Xəbər lenti
Ermənistanın minalardan sərdiyi ölüm xalçası: “Dövlət qurumları qış yuxusundan ayılmalıdır”
Müharibə bitən gündən bəri mina xəritələri gündəm mövzu olsa da, Ermənistan tərəfi xəritələri verməkdən imtina edir. Mediada yayılan məlumatlarda işğaldan azad olunan ərazilərdə hərbçilərin, mülki vətəndaşların, rus sülhməramlılarının belə bu minaların qurbanına çevrildiyinin görürük. Hətta son günlərdə 38 illik ömrünün 15 ilini ermənilərin basdırdığı minaları aşkarlayaraq zərərizləşdirən ANAMA əməkdaşının da bu ərazilərdə minaya düşərək gözlərini itirdiyinin şahidi olduq. O, müsahibəsi zamanı bildirirdi ki, ermənilər minaları yerə xalça kimi səriblər və elə formada gizlədiblər ki, mütəxəssislər belə tapmaqda çətinlik çəkir.
Yenidənqurma işlərinə başlamaq, 30 illik həsrətə son qoymaq, böyük qayıdışı reallaşdırmaq üçün ilk öncə torpqlarımız bu minalardan təmizlənməlidir. Lakin müharibənin bitməsindən 5 ay keçməsinə baxmayaraq, heç bir beynəlxalq qurum, dünya ölkələri buna etirazını bildirmir.
“Biz mütləq şəkildə mina xəritəsini almaq üçün bütün vasitələrdən isifadə etməliyik. Ən əsası müxtəlif vəzifəli şəxslər, qurumlar, Qeyri-Hökümət Təşkilatları Beynəlxalq təşkilatlara müraciət etməlidirlər”.
Manevr.az xəbər verir ki, bu fikirləri bizimyol.info-ya açıqlaması zamanı hərbi-siyasi ekspert Elçin Axundzadə bildirib. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi, Diasporla iş üzrə Dövlət Komitəsi, təzə yaradılmış QHT-lərə Dövlət Dəstəyi Agentliyi qış yuxusundan ayılmalı və bu məsələdə öz vəzifə borcların yerinə yetirməlidirlər.
“Xarici medialarla aktiv əlaqələr qurmalı, əlimizdə olan erməni terrorçulardan, Şuşaya atılmış “İsgəndər” raketlərindən istifadə etməli və ən əsası da Türkiyə ilə hərbi alyans yaratmalıyıq. Türkiyə sülhməramlı qoşunların Azərbaycanda yerləşdirilməsi üçün Birləşmiş Millətlər Təşkilatına rəsmi müraciət etməliyik. Rusların sülməramlılarından fərqli olaraq , Türkiyə əsgərlərinə beynəlxalq mandat almaq üçün ciddi səylər göstərməliyik.
Üç tərəfli sazişin qarantı Rusiya olduğuna görə ictimaiyyət, millət vəkilləri, XİN, Diaspor təşkilatları, fəaliyyət göstərən partiyalar, QHT-lər Rusiya qarşısında tələblər qoymalı və sazişi yetinə yetirmək üçün təpkilər göstərməlidirlər, Ermənistan Rusiyanın təsir əhatəsində olduğu üçün Rusiyaya tələblər artmalı və bu istiqamətdə ictimaiyyət fəal olmalıdır”,-deyə ekspert bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar