Xəbər lenti
“Məxfi anlaşmaya görə, Ermənistanda türk qarnizonu olmalıdır” - Şok iddia
Onun iddiasına görə, Baş nazir Nikol Paşinyan hələ 2018-ci ildə hakimiyyətə gələndə planında Qarabağı Azərbaycana təhvil vermək olub və tədricən bu yöndə addımlar atmağa başlayıb:
“Proses Ermənistanda hakimiyyətin təhvil verilməsindən sonra alətlər indiki baş nazirin əlində keçdikdə formalaşmağa başladı. O zaman bir anlayış var idi ki, regionda geosiyasət və güc balansı dəyişməlidir. Bu da Rusiyanın regiondan sıxışdırılması hesabına baş verməli idi. Bu istiqamətdə çox düşünülmüş, ardıcıl addımlar atıldı. Gündəlikdə iki məsələ var idi: müharibə yolu ilə Qarabağ məsələsindən qurtulmaq və nəyin bahasına olur-olsun Türkiyə ilə münasibətləri nizamlamağa çalışmaq. Bu plan ardıcıl olaraq həyata keçirilməyə başlanıldı”.
Qevondyanın fikrincə, Paşinyan bu məsələləri həll etdikdən sonra ordunu sıradan çıxarmağı planlaşdırır. Ekspert Ermənistan rəhbərinin indi də bu məntiqlə hərəkət etdiyini deyib:
“Əbəs yerə deyil ki, bu müddət ərzində Ermənistan rəhbərliyi “Laçın məsələsi Rusiyanın problemidir”, “Qarabağ (separatçı rejimi nəzərdə tutur – red.) öz problemlərini həll etsin, gedib Azərbaycanla danışıq aparsın” və sair kimi mesajlar verdi. Bunu isə 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyən şəxs söyləyir”.
Alen Qevondyan Ermənistan hakimiyyətinin Qarabağ məsələsindən əl çəkdiyini iddia edib:
“Onlar deyəndə ki, Qarabağın təhlükəsizliyini təmin etməyə qadir deyilik, başa düşmək lazımdır ki, bu, “bizim belə bir vəzifəmiz yoxdur” deməkdir. İndiki hakimiyyət niyə ordunu gücləndirmir, yeni səngərlər qazmır? Səbəbi çox sadədir: onların vəzifəsi ordunu formaya salmaq yox, onu sıradan çıxarmaqdır”.
Erməni ekspert bu kontekstdə bir tarixi faktı da xatırladıb: “Gümrü müqaviləsinin məxfi əlavəsində belə bir bənd var, buna görə, Ermənistanın silahlı qüvvələri olmamalıdır, Ermənistan ərazisi Eçmiədzin, İrəvan və Sevan (Göyçə gölü-red.) arasında yerləşməlidir və Ermənistanda daimi türk qarnizonu yerləşdirilməlidir. Bu, 20-ci əsrin əvvəllərində imzalanmış Gümrü müqaviləsidir”.
Qevondyan həmin dövrdə baş verənlərlə bu gün baş verənlərin oxşar olduğunu bildirib.
Gümrü müqaviləsi Türkiyə ilə Ermənistan arasında 1920-ci il dekabrın 3-də imzalanıb. Müqavilə türk ordusu ilə erməni silahlı birləşmələri arasında baş verən hərbi əməliyyatlara son qoymalıydı. Müqavilənin şərtlərinə əsasən Ermənistan Türkiyə torpaqlarına iddiasından əl çəkməli, Ermənistan ərazisindən (öz doğma və tarixi vətənlərindən) qovulmuş müsəlmanların (azərbaycanlıların) qayıtması üçün şərait yaratmalı idi. Müqavilə həmçinin Ermənistanla Türkiyə arasında sərhədi də müəyyən edirdi.
Bu müqavilənin şərtlərinə əsasən, Ermənistan sayı 1500 nəfərdən çox olmayan bir orduya sahib olmalı və bu ordunun 8 ədəddən çox topu, pulyemyotlarının maksimal sayı isə 20-dən çox ola bilməzdi. Həmçinin Ermənistan hökuməti Türkiyəyə qarşı və yaxud Türkiyənin maraqlarına zidd olan bütün müqavilələri qüvvədən düşmüş elan edirdi. Türkiyə Ermənistan dəmir yollarının nəzarətini öz əlinə alırdı və Ermənistan ərazisində hərbi tədbirlər görmək imkanını əldə edirdi./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar