Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

Müharibədən onlar da zərər çəkə bilər - Şərh

Tarix: 14-02-2022 12:27     Baxış: 4296 A- / A+


"3 fevral tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevə səfəri və Zelenski ilə görüşü əməkdaşlığın dərinləşdirilməsi baxımından effektiv oldu. Tərəflər arasında elm, təhsil, müdafiə, maliyyə, iqtisadiyyat sahələrində əməkdaşlığa dair müqavilələr imzalandı. Razılaşmalara əsasən, hazırda 7,4 milyard dollar civarında olan ticarət dövriyyəsinin yaxında 10 milyarda çatdırılması, Azad Ticarət Zonasının yaradılması ilə 20 milyard dollar təşkil etməsi qərarlaşdırılıb. Türkiyənin Xarkov və Lvovda konsulluq açması təklif edilib və danışıqların əsas mövzusu təhlükəsizlik olub. "Bayraktar" pilotsuz uçuş aparatlarının istehsalını genişləndirəcək müqavilə imzalanıb. Həmçinin, pilotlara müxtəlif kateqoriyalı dronları idarə etməyi öyrədəcək təlim mərkəzinin yaradılması da nəzərdə tutulub".
Manevr.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.


Politoloqun sözlərinə görə, görüşdə Kiyev və Moskva arasında vasitəçilik məsələsi də gündəmə gətirilib: "Türkiyə bu istiqamətdə effektli nəticə ala bilərmi? Bu suala müsbət cavab vermək olduqca çətindir. Çünki mövcud problem yeni dünya düzəninin yaranmasında açar məsələdir. Odur ki, tərəflərdən heç biri öz strategiyasından asanlıqla vaz keçmək niyyətində deyil. Eyni zamanda, Rusiya-Ukrayna arasındakı hərbi-siyasi böhranı çözmək üçün dəfələrlə cəhdlər olunub. Lakin tərəflərin öz mövqeyindən geri çəkilməsi və ya sülh variantının tapılması mümkün olmayıb. Nə ATƏT-in, nə də 2014-cü ilin dekabrında Ukraynadakı hərbi-siyasi böhranı çözmək məqsədilə yaranan "Normandiya formatı"nın (Almaniya, Fransa, Rusiya və Ukrayna) effektli həll tapması mümkün oldu. 9 dekabr 2019-cu ildə Parisdə Almaniya və Fransa dövlət başçılarının iştirakı ilə Putinlə-Zelenski ilk dəfə bir araya gəldi. Həmin vaxt Rusiyaya bağlı silahlı güclərin Ukraynanın şərqindən çəkilməsi ilə siyasi dialoqun başlanmasına ümid artmışdı. Bu formatda keçirilən danışıqlarda ən çox təzyiq Ukrayna prezidentinə edildi. Onu Ukrayna Konstitusiyasında dəyişikliyin zərurətinə inandırmağa çalışdılar. Lakin Donetsk və Luqanskla bağlı status verilməsi, separatçıların amnistiyası, yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilməsi məsələsi gündəmə gətirilir ki, bu da Ukraynanın federallaşdırılması demək idi. Fəqət bundan öncə moderatorluq etmiş tərəflərdən fərqli olaraq Türkiyə həm Rusiya, həm də Ukrayna ilə müttəfiq ölkədir. Rusiya ilə son illər çox sürətlə artan geosiyasi, iqtisadi-ticarət, enerji, humanitar sahədə ciddi əməkdaşlıq var. Türkiyə Rusiya ilə İdlibdə uyğunlaşıb. S-400 zenit raket komplekslərini ABŞ-ın sanksiyalarına rəğmən, əldə edib. Cənubi Qafqazda ortaq layihələri var. Potensial "3+3" formatı bunun bariz nümunəsidir. Bu baxımdan Türkiyənin iki müttəfiq ölkə arasında sülh danışıqlarının aparılması üçün vasitəçilik etməsi daha optimal olan seçimdir. Hər iki dövlətlə əlaqələrinin geniş olması, üstəlik Türkiyənin özünün bölgədə və dünyada nüfuzu onun tərəflər üzərində təsir imkanlarını artırır. Əgər tərəflər arasında dialoq prosesi baş verərsə, bunun Türkiyəyə və Azərbaycana olduqca müsbət təsirləri ola bilər. Bu müharibənin onsuz da tam qalibi yoxdur. Müharibə baş verərsə, tərəflərin hamısı itirər".
Z.Qarayeva vurğulayıb ki, ABŞ-ın strateji müttəfiqləri olan böyük Avropa ölkələri də bu hərbi qarşıdurmanı arzulamır: "Müharibədən onlar da zərər çəkə bilər. O baxımdan ehtimal etmək olar ki, Qərb də Türkiyənin vasitəçilik imkanlarının artırılması üçün səylərini gücləndirə bilər".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar