Xəbər lenti
Deputatların sayının artırılması tələbi böyüyür
Azərbaycanda seçki sistemində dəyişikliklə bağlı müxtəlif fikirlər səsləndirilir.
Keçmiş deputat Çingiz Qənizadə Azərbaycanın seçki sistemində islahatlara ehtiyac olduğunu, ilk növbədə majoritar, proporsional seçki sisteminin tətbiqinin vacibliyini deyib. O bildirib ki, bu seçki sistemi Ermənistan və Gürcüstanda var. Deputatların sayı ilə bağlı isə çox ciddi problem var: "Hazırda əhalinin siyahıyaalınma prosesi gedir. Və hər dairədə 2-3-4 min seçici sayı çoxdur. 1995-ci ildə biz Konstitutsiyanı qəbul etmişik. Konstitutsiyanın 82-ci maddəsində yazılır ki, Milli Məclisin tərkibi 125 nəfərdən ibarət olmalıdır. Bu, 7 milyon əhaliyə hesablanmışdı. Lakin indi 10 milyondan çoxuq. Bu baxımdan dünya təcrübəsinə baxsaq, 10 milyon əhalisi olan ölkələrdə 200, hətta 300 nəfər parlamentari var. Gürcüstan, Ermənistan bizim yarımız qədərdir. Deputatların sayı təxminən eynilik təşkil edir. Hesab edirəm ki, gələcəkdə deputatların sayı artırılmalıdır. Ona görə yox ki, parlamentdə çox deputat olsun. Ona görə ki, 1 millət vəkili 40 min seçici ilə işləmək imkanını çox çətinliklə reallaşdırır. 40-42 min seçici ilə işləmək millət vəkili üçün olduqca ağırdır. Bir millət vəkili necə 50 kəndin deputatı ola bilər?”
Ç.Qənizadə deyib ki, Azərbaycanda təxminən 20-25 min əhalisi olan dairələr formalaşmalı, millət vəkillərinin sayı artmalıdır. Onun fikrincə Milli Məclisdə təxminən 50-60 deputat yeri artırıla bilər.
Maraqlıdır, bu təklifə partiya sədrlərinin münasibəti necədir? Azərbaycanda deputatların sayının artırılmasına həqiqətən də ehtiyac varmı?
Bununla bağlı cebhe.info-ya deputat, “Ana Vətən” Partiyasının (AVP) sədri Fəzail Ağamalı danışıb:
"Mən hələ bir neçə il bundan öncə Milli Məclisin platformasında bu məsələni qaldırmışam və Azərbaycanda Konstitutsiyaya dəyişiklik aparılarkən seçki sisteminin dəyişdirilməsini, bunun indiki sistemlə qarışıq sistemin ehtiva edilərək keçirilməsini önə çəkmişəm. Bu fikirlərim dəfələrlə kütləvi informasiya vasitələrində qeyd olunub. 125 deputat bu gün Azərbaycan əhalisi ilə proporsional deyil. Ona görə də dəyişikliklərdə həm də deputat sayının artırılması nəzərə alınmalıdır. Ancaq hazırkı zaman kəsiyində bu aktual deyil. Mənə elə gəlir ki, növbəti seçkilərə qədər bu məsələni müzakirə edib, Konstitutsiyaya dəyişiklikləri apara bilərik. Bu, mənim təklifimdir. Həmçinin təkcə mənim tərəfimdən deyil, insanlar tərəfindən də zaman- zaman gündəliyə gəlib. Əgər bu, sosial və siyasi aktuallığını ortaya qoyursa, ümidvaram ki, bu yolda da vaxtında addımlar atılacaq".
Milli Məclis üzvünün fikrincə, deputatların sayının artırılması şərtidir, bu 50, 60, 70 nəfər də ola bilər: "Mənə elə gəlir ki, artan say 50- dən az olmalı deyil".
Müsavat Partiyasının sədri Arif Hacılı mövzuya münasibətdə bildirib ki, digər ölkələrin əksəri ilə müqayisədə Azərbaycan parlamentinin üzvləri əhalinin sayına görə çox azdır:
"Parlament üzvlərinin sayının artırılması ilə əlaqədar Müsavat Partiyasının da daxil olduğu bir çox siyasi bloklar, partiyalar Azərbaycan hakimiyyətinə dəfələrlə müraciət edib. Eyni zamanda, vaxtilə biz Azərbaycan parlamentinə qanunvericilik təşəbbüsü əsasında parlament üzvlərinin sayının 201 nəfərə qaldırılması ilə bağlı təklif vermişik. Amma təəssüf ki, bu təklif müzakirə olunmayıb. Nəzərə alsaq ki, istər Ermənistanın, istər Gürcüstanın əhalisi Azərbaycanın əhalisindən xeyli azdır, həmçinin bəzi Şərqi Avropa ölkələrində əhalinin sayına görə parlament üzvlərinin sayı Azərbaycanda olduğundan bəzən 2, bəzən də 3 dəfə çoxdur. Bu baxımdan parlament üzvlərinin sayının heç olmasa 200 nəfərə qaldırılması təmamilə təbii və qanunauyğundur. Belə olarsa, parlamentin fəaliyyətinin səmərəliliyini artırmaq və vətəndaşların qanunvericilik orqanda təmsilçiliyində müsbət dəyişikliyə nail olmaq mümkündür".
Partiya sədri bildirib ki, Azərbaycanda parlament seçkiləri əslində geniş müzakirələr, ictimai diskussiyalar aparılmadan, ciddi seçki kampaniyaları təşkil olunmadan və demokratik olmayan qanun əsasında keçirilib: "Buna görə növbədənkənar parlament seçkilərinin keçirilməsi çox vacibdir. Ancaq seçkilərin keçirilməsindən əvvəl bir sıra seçki islahatları aparılmalıdır. Proporsional seçki sistemi bərpa edilməlidir. Azərbaycanda olan ictimai- siyasi təşkilatların, həm də seçkilərlə məşğul olan beynəlxalq qurumların tövsiyələri nəzərə alınmaqla seçki komissiyalarının prioritet əsaslarla formalaşması məsələsi həll olunmalıdır. Seçki kampaniyasının müddəti uzadılmalıdır. Bu müddətdə iddiaçı tərəflərə bərabərhüquqlu təbliğat şəraiti yaradılmalıdır. Bu tipli seçki islahatları aparılarsa, hakimiyyətin də seçki keçirtməklə bağlı siyasi iradəsi olarsa, təbii ki, Azərbaycanda normal fəaliyyət göstərən qanunvericilik orqanının yaradılması mümkün olar".
Parlament üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa isə deputatların sayının artırılmasının prinsipcə əleyhinə olmadığını bildirdi:
"Burada əsasan majoritar və proporsionalın tətbiq olunmasına daha çox üstünlük verirəm. Əgər belə olarsa, sayın yarımajoritar, yarproporsional artırılması parlamentdə keyfiyyətə öz təsirini göstərəcək. Hazırda bir deputata 50-45 min, elə yer var ki, 35 min seçici düşür. Ortalama bu say 40 min nəfər seçici təşkil edir. Digər ölkələrdə başqa sistemdir. Heç Rusiya da belə seçki sistemi yoxdur. Bizim ölkədə mojaritar sistem olduğundan hər şey fərqlidir". Deputat bildirib ki, parlament hazırda normal fəaliyyətini göstərir. Fövqəladə hadisə olmayıb ki, seçkilər yenidən keçirilsin: "Boş qalmış yerlərə seçkilər keçirilə bilər. Amma bütövlükdə parlamentin fəaliyyəti normaldır. İndiki zamanda, xüsusən də pandemiyada yenidən seçkilərin keçirilməsi məqsədəuyğun deyil".
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da bildirib ki, Azərbaycanda seçkilərin kəmiyyəti deyil, keyfiyyəti problem törədir:
"Demokratik, ədalətli seçkilər keçiriləcəyi təqdirdə 125 deputat Azərbaycan xalqını layiqincə təmsil edə bilər. Amma seçkilər saxtakarlıqla keçirilərsə, parlamentdə nə qədər yer var, bir o qədər də saxtakarlıq artacaq. Biz əsasəm seçkilərin ədalətli keçirilməsini izləyirik. Yerdə qalan məsələlər boş şeylərdir. Açığı deyim ki, Azərbaycanda seçki təcrübəsinə uyğun seçkilərin heç biri ilə maraqlanmıram".
ADP sədri deyib ki, seçkilərlə bağlı təklif, ideyalar ona maraqlı deyil: "Parlamentə istiqlalçı- demoktarik qüvvələr buraxılmır. Məhkəmələr baş vermiş pozğunluqları araşdırmır. Biz bu prosesə seçki deməklə insanlarda təsəvvürləri korlamışıq ".
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar