Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ münaqişəsinin həlli prosesi yaxınlaşır - Ermənilər gerçəklikləri qəbul edir

Tarix: 02-02-2019 20:21     Baxış: 4241 A- / A+
Qarabağ münaqişəsinin həlli prosesi yaxınlaşır - Ermənilər gerçəklikləri qəbul edir

2019-cu il daxil olandan bəri Ermənistanda hakimiyyəti ələ alan baş nazir Nikol Paşinyanın regional xarici siyasətdə atdığı addımların sayı çoxalır. Moskva ilə daimi əlaqəni kəsməyən baş nazir yaxın günlərdə Almaniyaya səfər etdi. Fevralın sonunda isə İrana rəsmi səfəri planlaşdırılır. Paşinyanın bu siyasi aktivliyi Ermənistanı düşdüyü iqtisadi blokada və siyasi məngənədən çıxarmaq cəhdləri kimi dəyərləndirilir.

Manevr.az
-ın xəbərinə görə məsələ ilə bağlı publika.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə qeyd edib ki, Ermənistan blokada şəraitindən çıxmaq üçün bütün fürsətləri dəyərləndirmək istəyir:

"Ermənistanda hakimiyyət dəyişdi və xalqın dəstəklədiyi baş nazir hakimiyyətə gəlib. Yeni başçılar Ermənistanın qarşısında duran müşkülləri həll etməyə çalışır. Bu istiqamətdə müxtəlif imkanlardan və vasitələrdən istifadə etməyə çalışır. O cümlədən, Avropa ilə münasibətləri qaydasına salmağa cəhd göstərir. Buna görə baş nazir Paşinyan Avropanın aparıcı dövləti Almaniyaya səfər edir. Rusiya ilə mütəmadi danışıqlar gedir. Bilirsiniz ki, cənubi Qafqazda hegemon dövlət məhz Rusiyadır. Ermənistan İranla da yaxın qonşu, müttəfiq və tərəfdaş münasibətlərindədir. Bundan başqa, Azərbaycanla müzakirələr davam etdirilir. Paşinyan İlham Əliyevlə Davosda görüşdü, xarici işlər nazirləri 4 saat müzakirələr apardı. Ermənistan bölgədə münasibətlərini qaydaya salmaq üçün imkanlar axtarır ki, bu da tamamilə təbii, anlaşılan mövqedir. Yeni hakimiyyət köhnə problemləri həll etmək və xalqı qarşısında öhdəlikləri yerinə yetirməyə çalışır. Ümid edək ki, Paşinyan Ermənistan üçün hansısa müsbət işlərə nail olacaq. Sevinə bilərik ki, onun bədnam qonşusu düz yola gəlir və gerçəklikləri qəbul edir. Bununla Azərbaycan-Ermənistan arasındakı münaqişənin həlli prosesi də yaxınlaşır".

Z.Əlizadə bildirdi ki, Ermənistanın İranla əlaqələrinə Qərb hər hansı müdaxilə etməyəcək:

"İki ölkə arasında daha əvvəllər bundan yaxşı münasibətlər olub. İran da, Ermənistan da blokadalara fikir vermədən yaxın, sıx əlaqələrini davam etdiriblər. ABŞ da bunu qəbul edirdi. Bölgədə ABŞ-ın Ermənistandan müəyyən qədər asılılığı var. Çünki burada mövqelərini möhkəmləndirmək üçün Ermənistana ehtiyacı var".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar