Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

İranın aqibəti yaxşı olmayacaq - Bakı və Ankaranın təklifinə razılaşmasa...

Tarix: 11-10-2021 16:13     Baxış: 4147 A- / A+



"İranın Azərbaycana qarşı aqressiyası, gərginliyi artırmaq cəhdini başa düşmək olur".
Manevr.az bildirir ki bunu milli.az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, əslində Türkiyə, Rusiya və Azərbaycan İrana ikinci dəfə jest etdi:

"İran Rusiya ilə birlikdə və ya Rusiyadan sonra bölgədə ən etkin güc olduğunu düşünürdü. II Qarabağ müharibəsi əslində bölgədə status-kvonu dəyişdi və artıq İran bölgədə ən etkin güclərdən biri olmaqdan çıxdı. Bölgədə hakim güc olaraq Türkiyə və Rusiya var idi və əslində 2+2 formatında (Ermənistan, Azərbaycan, Rusiya, Türkiyə)  Türkiyə bölgədə Rusiya ilə birlikdə oyun qurucusu olduğunu göstərdi.
İran itmiş nüfuzunu bərpa etmək üçün bir sıra cəhdlər edir, gah Ermənistanla şimal-cənub dəhlizi qurmağa çalışır, Ermənistanda Paşinyan üçün yol çəkir, gah Azərbaycana qarşı aqresiya göstərir, gah Azərbaycan ərazisindən keçən "erməni yolunun" müdafiəsinə qalxır, gah Zəngəzur dəhlizinə mane olmağa çalışır və s. məsələlərlə açıq şəkildə gərginlik yaradır. Açıq desəm, bu, İran üçün yaxşı heçnə gətirməyəcək. Çünki əslində bölgədə İrana biçilmiş bir rol var. Bunu biz də, Türkiyə də açıq şəkildə elan edib ki, bu, 3+3 formatıdır.
Biz bu 2+2 formatından əlavə Gürcüstan və İranı da - bütün bölgəni burada görmək istəyirik. Əslində bununla Türkiyə, Rusiya və Azərbaycan İrana ikinci dəfə jest etdi. Türkiyə və Rusiya birinci dəfə İrana jesti Suriyada etmişdilər. Orada Rusiya və Türkiyə Astana formatına əlavə tərəf kimi İranı da əlavə etdilər. İndi Cənubi Qafqazda da baxmayaraq ki, Rusiya burada heç bir aktiv rol oynamayıb, oynayıbsa da neqativ rol oynayıb, amma biz buna baxmayaraq yenə də bu məsələdə İrana bir seçim şansı verdik. İranın ən çox yararına olan elə məhz bu 2+2 formatında iştirak etmək olardı, bunu 3+3 formartına çevirmək olardı. Çünki əks halda bütün məsələlər İranın ziyanına olan məsələlərdir. Ona görə ki, İranın açıq şəkildə hər hansı hərbi aqresiya göstərmək gücü, potensialı, müharibə aparacaq qabiliyyəti yoxdur.
Belə bir avantüraya girərsə, nəticədə İran bütün ətraf ölkələrin hədəfi olacaq. Necə ki, İraq Küveytə hücum etdi və bunun nəticəsində dağıldı. Səddam Hüseyn üçün Küveyt asan hədəf idi, 2 saata işğal etdi, amma İraq 30 il onun əziyyətini çəkdi, bombalandı. Minlərlə tankı, təyyarəni qoyub Küveytdən biabırçı şəkildə qaçdı. Azərbaycan Küveyt deyil. Azərbaycanın güclü Ordusu, müdafiə sistemi var, amma istənilən halda İran belə bir fikrə düşərsə, onu da İraqın aqibəti gözləyir. Ona görə də İran üçün ən ağıllı addım bu hərbi gərginliyi azaldıb, 3+3 formatına qayıtmaq olardı. Çünki əks halda İranı bölgədə heç də xoş aqibət gözləmir. Əks halda İran beynəlxalq izolyasiya ilə, beynəlxaq güclərin düşmənçiliyi ilə üzləşəcək. Demək olar ki, artıq İRanın Azərbaycana olan bu aqresiyası Türkiyə və Pakistanı da narahat edir, İsraili də narahat edir, bir çox Avropa ölkələri də İrana qarşı nüvə sazişi ilə bağlı olan yumşalmanı böyük ehtimalla sırf bu aqresiyaya görə dayandıracaqlar. İran üçün ən uyğun seçim nüvə silahını inkişaf etdirməkdən əl çəkmək və qonşularla sülh və əminamanlıq içində yaşamağa çalışmaq olardı".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar