Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə ilə Səudiyyə Ərəbistanı razılığa gəldi

Tarix: 08-12-2020 13:53     Baxış: 3163 A- / A+
Türkiyə ilə Səudiyyə Ərəbistanı razılığa gəldi

Bu ilin əvvələrində Türkiyə - Səudiyyə Ərəbistanı arasında həm siyasi, həm də iqtisadi əlaqələrdə geriləmə müşahidə olunsa da, hazırda fərqli mənzərəyə şahidlik edirik. Ərəb Baharı olaraq adlandırılan dağıdıcı mərhələ boyunca hər iki ölkənin fərqli mövqeyi 2018-ci ilin 2 oktyabr Qaşıqçı cinayəti və Səudiyyə hökumətinin Şərqi Aralıq dənizində Türkiyəyə qarşı Yunanıstana dəstəyini ifadə etməsi bu iki ölkə arasında münasibətlərin gərginləşməsinə yol açan əsas amillər qeyd edilir.

Lakin eyni zamanda Səudiyyə Ərəbistanı və Türkiyənin son illərdə maraqları arasında Misir, Qətər, İraq, Liviya və sair ölkələrdə ciddi şəkildə toqquşmalar yaranıb və iki ölkənin əlaqələrində gərginlik hökm sürürdü.

Hələ oktyabr ayında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səud paytaxt Ər-Riyadda keçirilən "Future İnvestment İnitiative" beynəlxalq iqtisadi forumunda çıxışı zamanı jurnalist Camal Qaşıqçının qətli ilə bağlı aparılan araşdırma çərçivəsində Türkiyə ilə qarşılıqlı fəaliyyətlərini yüksək qiymətləndirib. O, hətta bir çox dövlətlərin Camal Qaşıqçının qətlindən istifadə edib Səudiyyə Ərəbistanı Krallığı ilə Türkiyənin arasını vurmaq istədiklərini də dilə gətirməklə bu iki ölkə arasında buzların əridiyinə bir işarə edib.

Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı həddən ziyadə gərgin münasibətlər sürətlə normallaşmaqdadır. Buna misal olaraq, Səudiyyə Ərəbistanı PKK terror təşkilatının Suriyanın şimalındakı bölmələri olan PYD və YPG terror qruplaşmalarına ayırdığı illik 50 milyon dollarlıq yardımları dayandırmağa hazırlaşdığını qeyd etmək kifayət edər. Amma Səudiyyənin Türkiyəyə dəstəyi bununla yekunlaşmayacaq. Rəsmi Ər-Riyadın qərarlarına görə, PYD və YPG-nin Səudiyyədəki "rəsmi nümayəndə"ləri ölkəni dərhal, təcili tərk etməlidir. Səudiyyənin və dünyanın ən böyük investisiya şirkətlərindən olan "Saudi Aramco Development Company" (SADCO) ilə ABŞ-ın "Baker Hughes Company" neft-qaz korporasiyası (böyüklüyünə görə dünyada 3-cü neft-qaz servis şirkəti) Türkiyəyə yeni sərmayə paketi barədə qərar qəbul ediblər.

Eyni zamanda, Türkiyənin GETPG şirkəti Səudiyyətə neft-qaz emalı sektorunda fəaliyyət icazəsi aldı. Hətta artıq Səudiyyənin Müdafiə Nazirliyi Türkiyədən "Bayraktar TB2", "Akıncı" və "Aksüngür" PUA-larının alınması ilə bağlı danışıqlara başlayır. Ər-Riyad Türkiyədən habelə, çeşidli hərbi texnika da almaq niyyətindədir.

Səudiyyə kralı Salman bin Əbdüləziz "Türkiyə ilə münasibətləri lap normallaşdırın" göstərişi verib. Səudiyyə hərbçiləri də İkinci Qarabağ Savaşında PUA-lardan istifadə taktikasını öyrənmək niyyətindədirlər.

Məlumatlara görə, Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı münasibətlər ikitərəfli, birbaşa təmaslarla yanaşı, Böyük Britaniyanın vasitəçiliyi ilə aparılan danışıqlar vasitəsilə normallaşır.

Noyabrın sonlarında Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz arasında baş tutan telefon danışığı da belə düşünməyə şərait yaradır. Telefon təmasında iki dövlətin başçısı qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə ediblər. Tərəflər G20 zirvə konfransı fonunda müzakirələr aparıb və arada olan ixtilaf və problemlərin həlli üçün diplomatik kanalların açıq saxlanılmasının zəruri olduğunu bildiriblər. Səudiyyə Ərəbistanı Krallığının PYD, YPG ilə bağlı milyonluq qərarlara da məhz bu telefon danışığından sonra gəldiyi istisna edilmir.

Təhməz Əsədov

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar