Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Elmar Məmmədyarovun erməni jurnalistlərlə söhbətinin pərdəarxası

Tarix: 06-04-2019 08:45     Baxış: 3274 A- / A+
Elmar Məmmədyarovun erməni jurnalistlərlə söhbətinin pərdəarxası

XİN nazirin açıqlaması ilə bağlı tənqidlərə cavab verdi.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Brüsseldə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Politoloq Elxan Şahinoğlu bununla bağlı özünün feysbuk səhifəsində yazıb: “Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı belə bir cümlə işlədib: ”Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflər nifrəti necə azaltmağın yollarını axtara bilər. Biz insanlar arasında münasibətlərin yaranması, məzarların ziyarət edilməsi, hətta jurnalistlərin oradan yaxşı reportajlar hazırlaması ilə bağlı fikirləri qəbul edirik".

İnsanlar arasında ünsiyyəti və məzarların qarşılıqlı ziyarətini anladım, “jurnalistlərin oradan yaxşı reportajlar hazırlaması” nə deməkdir? Nazir “oradan” deyərkən haranı nəzərdə tutur?"

E.Şahinoğlu qeyd edib ki, nazirin digər bir başqa cümləsi də düşündürücüdür: “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər şey müzakirə edə bilərik. Lakin bir şey dəqiqdir ki, hərbçilər geri çəkilməlidir. Nə qədər ki, hərbçilər üz-üzədir, bu, nizamlanma əvəzinə problem yaradır”. Hərbçilər niyə geri çəkilməlidir? Müdafiə nazirimiz Zakir Həsənov erməni nazir David Tonoyanın ağzının üstündən vurub. İndi Elmar Məmmədyarovun təbirincə, Zakir Həsənov işğalçını hədələməməlidir? Elmar Məmmədyarov sanki demək istəyir ki, hərbi kontekst olmazsa guya illərdir erməni həmkarıyla apardığı mənasız danışıqlar sülh gətirəcəkmiş". Qeyd edək ki, digər bəzi sosial şəbəkə istifadəçiləri də nazirin açıqlamasına tənqidi yanaşıb.

Elmar Məmmədyarov Brüssel-Moskva reysi ilə hərəkət edən təyyarədə erməni jurnalistlərlə söhbəti də diqqət çəkib. “Dağlıq Qarabağ münaqişəsini dinc, siyasi-diplomatik yolla tənzimləmək vacibdir”. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Moskvaya gedən zaman təyyarədə Ermənistan KİV-in nümayəndələrinə açıqlamasında deyib. “Hamı nəticələrin müxtəlif olduğunu düşünür. Hərə öz tarixinə əsaslanıb, kimin günahkar, kimin isə doğru olduğunu deyir. Fikrimcə, 2016-cı ilin apreli bizə göstərdi ki, bölgəyə sülh hələ gəlmir”,- E.Məmmədyarov vurğulayıb. O qeyd edib ki, münaqişənin dinc yolla tənzimlənməsi vacibdir: “Müharibə münaqişənin dinc yolla tənzimləməsinə qarşı ən böyük təhlükədir. Əlbəttə, başqa reallığın və yeni imkanların yaranması, münaqişəni iki xalqın həll etməsi üçün birmənalı şəkildə Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır”. E.Məmmədyarov bildirib ki, Azərbaycan ərazisi hələ də Ermənistan hərbçilərinin işğalı altındadır. “Ermənistan vətəndaşı niyə hərbi xidməti Azərbaycan ərazisində keçir?”, - nazir erməni jurnalistlərə sual verib.

Sputnik-Azərbaycan isə xəbər verir ki, jurnalistlərdən biri ona Dağlıq Qarabağ münaqişəsi barədə sual verib. “Siz Qarabağın hansı hissəsini tarixi erməni torpağı hesab edirsiniz - işğal olunan bütün ərazini?”, - deyə nazir jurnalistin sualını sualla cavablandırıb. Rus dilində danışan Məmmədyarov vurğulayıb ki, Qarabağ sözü “Çernıy sad” (“Qara bağ”) deməkdir. Erməni jurnalist daha sonra nazirə deyib ki, Azərbaycan KİV-də “İrəvan xanlığı Azərbaycanın bir hissəsi olub” və “İrəvan bizimdir” kimi şüarlar səsləndirilir.

“Əsəbiləşməyin, ən əsası əsəbiləşməyin. Siz çox emosional olursunuz, jurnalist üçünsə bu, olduqca pisdir”, - deyə azərbaycanlı nazir onu sakitləşdirməyə çalışıb. Bəzi müşahidəçilər bununla XİN rəhbərinin ermənilərə dərs verdiyini desə də, bir çoxları nazirin daha sərt mövqe sərgiləməsini vacib hesab edir. Bəs, səslənən tənqidlərə XİN-in münasibəti necədir?
Elmar Məmmədyarovun erməni jurnalistlərlə söhbətinin pərdəarxası

Nazirliyiin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Yeni Müsavat”a açıqlamasında bunları bildirdi: “Xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bu günə qədər nazir tərəfindən səsləndirilmiş çıxışlarda beynəlxalq təşkilatlar çərçivəsində, istər ikitərəfli görüşlərdə, eləcə də XİN tərəfindən verilmiş açıqlamalarda birmənalı şəkildə öz əksini tapır”. XİN rəsmisi bu açıqlamanın nədən ibarət olduğunu da açıqladı: “Həmin mövqe BMT Təhlükəsizlik Şurasının qətnamələrində, eləcə də beynəlxalq təşkilatlar tərəfindən bu günə qədər qəbul olunmuş çoxsaylı qərar və qətnamələrdə qeyd olunub. Bu mövqe isə Azərbaycanın işğal olunmuş ərazilərinin, Dağlıq Qarabağ və ətraf bölgələrinin azad olunması, didərgin salınan insanların öz mülklərinə və torpaqlarına geri dönməsindən ibarətdir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar