Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Moskvadan son mesaj:“Rusiya Qarabağda alverə başlayıb”- Tofiq Zülfüqarov

Tarix: 14-02-2023 17:15     Baxış: 3202 A- / A+


Moskvadan son mesaj:“Rusiya Qarabağda alverə başlayıb”- Tofiq Zülfüqarov

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan danışıqlarının təşkilindən İrəvanın imtina edərək Qərblə əməkdaşlığa üstünlük verməsi Moskvanın sərt bəyanatları ilə müşahidə olunur. Avropa İttifaqı missiyasının Ermənistana gəlişi, hətta Fransanın jandarma qüvvələrinin də bölgəyə dəvət edilməsi ilə bağlı təkliflərin səslənməsi və ABŞ-ın sülh müzakirələrində vasitəçilik təşəbbüsünün artması fonunda Rusiya sərt mesajlar verib. 
Belə ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistana Avropa strukturlarını regiondakı vəziyyətin həllinə cəlb etmək cəhdləri ilə bağlı xəbərdarlıq edib. Vyaçeslav Volodin bu sözləri Moskvada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə səsləndirib. 
Dövlət Dumasının sədri deyib ki, rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatlara əsaslanmalıdır: 
“Gəlin ondan çıxış edək ki, Azərbaycan, Ermənistan və Rusiyanın dövlət başçıları səviyyəsində qəbul edilmiş qərarları var. Biz bunu rəhbər tutacaq və öz tərəfimizdən bu bəyanatların həyata keçirilməsi üçün hər şey edəcəyik. Avropa institutları istiqamətində bəyanatlar verənlər isə sadəcə olaraq ölkəni itirə bilərlər”. 
Onun sözlərinə görə, Avropa Parlamentinə müraciət etməmişdən və bəzi məsələlərin həllinə bu qurumu cəlb etməmişdən əvvəl belə bir suala cavab verilməlidir: 
“Ümumiyyətlə, Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa ciddi məsələ və ya münaqişəli vəziyyət həll olunubmu? Belə bir nümunə yoxdur”. 
Volodin vurğulayıb ki, Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və bunun necə bitəcəyini ölçüb-biçməlidir. 
Dövlət Duması sədrinin açıqlamasını cebhe.info-ya şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Rusiyanın xəbərdarlığı əslində, güman edildiyi kimi Nikol Paşinyan hakimiyyətinə deyil, daha çox Qərbə ünvanlanıb: 
“Volodinin bəyanatı görüntü yaratmaq üçün təbliğat məqsədi daşıyır. Çünki bu mərhələdə Ukraynadakı müharibənin nəticəsində həm Ermənistanda, həm də Qarabağda Rusiyanın təsirinin zəifləməsi qaçılmazdır. Ona görə də Rusiya öz imkanlarının bir hissəsini Qərbə verməklə beynəlxalq qurumların iştirakçı olmasına çalışır. Biz bu cəhdin Fransa ilə birgə edilməsinin şahidi olmuşuq. İndi də bu cəhdin davam etdirildiyi istisna olunmur. Bu prosesə qarşı çıxan əsas tərəf ABŞ-dır. Çünki Fransa Cənubi Qafqazda Rusiya ilə əməkdaşlıq etməyə hazırdır. Hətta Fransa Rusiya sülhməramlı qüvvələrinə mandat verilməsinə də razıdır. Ona görə də Volodinin bəyanatı bu alverin bir səhifəsidir. Yəni bu alverə getməsəniz, nəticəsi yaxşı olmaz. 
Bu baxımdan, Volodinin açıqlamasına ciddi yanaşmaq lazım deyil. Rusiya real imkanları nəzərə alaraq, öz mövqelərini Ermənistanda və münaqişə bölgəsində təsbit etmək istəyir. Volodin “Avropa institutları istiqamətində bəyanatlar verənlər ölkəni itirə bilərlər” deyərkən Qərbə mesaj verir ki, Rusiya ilə əməkdaşlıq edin və biz buna hazırıq. Əks təqdirdə, müxtəlif addımlara əl ata bilərik. Ona görə də bu xəbərdarlıq Ermənistandan daha çox Qərbə ünvanlanıb. Çünki Ukraynadakı müharibənin nəticəsindən asılı olmayaraq, Rusiyanın Cənubi Qafqazda təsiri ciddi şəkildə azalacaq”. 
T.Zülfüqarovun fikrincə, Rusiyanın bölgədə qalması üçün onlara beynəlxalq himayə lazımdır: 
“Onlar yaxşı başa düşürlər ki, Qərb xüsusilə də Əfqanıstandan sonra xarici hərbi qüvvələrin bölgəyə müdaxilə etməsinə hazır deyil. Ona görə də Rusiya nüfuz və imkanları birləşdirməklə balanslaşdırılmış əməkdaşlıq sxemi yaratmağı təklif edir. Ukrayna müharibəsindən qabaq Abxaziyada belə bir missiya fəaliyyət göstərirdi. Orada Rusiyanın sülhməramlıları, BMT-nin polis missiyası, Avropa İttifaqının, ATƏT-in missiyası birgə fəaliyyət göstərirdi. Ruslar indi bu varianta Ermənistanda və Qarabağda da razıdır. Amma siyasi alver davam edir. Bu təklifə Avropa İttifaqı razıdır. Fransa beş-on nəfər jandarm və ya missiya üzvü göndərməklə əsas oyunçunun Rusiya olaraq qalmasını istəyir. İki ildən sonra Azərbaycan “yox” desə, Rusiya sülhməramlıları çıxıb gedəcək. Amma qarışıq missiya olsa, Rusiya hərbi kontingentinin “şapka”sı dəyişəcək, özü isə bölgədə qalacaq. 
Yəni qarışıq missiya yaratmaqla sərhəddə qalmağın de-yure formasını axtarırılar. Onlar yaxşı başa düşürlər ki, Azərbaycan sülhməramlı qüvvələrin ikinci müddətə qalmasına razı olmasa, Rusiya Türkiyə ilə qarşıdurmaya getməyəcək və məcbur olub bölgəni tərk edəcək. Ancaq ABŞ Rusiyanın bu təklifini qəbul etmir və hesab edir ki, regionda nüfuz sahibliyi yalnız Qərbə məxsus olmalıdır. Volodinin bu xəbərdarlığı Paşinyana ünvanlanmayıb. Paşinyan Rusiyanın adamı olaraq onun oyununu da davam etdirəcək.
Paşinyan yaxşı başa düşür ki, Rusiyanın onu müdafiə etmək imkanı yoxdur. Bizə göstərmək istəyirlər ki, Rusiya-Qərb qarşıdurması var. Bu isə nağıldır. Bəzən Rusiyanın Qərbi qəbul etmədiyinə dair əsassız fikirlər səsləndirilir. Niyə qəbul etmir? Necə olur ki, Rusiya Abxaziyada, Misirdə BMT missiyası çərçivəsində Qərblə əməkdaşlıq edir, Ermənistanda yox? Qərb də anlayır ki, Azərbaycana “yox” deyib Rusiya sülhməramlı missiyasını yola salmaq daha asandır. Bunu ermənilər də yaxşı başa düşürlər. Rusiya da bizə qarşı çıxmayacaq. Çünki Türkiyəyə qarşı çıxmaq istəməyəcək”. 
Tofiq Zülfüqarov bildirdi ki, son vaxtlar bölgədə Rusiya-Fransa-İran ittifaqının yaranması ilə bağlı məlumatların yayılması qeyd edilən səbəblə bağlıdır. Çünki Avropa missiyasının Ermənistana gəlməsinə İran da razıdır. Bu isə tərəflərin münaqişənin bitməsində maraqlı olmamasından irəli gəlir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar