Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərin azad olunması tarixi dillər əzbəridir - Şərh

Tarix: 02-04-2021 22:40     Baxış: 3121 A- / A+
Kəlbəcərin azad olunması tarixi dillər əzbəridir - Şərh

2 aprel 1993-cü ildə Ermənistan işğalçı qüvvələri Kəlbəcəri işğal etdilər. Geostrateji əhəmiyyəti olan Kəlbəcər Qarabağ regionu ilə Ermənistan arasında bufer zona rolunu oynayırdı. Qarabağı Ermənistana birləşdirən yol Laçın və Kəlbəcərin üzərindən keçirdi. O dəhliz Laçın və Kəlbəcərdən keçdiyi üçün rayonun işğal olunması Ermənistan üçün bir çox cəhətdən əhəmiyyət daşıyırdı. Kəlbəcərin işğalı Birinci Qarabağ müharibəsinin gedişatına da xeyli mənfi təsir göstərdi.

Manevr.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov deyib. O bildirib ki, Kəlbəcərdən sonra digər rayonların da işğal prosesi sürətləndi:

“Kəlbəcərin işğalından bir neçə həftə sonra, aprelin 30-da BMT Təhlükəsizlik Şurasının o zamankı rəhbərliyi qeyri-daimi üzv kimi Pakistanda idi. Pakistanın təşəbbüsü ilə Kəlbəcərin işğalından sonra BMT TŞ-nin 822 saylı qətnaməsi işiq üzü gördü. Bu qətnamədə açıq şəkildə Ermənistan işğalçılarının qeyd-şərtsiz olaraq ərazini azad etmələri tələb olunurdu. Lakin biz bilirik ki, Ermənistan nə bu qətnaməyə, nə də beynəlxalq hüquq qaydalarına riayət edib. Hətta bu qətnamədən sonra may ayında Türkiyənin təşəbbüsü ilə təcili tədbirlər haqqında cədvəl irəli sürüldü. Cədvəlin əsas üç şərti var idi. Bu üç şərtdən birinə əsasən, may ayının 14-nə kimi erməni işğalçı qüvvələri Kəlbəcəri tərk etməli idi. Daha sonra ATƏT-in Minsk qrupunun müşahidəçi missiyası ora getməli idi. Lakin Ermənistan bu təşəbbüsə əməl etməkdən boyun qaçırmaqla işğalçı siyasətini və bu siyasətini saxlamaq niyyətində olduğunu bir daha ortaya qoydu”.
Kəlbəcərin azad olunması tarixi dillər əzbəridir - Şərh

Ekspert qeyd edib ki, ATƏT-in Minsk qrupu çərçivəsində Kəlbəcər də daxil, digər rayonlarımızın sülh yolu ilə qaytarılması danışıqları uzun illər davam etsə də, nəticə vermədi:

“Ermənistanın qeyri-konstruktiv mövqeyi və Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar fonunda sentyabrın 27-də Azərbaycan regionda sülhyaratma əməliyyatı həyata keçirdi. Azərbaycan Ermənistanı sülhə məcbur edərək BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin qeyd-şərtsiz azad edilməsi və məcburi köçkünlərin geri qayıtmasını tələb edən 822 saylı və digər qətnamələrin təkbaşına, heç bir kənar dövlətin iştirakı olmadan icrasına nail oldu. Bununla Ermənistanı həm sülhə, həm də qətnaməni yerinə yetirməyə məcbur etdi.

Müharibənin gedişində Azərbaycanın qazandığı zəfər nəticəsində üçtərəfli bəyanat imzalandı. Bu bəyanatın maddələrindən birinə görə, Kəlbəcər rayonu noyabrın 15-də işğaldan azad olunmalı idi. Lakin Ermənistan tərəfi onlara əlavə 10 gün verilməsini xahiş etdi. Azərbaycan dövləti öz humanist mövqeyini nümayiş etdirdi, mövcud relyefi və şəraiti nəzərə alaraq Ermənistan tərəfinə əlavə 10 gün vaxt verdi ki, orada yaşayan ermənilər və hərbçilər rayonu azad etsinlər. Onu da qeyd etmək lazımdır ki, Kəlbəcərdə yaşayan ermənilər Ermənistan rəhbərliyi tərəfindən qeyri-qanuni şəkildə ora yerləşdirilmişdi. Çünki Kəlbəcərdə heç vaxt ermənilər yaşamayıb, daima azərbaycanlıların yaşadığı ərazi olub. Amma Azərbaycanın göstərdiyi humanizm fonunda biz nə gördük? Ermənistanın bir daha öz barbarlığını nümayiş etdirdiyini gördük, həmin ərazilərdə yandırılmış torpaq siyasətinə baş vurdular. Əkin sahələrini və evləri yandıraraq rayonu təhvil verdilər. Bu kimi əməllər bir daha Ermənistan siyasi rəhbərliyinin xislətini ortaya qoymuş oldu.

Əsas məsələ odur ki, Azərbaycan Kəlbəcəri 27 ildən sonra işğaldan azad etdi. Artıq bu gün Kəlbəcərin işğal tarixindən çox, onun azad olunması tarixi dillər əzbəridir. Bu günlər Azərbaycanın tarixinə şanlı və qızıl hərflərlə yazıldı. Gələcək nəsillər də Kəlbəcərin və digər rayonların işğaldan azad olunmasını, İkinci Qarabağ döyüşündə qazandığımız zəfəri həmişə fəxr hissiylə yada salacaq”./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar