Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Münaqişə niyə Qarabağdan Ermənistan-Azərbaycan dövlət sərhədinə keçir? – İLGİNC AÇIQLAMA

Tarix: 16-11-2021 21:44     Baxış: 4204 A- / A+


Sərhəddə baş verənlər gözlənilən idi. Çünki müharibə bitsə də, tərəflər arasında sülh sazişi imzalanmayıb, sərhəd müəyyənləşməyib, dəhliz açılmayıb. Bu qeyri-müəyyənlikdir. Odur ki, belə vəziyyətdə gərginlik azalmayacaq. Köhnə status-kvo yoxdur, təzəsi isə hələ formalaşmayıb. Bu durumda güclü tərəf – Azərbaycan zəif tərəfə – Ermənistana öz şərtlərini diqtə etməlidir.

Manevr.az-ın məlumatına görə,  bu fikirləri konkret.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Azərbaycan ordusu sərhəddə möhkəmləndikcə, bu Ermənistanda neqativ reaksiya doğuracaq və qarşı tərəf təxribata meyllənəcək. Guya hələ müqavimət gücünün olduğunu göstərməyə çalışacaq: “Reallıqda isə yenə itki verirlər, həm məhv olurlar, həm də əsir düşürlər. Bu Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq, daha çox xaosa sürüklənəcəklər. Ermənistanın yeni müdafiə naziri təyinatından bir gün keçməmiş ciddi çağırışla üz-üzə qalıb. Azərbaycan Ermənistana hərbi nöqteyi-nəzərdən təzyiqi artırmalıdır ki, rəsmi İrəvan Bakı ilə masada oturmağa məcbur qalsın. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası üzrə müzakirələrə başlamağa qorxur. Çünki bilir ki, ağası Rusiyanın da tərəfdar olduğu danışıqlar başlasa, müəyyən ərazilərdən vaz keçməli olacaq və bu onun reytinqinə zərbə vuracaq. Ancaq bu onun problemidir. Bizim vəzifəmiz isə Paşinyanı yeni razılaşmalara məcbur etməkdir. Bunun üçün isə Ermənistana hərbi təzyiqi artırmaq məcburiyətindəyik. Hazırda bu proses gedir”.
Elxan Şahinoğlu — Vikipediya
Mövzu ilə bağlı sfera.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə düşünür ki, Rusiya başda olmaqla regionda marağı olan qüvvələr yenidən aktivləşib: “Kim nə deyir desin, bu gün böyük güclərin marağına uyğundur ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişə aktuallığını saxlasın. Söhbət heç də Qarabağdan getmir. Məsələ ondadır ki, regionda marağı olan böyük güclər anlayır ki, Qarabağda gərginliyi davamlı olaraq saxlamaq artıq xərc tələb edir. Buna görə də düşünürəm ki, münaqişə strateji olaraq Qarabağdan Ermənistan-Azərbaycan dövlət sərhədinə keçir. Hazırda sərhədboyu təxribatlar, gərginlik bunun sübutudur”.
Tofiq Zülfüqarov: “Hiss olunur ki, Patruşevin səfəri vacib bir səfərdir”
Diplomatın sözlərinə görə, münaqişənin Qarabağdan Ermənistan-Azərbaycan dövlət sərhədinə keçməsi regiona müşahidəçilərin peyda olmasına, həmsədrlərin monitorinqlərinə səbəb olacaq: “Bu gün Ermənistanın Azərbaycana qarşı aktiv hərbi əməliyyatlara başlamaq potensialı yoxdur. İndiki halda Ermənistanda bir çox güc mərkəzləri fəaliyyət göstərir. Hansı ki, bu güc mərkəzlərinin bir hissəsi Paşinyanı, digər bir hissəsi Köçəryanı dəstəkləyir. Hətta siyasətdən uzaq qalmalı olan ordu belə bu güc mərkəzlərinin təsirindədir. Təsadüfi deyil ki, Ermənistanda son bir ildə 4 dəfə müdafiə naziri dəyişib. Bu mənada hesab edirəm ki, hazırkı siyasi böhran istər sərhəddə, istərsə də Ermənistan daxilində davam edəcək”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar