Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda qalan səkkiz kəndimiz necə qaytarılacaq?

Tarix: 31-12-2022 13:10     Baxış: 3304 A- / A+

Ermənistanla delimitasiya prosesi zamanı işğal olunmuş 8 kənd Azərbaycana qaytarılmalıdır. O kəndlərdə azərbaycanlılar yaşayırdı və bu kəndlər geri qaytarılmalıdır”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, delimitasiya üzrə danışıqlar Ermənistanla müzakirələrdə mühüm istiqamətdir.
“30 il ərzində bu ölkələr arasında sərhədlər qurulmayıb, çünki bütün bu müddət ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub. Yalnız 44 günlük müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və sərhədlərə nəzarət bərpa olunub”.
Nazir əlavə edib ki, bütün hüquqi sənədlər mütəxəssislər tərəfindən öyrəniləcək və delimitasiya prosesi davam etdiriləcək.
O, sərhədin delimitasiya olunmamış hissələrində təxribatların dayandırılması ilə bağlı Ermənistana müraciət ünvanlandığını vurğulayaraq, sərhəddə son belə təxribatın bu ilin sentyabrında baş verdiyini xatırladıb.
Aydındır ki, Bayramov 8 kənd barədə danışarkən Azərbaycanın hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunmuş bir neçə sərhəd anklavını nəzərdə tutur – onlardan biri Naxçıvan Muxtar Respublikasına, digərləri isə Qazax rayonuna aiddir. Ermənistanın da Azərbaycanın daxilində belə bir anklavı var idi. Bəs Bakı indi nə təklif edir? Bu qoparılmış torpaqları bir-birimizə necə qaytaraq?
Qeyd edək ki, erməni ekspert ictimaiyyətində belə bir fikir var ki, məhz bu məqam onsuz da yerindən tərpənməyən delimitasiya prosesi üçün növbəti əngəl ola bilər. Bəs bu prosesi həyata keçirməyin ən yaxşı yolu nədir? Bu sovet anklavlarını bütövlükdə unudub, tam aydın dövlət sərhədini çəkmək daha yaxşı olmazdımı?
Politoloq, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Press Klubun suallarını cavablandırıb:
– Adı çəkilən səkkiz kənddən yeddisi – Qazax rayonunun Sofulu, Barxudarlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli, biri isə 30 ildir işğal altında olan Naxçıvanın Kərki kəndidir. Başkənd (Artsvaşen) kəndi isə Azərbaycanın nəzarəti altındadır.
1991-ci il Alma-Ata bəyannaməsinə əsasən adı çəkilən 8 kənd Azərbaycan SSR, bir kənd isə Ermənistan SSR ərazisi kimi tanınıb. Hər iki ölkə bu ərazilərlə birlikdə BMT-yə qəbul edilib. Bu kəndlər anklavlardır. Onlar anklav olduqları üçün bu kəndlərin geri qaytarılması delimitasiya prosesində danışıqlardan asılıdır və onlar üçün konkret prinsiplər müəyyən edilməlidir. Azərbaycan tərəfinin hansı rəsmi təkliflə çıxış edəcəyini bilmirəm.
Qeyd etmək istəyirəm ki, Kərki və Başkənd dövlət sərhədindən xeyli aralıda yerləşir. Obyektiv səbəblərdən iki ölkə arasında gərginləşmiş münasibətləri düzəltmək üçün uzun zaman lazım olacaq. Ona görə də indiki şəraitdə bu kəndlərin qarşılıqlı mübadiləsi ən uğurlu variant ola bilər.
Amma burada bir sıra problemlər yarana bilər. Kərki kəndinin ərazisi 19 kvadrat kilometrdir, Başkəndin ərazisi isə 40 kvadrat kilometr. Bu ərazini necə kompensasiya etmək olar? Qazax rayonunun 7 kəndi arasındakı yollar da Ermənistana məxsusdur. Ona görə də hesab edirəm ki, Qazax rayonunun 7 kəndi qaytarılanda bu yollar, ərazilər də hesablanacaq və Azərbaycana məxsus olan həmin torpaqlar hesabına dəyişdirilə bilər.
Bu mənim mövqeyimdir. Təbii ki, delimitasiya komissiyasının iş prinsipləri danışıqların gedişində müəyyənləşəcək. Əsas odur ki, bu kəndlər geri qaytarılmalıdır. Mübahisəli məsələlərlə bağlı isə danışıqlar zamanı ortaq fikrə gəlmək mümkündür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar