Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın “casus ovu”na çıxmasının səbəbləri – ŞƏRH

Tarix: 12-02-2022 12:38     Baxış: 3163 A- / A+
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana siyasi, diplomatik və hərbi cəbhədə ard-arda məğlub olmasının “səbəblərini” izah etmək üçün “casus ovu”na çıxır.
Söhbət ondan gedir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti bir çox erməni zabitinin sosial şəbəkələrdə xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınması ehtimalı ilə 19 nəfəri saxlayıb.
İddialara əsasən, həmin zabitlərin bir qismi Azərbaycana işləyirmiş.
Ermənistanın bulanıq suda balıq tutmasının arxasında postmünaqişə dövründəki məğlubiyyətlərini əsaslandırmaq cəhdləri dayanır.
Ermənistanın məğlubiyyət pillələrində “uğurla” irəliləməməsi Paşinyan administrasiyasında və erməni cəmiyyətində çaşqınlıq sindromunu gücləndirir.
Məğlubiyyət şüuru həmişə xain axtarışları üçün bəhanə yaradan amilə çevrilir.
Üstəgəl, Ermənistandakı “casus ovu” Paşinyanın gələcək üçün yeni güzəşt aktlarına imza atmasının anonsu kimi də dəyərləndirilə bilər.
Yəni Paşinyan axarı hakimiyyətini qorumaq və etibar qazanmaq üçün öz maraqları səmtinə çevirir.
İttihamlarda göstərilir ki, erməni hərbçilər qoşunların dislokasiyası, hərbi texnikaların sayı və növləri haqqında “qarşı tərəfə” məlumatlar ötürüb.
Azərbaycanın belə “məlumatlara” ehtiyacı yoxdur, Azərbaycan özü əlində olan texniki və hərbi vasitələrlə Ermənistan ordusunun hərəkət trayektorasını, silahlarını, hətta Ermənistana verilən silahlar haqqında məlumatlara malikdir.
Ermənistan postmünaqişə dövründə Azərbaycanın sərhədə çıxışını əngəlləmək üçün bir sıra hərbi təxribata əl atdı.
Postkonflikt dövrünün ən güclü hərbi toqquşması 2021-ci ilin noyabr ayında Laçın və Kəlbəcər istiqamətində oldu və nəticədə Azərbaycan təxribatlara cavab olaraq daha böyük strateji əhəmiyyətə malik nöqtələrdə möhkəmləndi.
İndi Paşinyan hökuməti çıxılmaz vəziyyətə qalaraq Zəngəzur dəhlizinin açılması prosesini icra etməyə məcbur qalır, amma normallaşma prosesinə qarşı çıxan revanşist qüvvələrin müqavimətini qırmaq və iradəsini sındırmaq Paşinyanın ölkədaxili məsuliyyəti kimi onun çiyninə yüklənir.
Yox, əgər Paşinyan bu məsuliyyətin öhdəsindən gəlməyi bacarmasa və onların iradəsindən qidalanıb hərəkətə keçəcəksə, o zaman yeni zərbələrə məruz qalacaq.
Azərbaycan tərəfindən bu cür ssenarilərə qarşı həyata keçirəcəyi addımların miqyas və xarakteri haqqında geniş danışmağa dəyməz.
İndi Paşinyan nə edir, hansı tədbir görür, cəmiyyəti hansı hadisələrə hazırlayır – özü bilər, amma Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmağa məhkumdur../oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar