Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ankaranın və İrəvanın xüsusi nümayəndələri kimdir? - DOSYE

Tarix: 19-12-2021 12:38     Baxış: 4121 A- / A+


Dekabrın 13-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan etmişdi ki, Türkiyə və Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin edə bilərlər.
Bundan başqa Ankara İrəvana çarter reysləri açmaq niyyətindədir.

Daha sonra Çavuşoğlu Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın xüsusi nümayəndə təyin edildiyini açıqlayıb.
Ardınca dünən Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyanı Ermənistan və Türkiyə arasında dialoq prosesi üzrə xüsusi nümayəndəsi olacağını bildirib.
Türkiyənin ABŞ-dakı keçmiş səfiri, Ermənistandakı xüsusi nümayəndəsi Serdar Kılıç kimdir?
Manevr.az xəbər verir ki, Serdar Kılıç 28 mart 1958-ci ildə Samsunda anadan olub. 1980-ci ildə TED Ankara Kollecini və Ankara Universitetinin Siyasi Elmlər fakültəsini bitirən Kılıç 1984-cü ildə Xarici İşlər Nazirliyinə işə başlayıb.
O , 2006-2008- ci illərdə NATO baş direktorunun müavini, daha sonra Beyrut səfiri vəzifəsində çalışıb. 2010-2012-ci illərdə MGK-nın baş katibi vəzifəsində işləyib. 2012-2014-cü illərdə Tokio elçisi, 2014-2021-ci illərdə isə Vaşinqton səfiri vəzifələrində çalışıb.
Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan kimdir?
Ruben Rubinyan 1990-cı il martın 8-də İrəvanda anadan olub. 2010-cu ildə İrəvan Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib.
2011 – London Universitet Kolleci (UCL), Siyasət və Təhlükəsizlik üzrə magistr, 2012-ci ildə Polşanın Yagellon Universiteti, Avropaşünaslıq üzrə magistr dərəcə alıb. 2018-ci ilin may ayından 2019-cu ilin yanvar ayına kimi o, xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.
Mülki Müqavilə partiyasının qurucu üzvü olaraq 2019-2021 – Milli Məclisin deputatı olub. 2021-ci il avqustun 3-də o, Ermənistan Milli Assambleyasının sədr müavini seçilib.
Qeyd edək ki, Ermənistanla Türkiyə arasında sərhəd 1993-cü ildə Türkiyə tərəfinin təşəbbüsü ilə, Azǝrbaycan ǝrazilǝrinin Ermǝnistan tǝrǝfindǝn işgalına etiraz olaraq bağlanıb.
Münasibətlərin normallaşması prosesi 2008-ci ilin payızında Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan dövründə başlayıb. 2009-cu il oktyabrın 10-da Ermənistan və Türkiyənin xarici işlər nazirləri Sürixdə iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməli olan “Diplomatik münasibətlərin qurulmasına dair Protokol” və “İkitərəfli münasibətlərin inkişafı haqqında Protokol” imzalayıb. Lakin 2010-cu il aprelin 22-də Sərkisyan öz fərmanı ilə Ermənistan-Türkiyə protokollarının ratifikasiyası prosesini dayandırıb./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar