Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin xəritə təklifi erməniləri niyə panikaya salıb?

Tarix: 03-11-2021 22:32     Baxış: 4183 A- / A+


Vladimir Putinin bir müddət öncə Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası üçün dəqiq xəritələrin Rusiya Baş Qərargahının arxivində saxlanıldığını deməsi erməni ekspertlər arasında birmənalı qarşılanmayıb.

Manevr.az xəbər verir ki, erməni ekspert və politoloqlar Putinin məhz hansı xəritələri nəzərdə tuta biləcəyi haqda geniş müzakirələri davam etdirirlər. Məsələ burasındadır ki, sovet dövrünün ilk illərinə aid istənilən xəritə Ermənistanın Azərbaycan torpaqlarını 70 il müddətində hissə-hissə mənimsədiyini sübut edir. Buna görə də erməni politoloqlar bütün vasitələrlə xəritələri “SSRİ-nin son dönəminə” sürüməyə çalışırlar.
Ermənistanda demarkasiya və delimitasiya məsələlərinin “uzun və çətin” proses olduğunu bildirib, mümkün qədər hazırkı situasiyanı uzatmaq arzusu da özünü göstərir. Geoqraf, kartoqrafiya üzrə mütəxəssis Qriqor Beqlaryan da ümumi fikri ifadə edərək, hətta “dost” Gürcüstanla indiyə qədər bu prosesin tamamlanmadığını xatırladıb. İddia edib ki, 9 noyabrda Soçidə görüşü gözlənilən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu məsələdə saziş imzalamaları belə prosesin ən qısa müddətdə başa çatacağı anlamına gəlmir.
Bu “arzunun” səbəbi isə sərhəd müzakirəsinin onillərlə davam etməsi, nəticədə gələcəkdə Ermənistanın mövqelərini gücləndirməsi perspektividir.
Bütün müzakirələrin “şah damarı” bu sualın ətrafındadır: Putinin işarə etdiyi xəritələr Ermənistanın maraqlarına nə qədər uyğundur?
Q.Beqlaryan deyib ki, 1920-ci illərin xəritələri əsas götürülərsə, problemlər yarana bilər. Başqa sözlə, o da açıq şəkildə etiraf edir ki, 1920-ci xəritələri ilə 1990-cı illərin xəritələri arasında Ermənistanın ərazisi baxımından əhəmiyyətli dərəcədə fərq var: “Moskvadakı Mərkəzi Dövlət Hərbi-Tarix Arxivində 1920-ci illərin xəritələri var, hansı ki, onların əsas götürülməsi ideyası ortadadır. O xəritələr SSRİ rəhbərliyi tərəfindən təsdiq edilib və dövlət nəşridir. Ancaq SSRİ-nin son dövrlərindəki xəritələrdən fərqlənir”.
Erməni geoqraf bu xəritələrin Ermənistanda niyə ciddi narahatlıq doğurması məsələsinə toxunmayıb. Sadəcə, 1920-ci il xəritəsindəki Ermənistanla 1991-ci il xəritəsindəki Ermənistanın “çox fərqli” olduğunu bildirib.
“1920-ci il xəritəsi əsas götürülərsə, onda Naxçıvan necə olacaq? Axı, Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibinə 1923-cü ildə daxil olub” deyə saxtalaşdırdıqları “tarixdən” istifadə etmək istəyən erməni mütəxəssis ümumiyyətlə 1920-ci ildə nə Dağlıq Qarabağın, nə də Naxçıvanın “muxtar” olduğunu “yada salmayıb”. Ona da toxunmayıb ki, niyə Naxçıvan Muxtar Respublikasının yaradılması zərurəti ortaya çıxdı. Çünki Qərbi Zəngəzurun Ermənistana bağışlanması ilə Naxçıvan Azərbaycandan ayrı düşdü və buna görə də Naxçıvana Türkiyənin qoruması altında Azərbaycanın nəzarətində saxlanılması ilə muxtar statusu verildi.
Əgər 1920-ci il xəritələri ortaya gələrsə, onda Qərbi Zəngəzur da müzakirəyə çevriləcək. Qərbi Zəngəzur Ermənistanda sovet hakimiyyətinin qurulması üçün ermənilərə verilən paydır və 1920-ci ilin ortalarına qədər bu torpaqların ermənilərə heç bir aidiyyəti yox idi.
Qərbi Zəngəzurun Ermənistana verilməsindən sonrakı tarix, Ermənistanda sovet hakimiyyətinin qurulması ilə sərhədlərin müəyyənləşməsi gündəmə gələrsə belə, yenə Azərbaycanla Naxçıvanın quru əlaqəsini təmin edən 9 kəndin taleyinə aydınlıq gətirilməlidir. Bu kəndlər və onların əhatə etdiyi ərazilər – “otlaqlar” – 1929-cu ilə qədər Ermənistana verilib.
Ona görə ermənilər “daha pis ssenari üzrə” 1980-ci illərin sonunu götürməyi təklif edirlər. Guya bu, əslində onlara sərf etmir, ancaq “sülh naminə” razıdırlar. Səbəb də odur ki, 1980-lərin sonunda sərhədlər SSRİ tərəfindən “daha dəqiq və aydın” şəkildə əks olunub.
Bu xəritələrlə Ermənistan Qazaxın 7 kəndinin Azərbaycanla quru əlaqəsini təmin edən 3 min hektardan çox ərazinin qoparılmasını da rəsmiləşdirmək istəyir.
Ona görə Beqlaryan deyir:"Azərbaycan-Ermənistan sərhədinin hər kvatratkilometrində mübahisələr var”.
Erməni mütəxəssisin iddiasına görə, SSRİ müttəfiq respublikaları “Roma qaydasında”, “parçala və hökm sür” prinsipi ilə idarə edib və sərhədlərdə çoxsaylı problemlər yaradıb.
Beqlaryan bu ifadə ilə SSRİ-nin təzyiqi ilə Azərbaycan sərhədlərinin dəfələrlə pozulduğunu təsdiqləmiş olub. SSRİ-nin bu prinsiplə yanaşdığını Ermənistan da etiraf edirsə, onda SSRİ-nin yaranmasına qədərki, ən yaxşı halda isə 1918-20-ci illərin xəritələri ilə hərəkət etmək daha yaxşıdır.
Beqlaryan “bizim üçün ən yaxşısı Böyük Tiqranın xəritələridir” deyir – söhbət qondarma, heç bir tarixi mənbədə olmayan, uydurulmuş Tiqrandan gedir – və bunu 1918-ci il xəritələrinə “alternativ olaraq”, “qeyri-ciddi” şəkildə gündəmə gətirdiyinə işarə edir.
Yəni 1918-ci il xəritələri Tiqran xəritələri kimi bir şeydir.
Onda ən idealı 1920-ci il 11 yanvarda Parisdə tanınan 3 Cənubi Qafqaz respublikanın ərazisidir. Həmin zaman hər 3 respublikanı hansı ərazilərlə o dövrün ən böyük dövlətləri – o cümlədən, Fransa, Böyük Britaniya, Amerika və s. – tanıyıbsa, həmin xəritələrdən istifadə etmək olar.
Belədə heç bir problem olmayacaq və SSRİ-ni də suçlamağa ehtiyac yaranmayacaq.
Bu halda isə Ermənistan nəinki Zəngəzuru, eyni zamanda Dərələyəzi, Göyçəni də geri qaytarmalı, AXC-nin sərhədlərini qəbul etməli, 9 min kv.km ərazisinə sığınmalıdır.
Şərtlər budur, Böyük Tiqran uydurmasını 1918-20-ci illər xəritələrinin gündəmə atılmasına qarşı irəli sürən Ermənistan ən pis halda hər iki respublikanın sovetləşdiyi günün, tarixin xəritəsinə razılaşmalıdır.
Həmin xəritələr Putinin dediyi və erməniləri dəhşətli dərəcədə xoflandıran hərbi xəritələrdir.../axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar