl ABŞ və Avropanı sözdə də olsa “tərəfdaşlar” adlandırırdı, indi isə sanksiyalara görə “dost olmayan dövlətlər” ismini seçib. Kreml “dost olmayan Brüsselin” Cənubi Qafqazda sülh missiyasına mane olmağa çalışacaq. Bütün hallarda danışıqlar bölgədə həqiqi sülh istəyən ölkələrdə aparılmalıdır. Bu Brüssel də ola bilər, Tiflis də. Gələcəkdə Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli danışıqlarının İstanbulda keçirilməsi də mümkündür, yetər ki, İrəvan qonşu dövlətlərin ərazi bütövlüklərini tanımağa hazır olsun”./modern.az

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar