Xəbər lenti
Uzaq Şərqdə bomba həyəcanı - qlobal müharibə təhdidi genişlənir...
Şimali Koreya Yaponiyaya diş qıcayır, bu bölgəni qarışdırmaq ABŞ-ın prioritetləri sırasındadır; analitik: “Vaşinqton istəyir ki, müttəfiqi Yaponiya da Rusiya, Çin və Şimali Koreyaya qarşı mübarizədə onunla birgə olsun”
Yaxın Şərqdə uzun illərdir hökm sürən müharibə, çaxnaşma, deyəsən, Uzaq Şərqə transfer edir və ya etdirilir. Neçə vaxtdır Şimali Koreyanın qonşu ölkələrlə savaşa başlamasına səylər göstərildiyi müşahidə olunur. Bir müddət əvvəl Cənubi Koreya ilə KXDR-in müharibəyə başlayacağına dair iddialar da vardı. Bu, baş tutmadı. İndi isə Şimali Koreyanın Yaponiyaya diş qıcaması baş verir. Belə ki, Yaponiyanın bu yaxınlarda yenilədiyi milli təhlükəsizlik strategiyasına Şimali Koreyadan sərt təpki gəlib. “Yeni Müsavat” bildirir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Açıqlamada Tokionun yeni təhlükəsizlik strategiyasının Koreya yarımadası və Şərqi Asiya bölgəsində ciddi təhlükəsizlik böhranına səbəb olduğu iddia edilib. Pxenyan Tokionun yeni siyasətinin bölgədəki təhlükəsizlik mühitini əsaslı şəkildə dəyişdirdiyini düşünür: “Bir daha xatırladırıq ki, bölgədəki mürəkkəb təhlükəsizlik durumunda fundamental hüquqlarımızı qorumaq üçün cəsarətli və qətiyyətli hərbi tədbirlər görmək hüququmuz var”.“Yaponiyanın səhv və çox təhlükəli seçim etdiyini tezliklə titrəyərək öyrənəcəyi” bildirilən açıqlamada hansı hərbi tədbirlərin görüləcəyi ilə bağlı detallar deyilməyib. Şimali Koreya rəhbərliyinin son açıqlaması ilə yeni ballistik raket sınaqlarına işarə etdiyinə dair şərhlər verilir. Nəzərə çatdıraq ki, Yaponiya hökuməti ölkə ətrafında getdikcə çətinləşən geosiyasi situasiya qarşısında təhlükəsizlik strategiyası ilə bağlı 3 sənədə yenidən baxıb. Bu kontekstdə Yaponiyanın hücumların qarşısını almaq üçün başqa bir ölkənin ərazisinə birbaşa əks-hücum etməyə imkan verəcək hərbi imkanlar əldə edə biləcəyi açıqlanıb.
Həmçinin 2027-ci ilə qədər illik müdafiə büdcəsinin ümumi daxili məhsulun (ÜDM) 2 faizinə çatdırılacağı bildirilib. Bu arada ABŞ Prezidenti Co Baydenin Amerikanın atom bombasının hədəfi olan Naqasakiyə gedəcəyi haqda yayılan xəbərlər də diqqəti cəlb edir. Baydenin 2023-cü ilin mayında keçiriləcək G-7 sammiti çərçivəsində Yaponiyanın Naqasaki şəhərinə səfər etməyi planlaşdırdığı bildirilir. Səfər gerçəkləşərsə, Bayden İkinci Dünya müharibəsinin son günlərində ABŞ-ın atdığı atom bombasının hədəfi olan Naqasakiyə gedən ilk Amerika prezidenti olacaq. Bəzi ekspertlər hesab edir ki, Uzaq Şərqi də qarışdırmaq və orada yeni nizam qurmaq ABŞ-ın prioritetləri sırasındadır. Bu prosesdə Şimali Koreya lideri Kim Çe İndən bir alət kimi istifadə olunacağı da istisna edilmir. Ekspertlər KXDR-Yaponiya savaşının baş verəcəyini güman edirmi? Olarsa, bu, kimin planı, arzusu, istəyidir? Kremlin burada hansısa rolu ola bilərmi? Sirr deyil ki, KXDR Rusiyanın təsir edə biləcəyi bir ölkədir.
Yeri gəlmişkən, ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına (APEC) üzv olan ölkələr Şimali Koreyanın nüvə sınaqlarına qətiyyətli cavab verəcəklərini bəyan edib. Harris Banqkokda Avstraliya, Kanada, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya liderləri ilə keçirdiyi görüşdə deyib ki, tərəflər Şimali Koreya ilə anlaşılmazlıqları diplomatik yolla həll edəcəklər.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Yaponiya təhlükəsizlik siyasətinə yenidən baxır: “Tokio beş il ərzində ölkənin müdafiə xərclərinə 290 milyard dollardan çox vəsait ayıracaq. Bu hesabla Yaponiya hökuməti hər il ümumi daxili məhsulun 2 faizdən çoxunu müdafiə və təhlükəsizlik sahəsinə xərcləyəcək. Tokio eyni zamanda ölkənin raket arsenalını artırmağa hazırlaşır. Yaponiyanın baş naziri Fumio Kiside mütəxəssislərin hazırladığı hesabat əsasında 4 il ərzində ABŞ-dan yeni raketlər alacaq, mövcud olanları isə modernləşdirəcək. Tokio nədən ölkənin təhlükəsizliyi gücləndirməyə və müdafiə xərclərini artırmağa qərar verib? Yaponiya 3 istiqamətdən təhlükə gözləyir: Şimali Koreya, Çin və Rusiya. Tokionun bu 3 ölkə ilə münasibətlərində gərginlik mövcuddur. Şimali Koreyanın diktatoru dünyanı və qonşu ölkələri nüvə başlıqlı raketlərlə qorxudur, tez-tez sınaqlar həyata keçirir ki, həmin raketlər Yaponiyanın sərhəd sularına yaxın ərazilərdən keçir. Çin hərbi arsenalını gücləndirir, okeanlara nüvə başlıqlı yeni hərbi gəmilər buraxır. Pekinin Tayvanı nəzarətə götürməsi istəyi də Tokionu narahat edir. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Moskva-Tokio münasibətlərini gərginləşdirib. Tokio Qərbin Rusiyaya qarşı sanksiyalarına dəstək verib. Bundan başqa, Kremlin Kuril adaları ilə bağlı sərt mövqeyi də Tokio ilə münasibətlərdə əlavə gərginlik yaradır”.
Politoloq deyir ki, Yaponiyanın “Nikkei” qəzetinin yazdığına görə, Tokio əlində olan raketlərin uçuş məsafəsini min kilometrə çatdırmağı planlaşdırır: “Bu raketləri təyyarə və hərbi gəmilərdən də düşmən hədəflərə yönəltmək mümkün olacaq. Hazırda mövcud raketlərin uçuş məsafəsi cəmi 100-200 kilometdir və bu məsafə Yaponiyanın təhlükəsizliyinə cavab vermir. Yaponiyanın bu planları başlıca olaraq Çinin xoşuna gəlməyəcək. Ancaq Çinin özü uzaq məsafəli ballistik raketlərin istehsalını artırıb. Həmin raketlər Yaponiya sahillərini hədəf götürə bilər. Mövcud vəziyyət Çin-Yaponiya iqtisadi münasibətlərinə də mənfi təsir edəcək. Yaponiyanın raket istehsalını artırmasını və modernləşdirməsini müttəfiqi Vaşinqton da dəstəkləyir. Vaşinqton İkinci Dünya müharibəsindən sonra məğlub olan Yaponiyanın yenidən güclü ordu yaratmasını qadağan etmişdi. ABŞ uzun illər bu siyasətə üstünlük verib. Ancaq dünyada və bölgədə geosiyasi vəziyyət dəyişib. Şimali Koreya, Çin və Rusiya ABŞ-ın da rəqibləridir. Vaşinqton bu 3 ölkə ilə mübarizə aparır. Vaşinqton onu da istəyir ki, müttəfiqi Yaponiya da ABŞ-la birgə rəqib ölkələri mübarizədə fəal olsun. Bunun üçün də Yaponiyanın yeni raketlər yaratmasına və modernləşdirilməsinə, o cümlədən büdcədə təhlükəsizlik xərclərinin artmasına icazə verilməlidir. Vaşinqton Tokioya yaşıl işıq yandırıb”.musavat.com

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar