Kreml rəhbəri Vladimir Putin Müstəqil Dövlətlər Birliyininin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən son iclasında çıxışı zamanı Qarabağdan danışarkən deyib ki, Rusiyanın sülhməramlı kontingenti Dağlıq Qarabağda əldə olunan barışığın zəmanətçisidir: “Bizim yardımımızla humanitar yüklərin çatdırılması, hər iki tərəfdə ərazilərin minalardan təmizlənməsi həyata keçirilir, həyat təminatı sistemi bərpa olunur”. Vladimir Putin videokonfransda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışlarını şərh edərkən belə deyib: “Pis sülh, yaxşı müharibədən yaxşıdır”.
Həqiqətənmi Qarabağ nümunəsində “pis sülh yaxşı müharibədən yaxşıdır”?
Xəbər lenti
“Pis sülh, yoxsa yaxşı müharibə?” – Azərbaycanın seçimi necə olmalıdır? - İLGİNC AÇIQLAMA
Manevr.az xəbər veeir ki, mövzu ilə bağlı fikirlərini konkret.az-la bölüşən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu maraqlı məqamlara toxunub:
“Birincisi, Putin bu cümləsi ilə etiraf edib ki, Qarabağda əldə olunan sülh yaxşı deyil, Rusiya mümkün olan nəticəni əldə edib. Yəni Putin “yaxşı müharibəni pis sülhlə” əvəz edib. İkincisi, Putinin “yaxşı müharibə” adlandırdığı söz birləşməsi Azərbaycana aiddir. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün müharibəyə başladı və bu həqiqətən bizim üçün yaxşı müharibə idi. Çünki hədəf torpaqları azad etmək idi. Üçüncüsü, Putinin “pis sülh yaxşı müharibədən yaxşıdır” ifadəsi Azərbaycan üçün məqbul sayıla bilməz. Çünki əgər biz Putinin təbirincə desək yaxşı müharibədə qələbə çalmışıqsa, sülhün də yaxşı olmasını istəmək haqqımızdır”.
Politoloqun sözlərinə görə, Kreml sahibinin məntiqindən belə çıxır ki, onlar üçün hazırkı sülh də pis deyil: “Halbuki, Azərbaycanla Ermənistan arasında sülh yoxdur. Azərbaycan Ermənistanla qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması əsasında sülh sazişinin imzalanmasını istəyir. Rəsmi İrəvan buna hazır deyil, çünki sülh sazişini imzalasalar Qarabağı Azərbaycan ərazisi kimi tanımaq məcburiyyətində qalacaqlar. Ermənilər buna hazır deyil. Bu, bizi az narahat edir. Çünki müharibə bitibsə, o zaman iki tərəf arasında saziş imzalanmalıdır. Göründüyü kimi mövcud vəziyyət Kremli narahat etmir, çünki Putin “pis sülhün” davamını məqbul sayır. Özünə zəhmət verib Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etmək istəmir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar