Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Ermənilər desinlər ki, torpaqları nə vaxt azad edəcəklər” - Tofiq Zülfüqarov

Tarix: 02-10-2020 16:33     Baxış: 3179 A- / A+
“Ermənilər desinlər ki, torpaqları nə vaxt azad edəcəklər” - Tofiq Zülfüqarov

Avropa İttifaqı (Aİ) ölkələrinin rəhbərlərinin iştirak etdiyi zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə atəşi dayandırmaqla bağlı çağırış olub. Həmçinin digər ölkələrə Qarabağdakı hadisələrə qarışmamaq tövsiyə edilib. Fransa prezidenti Emmanuel Makron isə Avropa İttifaqı sammitinin birinci gününün nəticəsi ilə bağlı keçirilən brifinqdə bildirib ki, Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ən yaxın vaxtda Dağlıq Qarabağda münaqişənin dayandırılması üzrə bir sıra təşəbbüslər irəli sürəcək.

Maraqlıdır, ATƏT-in Minsk qrupu hansı şərtlər müqabilində müharibəni dayandırmağa çağırış edəcək?

Manevr.az-ın məlumatına görə, keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov məsələ ilə bağlı yenisabah.az-a açıqlamasında bildirib ki, hansı təşəbbüsün olacağını demək çətindir. Təşəbbüs imkanları var, amma ondan lazımi səpkidə istifadə etmirlər:

“Əslində, Azərbaycan xalqı, dövləti qədər heç kim sülh istəmir. Çünki müharibə vaxtı çoxlu sayda itkilərə məruz qalmışıq. Amma hesab edirəm ki, artıq onların cavab hazırdır. Bu hadisələrdən iki gün əvvəl cənab Prezident yerli media nümayəndələri ilə görüşdü və orada danışıqlar mövzusunu şərh edərkən fikir səsləndirdi ki, danışıqlar prosesi Ermənistan tərəfindən tam şəkildə dayandırılıb və Paşinyanın verdiyi bəyanatlar danışıqlar prosesini mümkünsüz edir. Həmçinin belə bir fikir də söyləyib ki, biz qrafik şəklində tərtib olunmuş sənəd üzərində danışıqlara qatıla bilərik. Mən ilk əvvəl qrafikin nə olduğunu yada salmaq istərdim. 1992-ci ildə Minsk qrupu yaranan zaman ilk görüş Şuşa və Laçının işğalından dərhal sonra - 1992-ci il iyunun 4-də baş tutdu. O vaxtlar həmsədrlərin qarşıya qoyduğu vəzifə ondan ibarət olmuşdu ki, hansısa çox sadə sənədin içərisində onun imzalanma (X) günü, X+5 hansısa bölgədən işğalçı qüvvələr çıxır və onların X+15 günündə çıxması başa çatır. Nəhayət, X+20 günündə qaçqın və məcburi köçkünlər öz evlərinə qayıdırlar. Yəni işğalçı ordunun çıxması, qaçqın və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması üçün konkret tarixlər müəyyən olunurdu. Bu ciddi məsələləri həll eləmək üçün hazırlanmış bir sənəd idi. Daha sonra ermənilərin manevrləri nəticəsində bu sənəd konkret mövzulardan uzaqlaşdı. İndi isə cənab Prezident bunu yada salır və deyir ki, bu konkret sənədin barəsində biz danışa bilərik. Bu, bizə çağırışlar edən, sülhə səsləyən müxtəlif siyasi qurumları və siyasətçiləri mənasızlaşdırır. Biz minnətdarıq ki, onlar bizə diqqət yetirir, hansısa fikirlər söyləyirlər. Amma işi doğrudan da hərəkətə gətirmək və real nəticə əldə etmək üçün onlar bu gün sənədi qısa bir müddətdə tərtib edib ermənilərə versinlər, ermənilər də öhdəlik götürsünlər ki, doğrudan da bu sənəd üzərində onlar torpaqları azad etməyə hazırdırlar”.

Politoloq qeyd edib ki, Azərbaycan bu texniki məsələləri həll eləmək üçün danışıqlara qayıda bilər. Sadəcə ortada çox konkret və real bir sənəd olmalıdır: “Bizim bu cür bəyanatlara münasibətimiz bu şəkildə olmalıdır. Təhlükəsizlik Şurasının tərəflərə çağırışı var. Təəssüflər olsun ki, onların özlərinin müəllifi olduqları qətnamələrin heç orada istinadı da yoxdur. Biz görürük ki, bu bəyanatlar real bir məna daşımır, diplomatik bir bəyanatdır. Hesab edirəm ki, məsələnin həll olunmasına bu cür bəyanatlar yetərli deyil”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar