Xəbər lenti
Ermənistan spikerindən revanşistlərə cavab: "Qarabağa qayıdış iddiası münaqişəni canlandırmaqdı"
Manevr.az Ermənistan mediasına istinadla bildirir ki, bu fikri parlament iclasında Ermənistan Parlamentinin sədri Ruben Rubinyan “Hayastan” fraksiyasının deputatlarının çıxışlarına cavab verərkən səsləndirib.
Rubinyan deputat Kristina Vardanyanın imzalanmış sənəddə münaqişəni doğuran səbəblərə toxunulmaması barədə müşahidəsinə belə cavab verib:
“Gəlin müzakirə edək: Ermənistan-Azərbaycan münaqişəsini doğuran səbəblər hansılardır? Mən xatırlatmaq istəyirəm ki, Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlamayıb. Hesab edirəm ki, münaqişənin 1905-ci ildə başlaması ilə bağlı tarixşünaslıq konsensusu mövcuddur. O zaman buna erməni-tatar toqquşmaları deyilirdi.”
Onun qiymətləndirməsinə görə, münaqişənin yaranmasının əsas səbəblərindən biri eyni coğrafi ərazidə ermənilərin və azərbaycanlıların qarışıq yaşaması idi. Öz nöqteyi-nəzərini əsaslandırmaq üçün Rubinyan Bosniya, Kipr, Kosovo və Şimali Makedoniya nümunələrini xatırladaraq qeyd edib ki, kiçik və orta xalqlar arasındakı münaqişələr çox vaxt ümumi ərazidə müxtəlif etnik qrupların qarışıq yaşaması şəraitində yaranır. İkinci səbəb kimi Parlamentin sədri regiona böyük imperiyaların təsirini göstərib:
“Təsadüfi deyil ki, həmin münaqişə Rusiya imperiyasının böyük problem içində olduğu vaxt başladı — bir tərəfdən inqilab, digər tərəfdən uğursuz Rus-Yapon müharibəsi. Çox qəribə təsadüflə belə münaqişələr imperiyanın problemləri olanda, zəifləyəndə, lakin həm də konkret regionda öz təsirini qoruyub saxlamaq istəyəndə alovlanır.”
Rubinyanın sözlərinə görə, 1918-ci ildə Ermənistan və Azərbaycan müstəqil olarkən münaqişə kəskinləşib, sovet rejimi bərqərar olduqdan sonra isə dondurulub. Eyni mərhələ dövrü 1988-ci ildə təkrar olunub.
Münaqişənin başa çatması nümunəsi kimi o, 1923-cü il yunan-türk əhali mübadiləsini xatırladaraq qeyd edib ki, bunun nəticəsində iki ölkədə yığcam əksəriyyətlər formalaşdı ki, bu da yunanlar və türklər arasında yeni etniklərarası və dövlətlərarası münaqişənin yaranmasının qarşısını aldı:
“Bəli, biz çoxlu haqsızlıqlar, ağrı, qurbanlar, qan görmüşük. Lakin bu gün elə bir vəziyyətimiz var ki, Ermənistan Respublikasında biz — ermənilər, bizim yezidi, kürd, assuriyalı, rus bacı və qardaşlarımız, həmçinin Qarabağdan olan əziz bacı və qardaşlarımız yaşayırıq, onlar burada heç də qonaq deyillər, öz vətənlərindədirlər, azərbaycanlılar isə Azərbaycanda yaşayırlar. Əgər biz münaqişənin səbəbini diriltmək istəmiriksə, deməli, təxminən həmin 1905-ci il vəziyyətinə gətirib çıxaran arxitekturanı bərpa etməməliyik və ya onun bərpasından danışmamalıyıq.”
Parlamentin sədri eyni zamanda vurğulayıb ki, ayrı-ayrı şəxslərin əvvəlki yaşayış yerinə qayıtmaq arzusu insani baxımdan ədalətli ola bilər. Lakin məsələni dövlət məqsədinə çevirmək, onun əminliyinə görə, başqa nəticələr verə bilər:
“Buna görə də əhalinin qayıdışı barədə bütün həmin söhbətlər münaqişə doğurucudur. Demirəm ki, bu, ədalətsizdir, insani baxımdan ədalətli ola bilər. Xanım Arega Hovsepyanın nöqteyi-nəzərindən, əlbəttə, ədalətlidir: o deyə bilər ki, mən evimə getmək istəyirəm. Lakin bunu dövlət məqsədi kimi formalaşdıranda, bu, münaqişə məntiqini diriltmək deməkdir. Biz bugünkü vəziyyəti qeydə almağı, irəli getməyi və 100 illik sülhü təmin etməyi təklif edirik” — deyə Rubinyan fikrini yekunlaşdırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































