Xəbər lenti
“Rəsmi İrəvan ideoloji müharibədən geri çəkilir...” - Politoloq
"Erməni təbliğat maşını hücum strategiyasını müdafiə strategiyasına dəyişib. Vaxtilə milyonlarla dram xərclənib hazırlanan "erməni tarixi”ndən bəhs edən reklamlar, kinolar, sənədli filmlər, artıq telekanallarda göstərilmir”.
Manevr.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, bu gün erməni telekanallarında ölkənin gəzməli, görməli, turistik yerlərindən bəhs edən reklamlara, sənədli filmlərə daha çox rast gəlinir:
"Vaxtilə erməni kanallarında tez-tez göstərilən Azərbaycanın bir zamanlar işğal altında olan Şuşa, Xankəndi, Laçın, Xocalı, Kəlbəcər rayonlarının kadrlarının da yer aldığı bütün reklam, sənədli film və kinoların yayımlanması qadağan edilib. Əvəzində erməni televiziya kanallarında Ermənistanın ayrı-ayrı yerləri, turistik məkanlar haqda verilişlər verilir.
Aydın məsələdir ki, rəsmi İrəvan daxili auditoriyanın düşüncəsini bir müddət "dənizdən-dənizə Ermənistan” xülyasından, həmçinin "arsax” ideologiyasından yayındırmaq istəyir. Daha doğrusu buna məcburdur. Çünki mövcud vəziyyət Ermənistana heç bir halda maksimalist mövqedən çıxış etmək imkanı tanımır. Bununla belə bunun müvəqqəti hal olduğunu düşünürəm”.
Politoloq qeyd edib ki, Ermənistan rəhbərliyi daha nə Qarabağı itirməkdən, nə də Azərbaycanın SSRİ dövründəki ərazilərini bərpa etməsindən qorxur:
"Hazırda Ermənistan hakimiyyətini düşündürən başlıca məsələ Azərbaycanın yeni hədəfinin nə olacağıdır. Ermənilər başa düşdü ki, Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir. Digər tərəfdən, sərhədlərin demarkasiya və demilitasiya prosesindən sonra rəsmi Bakının Qazaxın 7 kəndi və digər anklav əraziləri də geri qaytaracağı məlumdur. Bu reallıq erməniləri sözün əsl mənasında qorxuya salıb. Buna görə də bu gün ölkənin bütün televiziya kanallarında Ermənistanın fərqli tarixi ərazilərini, turistik bölgələrini əks etdirən sənədli filmlər və reklamlar göstərirlər. Rəsmi İrəvan düşünür ki, Azərbaycanın növbəti hədəfi Zəngəzur, Göyçədir. Söhbət heç də 10 noyabr bəyanatında qeyd edilən Zəngəzur dəhlizindən getmir. Erməniləri narahat edən əsas məsələ rəsmi Bakının 1918-ci il ərazisinə qayıtmaq istəməsidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar