Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin nə dərəcədə vətənpərvər, dövlətinə, xalqına bağlı olduğunu təsdiqlədi

Tarix: 17-04-2021 20:08     Baxış: 3189 A- / A+
44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin nə dərəcədə vətənpərvər, dövlətinə, xalqına bağlı olduğunu təsdiqlədi

İlqar İlkin: "Televiziya kanallarında müntəzəm olaraq gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına yönəlik verilişlər yayımlanmalı, dəyirmi masalar, tok-şoular təşkil edilməlidir"

Gənclərin milli-mənlik şüurunun formalaşdırılması, onlarda vətənpərvərlik hisslərinin artırılması müstəqilik illərindən sonra bütün dövrlərdə aktual olub desək yanılmarıq. Düzdür, bu aktuallıq zaman-zaman az və ya çox dərəcədə fərqlənib. Bu prosesə bir qədər ciddi, yaxud əksinə qeyri-ciddi yanaşma özünü büruzə verib. Ancaq müsbət məqam ondan ibarət olub ki, gənclərin milli-mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması öz prioritetliyini itirməyib. Tam əminliklə deyə bilərik ki, istər 5 il əvvəl baş vermiş Aprel zəfəri, eləcə də 44 günlük Vətən müharibəsindəki qələbəmizi şərtləndirən əsas amillərdən biri də məhz gənclərimizin vətənpərvər ruhda böyüməsi olub. Elə ictimai fəal, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin də bu qənaətdədir. "Olaylar"-a verdiyi müsahibədə İlqar İlkin gənclərin milli-mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin yüksəldilmısinə təsir edən amillərdən danışıb.
44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin nə dərəcədə vətənpərvər, dövlətinə, xalqına bağlı olduğunu təsdiqlədi

-İlqar bəy, gənclərin milli-mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına təsir edən başlıca amillər hansılardır?

-Hesab edirəm ki, ilk növbədə dövlətin gənclər siyasəti olmalı və həmin siyasət əsasında gənclər diqqət və qayğı ilə əhatə edilməlidir. Çoxları deyir ki, gənclərin milli-mənlik şüurunun formalaşması, onlarda vətənpərvərlik hisslərinin artırılmasında bağçanın, məktəbin, ali təhsil ocağının, cəmiyyətin və sş amillərin rolu əsasdır. Düzdür, sadaladığım amillərin də gənclərin milli-mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına təsiri var, bunu inkar etmək lazım deyil. Ancaq mən düşünürəm ki, yuxarıda da qeyd etdiyim kimi uğurlu dövlət gənclər siyasəti əsas şərtdir. Təsəvvür edin ki, istər bağçada, istər orta məktədə, istərsə də ali təhsil ocağında uşaqlar, gənclər kifayət qədər milli ruhda, vətənpərvər olaraq yetişdirilir. Lakin sonradan onlar müstəqil həyata qayıtdıqda dövlətin diqqət və qayğısından kənarda qalır, onlara yönəlik heç bir siyasət həyata keçirilmir. Belə olan halda gənc özünü harda görürü, harada axtarır? Təbii ki, ölkədən kənarda, hansısa xarici dövlətdə. Ona görə gənclərin milli-mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasında yalnız təhsil müəssisələrinin üzərinə məsuliyyət atmaq hesab edirəm ki, düzgün yanaşma deyil. Bu proses pilləli şəkildə, mərhələli olaraq həyata keçirilməlidir. Fəaliyyətlər bir-birini tamamlamalıdır. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda bu proses istədiyimiz səviyyədə, ardıcıllığın bir-birini tamamlaması ilə inkişaf edir. Bağçada alınan tərbiyə daha sonra orta məktəbdə davam etdirilir. Orta təhsil müəssisələrində şagirdlərimiz tarixi şəxsiyyətlərimiz, sərkərdələrimiz, milli qəhrəmanlarımız barədə məlumat alır, öz bilik və bacarıqlarını inkişaf etdirir. Ən əsası odur ki, onlarda milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin artırılmasında yeni bir mərhələ başlayır. Bağçada öyrəndiklərini orta məktəbdə daha da təkmilləşdirirlər. Eyni ilə də ali təhsil müəssisələrində bu biliklər daha da artırılır, gənclərimiz daha ətraflı şəkildə tarixi sərkərdələrimiz, milli qəhrəmanlarımız barədə bilgilərini inkişaf etdirirlər. Ali təhsil müəssisəsini bitirib müstəqil həyata qədəm qoyduqdan sonra isə gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların Vətənə, millətə sədaqətlə qulluq etməsi dövlətdən, dövlətin gənclərə yönəlik siyasətindən asılı olur ki, bunu da yuxarıda qeyd etdim. Bir daha qeyd edim ki, Azərbaycanda bu istiqamətdə vəziyyət ürəkaçan səviyyədədir. Dövlətin uzun illərdir həyata keçirdiyi uğurlu gənclər siyasəti var. Həmin siyasətin başlıca məqsəd və vəzifəsi, prioriteti müstəqil həyata qədəm qoymuş gənclərə diqqət və qayğı ilə yanaşmaq, onların üzləşdiyi problemləri aradan qaldırmaq və gəncləri dövlət qayğısı ilə əhatələndirməkdən ibarətdir. Ona görə də müstəqil həyata qədəm qoymuş gənclərimiz təhsil müəssisələrində milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik ruhundan aldıqları tərbiyəyə sadiq qalır, ondan irəli gələrək dövlətə, Vətənə sədaqətlə xidmət edirlər.

-Sizə elə gəlmirmi ki, ailənin və ətraf mühitin, cəmiyyətin də gənclərin milli mənlik şüurunun formalaşması, onlarda vətənpərvərlik hisslərinin artırılmasında müəyyən mənada rolu var?

-Razlyam sizinlə və əlbəttə ki, ailənin, cəmiyyətin, ətraf mühitin gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda böyüməsində rolu əhəmiyyətli dərəcədədir. Əgər ailə millilikdən, milli dəyərlərdən, adət-ənənələrdən uzaqdırsa, ailə daxilində ana dili deyil yabançı dildən istifadə olunursa, yaxud ailədaxili söhbətlərdə bir qayda olaraq xarici aləmdən misal gətirilir, milli adət-ənənələrimizə laqeyid münasibət sərgilənirsə, həmin ailədə böyüyən uşaqdan, gəncdən istədiyimiz səviyyədə vətənpərvərlik gözləyə bilmərik. Yaxud cəmiyyətdə, ətraf mühitdə milli qəhrəmanlarımız, tarixi sərkərdələrimiz barədə mənfi rəy formalaşırsa, onların zamanında göstərdiyi qəhrəmanlıqlar qiymətləndirilmir, dəyər qazanmırsa, öz növbəsində yetişməkdə olan gənc nəsil də bundan pis nümunə götürür, onun vətənpərvər ruhda böyüməsi, vətənpərvər bir vətəndaş olmasına mənfi təsir göstərir. Ona görə də bütün istiqsmətlərə ciddi diqqət yetirməli, hər hansı bir sahədə mövcud olan, gənclərin vətənpərvər ruhda böyüməsinə mənfi təsir göstərə biləcək amilləri aradan qaldırmalıyıq.

-Bəs kütləvi informasiya vasitələri, televiziya və radiolar bu prosesdə hansı rola malikdirlər?

-Təbii ki, həm də birbaşa. Hesab edirəm ki, mavi ekranlarda, televiziya kanallarında müntəzəm olaraq gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına yönəlik verilişlər yayımlanmalı, dəyirmi masalar, tok-şoular təşkil edilməlidir. Biz istəsək də istəməsək də televiziya kanalları, televiziya verilişləri hər birimizin evinə daxil olur. Ona görə də televiziyalar elə verilişlər hazırlamalı, efirə verməlidirlər ki, vətəndaşlarımız, xüsusilə də gənclərimiz həmin verilişlərdən örnək götürsünlər.

Hesab edirəm ki, bayağı, heç bir maarifləndirici xarakter daşımayan, əksinə insanların beynini, düşüncə tərzini pozan verilişlərdən uzaq olub vətənpərvərlik ruhunda verilişlərin hazırlanması, efirə getməsinə hər bir televiziya kanalı maraqlı olmalıdır. 44 günlük Vətən müharibəsi, əldə etdiyimiz tarixi zəfərlə bağlı silsilə materiallar hazırlanmalı, efirə verilməli, dövlətimizin, xalqımızın əldı etdiyi qələbə geniş mənada təbliğ olunmalıdır. Xüsusilə, bu müharibə zamanı qələbəni bizə yaşadanlar, öz canlarını bu yolda fəda edərək ən ali zirvəyə, şəhidlik məqamına yüksələn qəhrəman oğullarımızın keçdiyi döyüş yolu təbliğ edilməli, gənclərimizə öyrədilməlidir. Onların döyüş yoldaşları, qazilərimiz televiziya kanallarına mütəmadi dəvət edilib 44 günlük Vətən müharibəsi ilə bağlı silsilə verilişlər hazırlanmalı, arxivləşdirilməlidir. Çünki gələcək nəsillər də bu günün qəhrəmanlarını tanımalı, onlarla fəxr etməlidir. Hesab edirəm ki, bütün sadaladığım amillər gənclərin milli-mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına müsbət təsir edəcək və gələcəkdə də güclü vətənpərvər gənclər ordusunun formalaşmasına təsir göstərəcək başlıca amillərdəndir.

-Bəs bu gün tam əminliklə deyə bilərikmi ki, Azərbaycanda güclü gənclər ordusu mövcuddur?

-Əlbəttə. Hər şeydən əvvəl 44 günlük Vətən müharibəsi və əldə etdiyimiz tarixi qələbə bunu sübut etdi. Azərbaycan gənci, Azərbaycan əsgəri Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarının azadlığı, düşmən tapdağından xilas edilməsi uğrunda savaşa, müqəddəs mübarizəyə başladı. Bu mübarizədən Azərbaycan dövləti, Azərbaycan xalqı qalib ayrılaraq uzun illər düşmən işğalı altında olan ərazilərini azad etdi. Azərbaycan gənci həqiqətən 44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdı, 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin nə qədər, nə dərəcədə vətənpərvər, dövlətinə, xalqına bağlı olduğunu təsdiqlədi. Bu həm Azərbaycan cəmiyyəti, həm də bütün dünyaya nümayiş olundu. Hesab edirəm ki, 44 günlük Vətən müharibəsi və bu müharibədə Vətən oğullarımızın nümayiş etdirdiyi misilsiz qəhrəmanlıqlar təkcə Ermənistan rəhbərliyinə deyil, eləcə də onlara havadarlıq edən bəzi beynəlxalq dairələrə bir dərs oldu.

Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar