Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmayıb..."- Müşfiq Məmmədli

Tarix: 25-02-2022 17:04     Baxış: 3231 A- / A+
Müşfiq Məmmədli, 
Milli Məclisin deputatı


Xocalı faciəsindən 30 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək onu yerlə-yeksan ediblər. Soyqırım nəticəsində  613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfərə ağır bədən xəsarətləri yetirilib. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Xain hücum nəticəsində 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək hələ də məlum deyil.
Xocalı qətliamı haqqında həqiqətlərin dünya ölkələrinə çatdırılması, bu faciənin xalqımıza yönəlik soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Eyni zamanda Heydər Əliyev Fondunun rəhbəri xanım Mehriban Əliyevanın fəaliyyətində Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illərdir erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq mühüm yer tutub. Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğınla bağlı Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya, Çexiya, İsveçrə və Gürcüstanda silsilə tədbirlər təşkil olunub.
Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapır. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 25-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmi olaraq tanıyıb.
Artıq iki ildir ki, soyqırımın ildönümü fərqli şəkildə anılır. Çünki 30 ildən sonra ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovuşub, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatıb. Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Qarabağ Zəfəri milyonlarla həmvətənimizin ürəyindəki ağrını azaltsa da, Azərbaycanın XX əsr tarixinin ən ağır faciəsi olan Xocalı qırğını hər birimizin qan yaddaşındadır. Vətənimizin bütövlüyü, var olması uğrunda canından keçmiş şəhidlərimizi hörmət və ehtiramla anırıq!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar