Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin Paşinyan planı: Xəzərdə və Mərkəzi Asiyada mühüm parçalanma

Tarix: 05-11-2020 10:57     Baxış: 4252 A- / A+
Putinin Paşinyan planı: Xəzərdə və Mərkəzi Asiyada mühüm parçalanma

Münaqişə dairəsinə cəlb olunmuş dövlətlər - Rusiya və Türkiyə üçün ən böyük dəyər bitərəflikdir. O, bundan sonrakı siyasi nizamlanma üçün resurs kimi lazımdır. Prezident Vladimir Putinin Qarabağdakı vəziyyətlə bağlı son müraciətində də bu fikir öz əksini tapıb. Rusiya liderinin bugünkü (dünənki-red.) bəyanatında əvvəllər götürülmüş strateji tarazlıq və ciddi neytrallıq kursu bir daha vurğulanıb.

Manevr.az xəbər verir ki, bu sətirlər Aleksandr Karavayevin son yazısındandır.

Müəllif belə hesab edir ki, Rusiya və Türkiyə münaqişəyə hibrid neytrallıq daşıyıcıları, hərbi-texniki təminatın dəstəklənməsinin sponsorları kimi cəlb olunublar: “Bu, çox mürəkkəb bir vəziyyət, xarici siyasi tənzimlənmənin ən yüksək səviyyəsidir, Rusiya üçün isə daha mürəkkəbdir. Ermənistanda reputasiya ilə Azərbaycanda təsirin qorunması arasında tarazlığı davam etdirmək lazımdır. İkinci məqam-müharibə Azərbaycan ərazisində gedir və Bakı rəsmi olaraq Türkiyədən yardım istəyə bilər. Ermənistan isə bunu edə bilməz. Ya da hələlik edə bilməz.

Putin səbirlə müharibənin bitməsini gözləyəcək.

Amma İstənilən halda, əgər texniki təchizatdan daha dərinə cəlb edilsə, onda Rusiyanın riski Türkiyəninkindən yüksəkdir.

Türkiyə Ermənistanı itirmir. Rusiya da az risk edir, Ermənistan artıq Rusiya məkanının bir hissəsidir”.

V.Karavayev bu məqamda çox mühüm bir məsələyə toxunur: “Lakin Moskva iki məsələni həll etməlidir - Paşinyanı aradan götürmək və Azərbaycandakı təsirini itirməmək. Münasibətlərin əsas dəyəri və siyasi özəyi Putin - Əliyev sistemidir. Rusiya ilə Azərbaycan arasında siyasi gərginlik baş verərsə, Rusiyanın indiki sosial-iqtisadi məkanını başqa bir qrup ölkələr dolduracaq. Mövqeləri geri qaytarmaq çox çətin olacaq. Hər iki tərəfdən biznes zərər görəcək, Azərbaycan Rusiya iqtisadiyyatına öz investisiyalarını donduracaq, aqrar tədarüklərin (Rusiya Federasiyasından olan şəkər və taxıl) idxalını gücləndirəcək, eyni zamanda, ixracın istiqamətini dəyişəcək. Bu çətindir, amma mümkündür.

Bakı ilə Moskva arasında bu cür böhranın hərbi kampaniyanın müvəqqəti sərhədlərini keçə biləcəyini nəzərə alsaq, nəticələr daha da dərinləşəcək.

Odur ki, Putin mümkün qədər ehtiyatlı davranacaq”.

Müəllifin fikrincə, İlham Əliyevin tərəfdaş kimi itirilməsi MDB daxilində qüvvələr nisbətinə ciddi zərbə vuracaq: "Birlik ölkələri arasında münasibətlərdə Azərbaycanın çəkisi kifayət qədər əhəmiyyətlidir ki, onsuz da çətin olan prosesləri mürəkkəbləşdirsin və ümumi məkanı sıxsın. Xəzərdə və Mərkəzi Asiyada mühüm parçalanma baş verəcək. Bütün Orta Asiya türk ölkələri kimi, Azərbaycan neftinin tədarükünün, ilk növbədə Minsk üçün əsas alternativ olduğunu nəzərə alsaq, Lukaşenko da Bakı ilə əməkdaşlığı davam etdirəcək.

Nəhayət, aydındır ki, Rusiyanın Azərbaycan layihələrindən çıxması ilə oraya tamamilə sakit şəkildə Bakının Türkiyə, İsrail, Avropa və Çin tərəfdaşları daxil olacaqlar.

Məhz bu səbəblərə görə münaqişə və Rusiyanın Ermənistana yardımı hibrid olaraq qalmaqda davam edəcək"./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar