Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Zəngəzur dəhlizi məsələsini BMT-yə çıxarır?

Tarix: 21-12-2022 19:19     Baxış: 3269 A- / A+


Azərbaycan Zəngəzur dəhlizi məsələsini BMT-yə çıxarır?Zəngəzur dəhlizi məsələsi BMT Təhlükəsizlik Şurasında-Azərbaycan müraciət edə bilər.
Laçın-Şuşa-Xankəndi yolunda ekofəalların təşkil etdiyi etiraz aksiyasını BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaran Ermənistan Azərbaycanı Qarabağ ermənilərinə qarşı “humanitar fəlakət” yaratmaqda ittiham edir.
Rəsmi İrəvan iddia edir ki, Azərbaycan yolu bağlamaqla 2020-ci il 10 noyabr Bəyanatını pozub. İclada çıxış edən müxtəlif ölkələrin diplomatları da problemin həlli yolu kimi tərəfləri 10 noyabr Bəyanatında əksini tapmış öhdəlikləri yerinə yetirməyə çağırıb. Amma bu ölkələrdən heç biri sözügedən sənədin imzalanmasından 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanın Zəngəzur dəhlizini açmadığını dilə gətirməyib. 
Halbuki, 10 noyabr Bəyanatının 9-cu bəndini pozan məhz Ermənistandır. Həmin bəndə Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat vasitələrinin, vətəndaşların və yüklərin maneəsiz hərəkətini təmin etmək barədə öhdəlik götürüb. Ancaq 25 ay ötməsinə baxmayaraq, Ermənistan indiyə qədər bu yolun açılmasına açıq şəkildə icazə verməməklə, həm də maneə yaradıb. Ona görə də Azərbaycanın da bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaq hüququ var. 
Manevr.az-ın xəbərinə görə, politoloq Əziz Əlibəyli cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistanın bütün səylərinə baxmayaraq, Azərbaycana qarşı beynəlxalq təzyiq göstərilməyəcək. Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycana ehtiyacın artması Ermənistanın yaratdığı kampaniyanı neytrallaşdıracaq.  
   
“Ermənistanın törətdiyi cinayətlərlə bağlı Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin çıxışı vardı. Orada konkret olaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edilir. Bundan başqa, hərbi cinayətlərlə bağlı Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Bununla da Azərbaycan Ermənistanın cinayətlərini sübut edib. 
Ona görə də Ermənistan gələcəkdə atılacaq addımlara qarşı presedent yaratmağa çalışır. İkinci məqsəd Azərbaycana qarşı olan mövqeləri arqument kimi genişləndirməkdir. Beynəlxalq hüququn və beynəlxalq təşkilatların böhranlı vəziyyətində Azərbaycanın Zəngəzur dəhlizi məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmasının fayda verəcəyini düşünmürəm.
Beynəlxalq münasibətlər sistemində güc amilinin həlledici vasitə olduğunu düşünürəm. Onu da nəzərə almaq lazımdır ki, bizim Ermənistanla münasibətlərimizə aydınlıq gətirəcəyimiz beynəlxalq platforma BMT deyil. Ümumiyyətlə, BMT bu prosesdə həlledici mərkəz funksiyasını oynamır. Çünki məqsəd fərqlidir. Ermənistanın niyyəti Azərbaycan üzərindən, Laçın-Şuşa-Xankəndi yolu məsələsini gündəmə gətirməklə Qərb ölkələrindəki səfirlikləri və lobbisi vasitəsilə Rusiyanın bölgədə humanitar fəlakət yaradan imicini qabartmaqdır. 
Ermənistan istəyir ki, Qərbin gücləi bölgəyə qayıtsın və regionda qalmaq imkanı əldə etsin. Bu yolla da Rusiyanın bölgədə mövcudluğunu ciddi şəkildə məhdudlaşdıra bilsinlər. Yəni Ermənistanın əsas məqsədi Ukrayna cəbhəsinin ikinci mərhələsini açmaqdır. Ona görə də bu məsələni BMT-yə daşıyıb. Bu mənada Azərbaycan iki gediş etməlidir. Ya 10 noyabr Bəyanatındakı öhdəliklərin yerinə yetirilməməsini BMT-də müzakirəyə çıxartmalıdır. Ancaq hamı bilir ki, bu prosesdə həlledici amil Ermənistan deyil, Rusiyadır. Bu mənada, gərək Azərbaycan Rusiyanın əleyhinə formalaşcaq proseslərə dəstək versin. Bu isə bizim strateji maraqlarımıza ziddir. 
İkincisi, Rusiya bölgədə qalmaq istəyir. Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murun İrəvana səfərinə paralel olaraq Britaniya şirkəti Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətləri beynəlxalq məhkəməyə vermək niyyətini açıqladı. Bunların təhlili və Britaniya nümayndəsinin BMT-dəki çıxışını bu cür oxumaq lazımdır. “Mİ-6” rəhbəri Ermənistana səfəri zamanı Nikol Paşinyanla müəyyən razılıq əldə edib. Bu, qızıl yataqları ilə yanaşı, Ermənistanın Ukrayna müharibəsinə münasibətdə hansısa addım atması ilə nəticələnə bilər. Yəni Rusiyanın başını qatmağa yönəlik hansısa addım atmağa razılaşıblar. Söhbət Britaniyanın Ermənistanı öz tərəfinə çəkməsindən gedir”. 
Əziz Əlibəyli hesab edir ki, 10 noyabr Bəyanatının 9-cu bəndinin icrası məsələləri öncə Avropa İttifaqı və ATƏT-də müzakirəyə çıxarılmalıdır:
"Lakin sənədin tələblərinin əməl edilməsi istiqamətində birbaşa addım atmalı olan tərəf Rusiyadır. İndiki mərhələd isə biz bunu BMT-də müzakirəyə çıxarıb qloballaşdırmağa ehtiyac olmadan “yumşaq güc” diplomatiyasından istifadə etməklə öz məqsədimizə yaxınlaşırıq”.
Ekspertin sözlərinə görə, Ermənistan beynəlxalq səviyyədə Azərbaycana qarşı təzyiq göstərməyə çalışsa da, buna nail ola bilmədi:
"Ona görə də Azərbaycanın “Ekoloji terrora son!” tələbi ilə keçirdiyi aksiyanı dayandıracağı inandırcı görünmür. ABŞ və İrlandiya birbaşa Azərbaycana mürciət etdi. Yəni Ermənistana çağırış edilmədi. Digər ölkələr tərəflərə humanitar böhranın yaranmaması üçün ortaq məxrəcə gəlinməsi istiqamətində paralel müraciət etdilər. 
Onu da nəzərə almaq lazımdır ki, BMT Təhlükəsizlik Şurasındakı iclasa Hindistan rəhbərlik edib. Amma bu amillərin ciddi təsir göstərəcəyinə inanmıram. Təzyiq addımların atılması, sanksiyaların tətbiqi və onun icrasını nəzərdə tutur. Biz bundan çox uzaqdayıq. 
Azərbaycan üçün təhlükə erməni lobbisinin ələ aldığı konkret nüfuz qruplarıdır, dünya qızıl və brilliant sənayesidir, “Hollivud”dur, “Kaan” film festivalıdır, beynəlxlaq moda sənayesidir, onların ölkəmizə qarşı səfərbər olunmasıdır. Ermənistan rəsmiləri BMT-dəki iclasa ümidlə yanaşır. Amma Ermənistanın nə isə əldə etməsi üçün ilkin təzahürlər belə görünmür.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Azərbaycan Prezidenti ilə görüşü, Prezident İlham Əliyevin Rumıniyaya, Serbiya Prezidenti Vuçiçin isə Bakıya səfərləri göstərdi ki, Avropanın enerji təhlükəsizliyin təmin edilməsi Ermənistanın səsinin eşidilməsindən daha vacib məsələdir. 
Bu təsir qruplarının müqayisəsində Azərbaycan kifayət qədər rentabelli görünür. Ona görə də BMT-də aparılan müzakirələrin Azərbaycana təsir göstərəcəyini, yaxud Ermənistana nə isə qazandıracağını düşünmürəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar