Xəbər lenti
Mişustin Bakıya niyə gəlir - nə təklif gətirir, nə aparacaq...
Ekspertlər düşünür ki, məqsəd Azərbaycanla Rusiyanın regionları arasında birbaşa iqtisadi və humanitar əlaqələrin genişləndirilməsindən ibarətdir, ancaq ictimaiyyətə açıqlanmayan məsələlər də müzakirə oluna bilər
Sabah Rusiyanın baş naziri Azərbaycana gələcək.Noyabrın 17-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.
Azərbaycan və Rusiyanın baş nazirləri Əli Əsədov və Mixail Mişustin forumda iştirak edəcəklər.
Forumda iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar əlaqələr, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya və təhsil ilə bağlı məsələlər müzakirə olunacaq.
Müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.
Forumda Azərbaycan və Rusiya hökumətinin üzvləri, işgüzar dairələrin təmsilçiləri, həmçinin hər iki ölkənin müxtəlif bölgələrinin nümayəndələri iştirak edəcəklər.
Şübhəsiz ki, forum çərçivəsində və digər ikili görüşlərdə Mişustinlə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsi də hansısa formada müzakirə ediləcək.
Burada bir məqamı qeyd edək ki, Mişustinin Azərbaycana səfərindən 2 gün əvvəl Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev Ermənistana gedib.
O, İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesini müzakirə edib. Görüş zamanı Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı son hadisələr müzakirə olunub. Həmsöhbətlər oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin sonuncu üçtərəfli görüşünə toxunublar. Ararat Mirzoyanla İqor Xovayev Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, həmçinin regionda nəqliyyat infrastrukturlarının açılması prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.
Ehtimal olunur ki, Xovayevin görüşünün nəticələrinə uyğun olaraq, Mişustin də Azərbaycanda müzakirələr aparacaq.
Onu da vurğulayaq ki, Mişustin Rusiyanın “dərin dövlət” adamlarından sayılır və kifayət qədər mühüm fiqurdur.
Onun Azərbaycana nə ilə gəldiyi və nə ilə gedəcəyi bu baxımdan diqqət çəkir.
Deputat Azər Badamov bu forumda yeni sənədlərin imzalanacağını qeyd etdi: “Foruma ölkələrimizin regionlarının nümayəndələri də qatılacaqlar. Ölkəmizin Rusiya ilə iqtisadi əlaqələri genişdir. Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 5 milyard dollara yaxın, Azərbaycan şirkətləri də Rusiya iqtisadiyyatına 2 milyard dollara yaxın sərmayələr yatırıblar. Ölkəmizdə istehsal olunan qeyri-neft məhsulları əsasən Rusiyanın bazarlarına ixrac olunur. Rusiyanın regionları ilə əməkdaşlığımız günü-gündən genişlənir. Forumda iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar əlaqələr, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya və təhsil ilə bağlı məsələlər müzakirə olunacaq.
Həm də forumda yeni sənədlər imzalanacaq və bu ölkələrimiz arasında istifadə olunmamış iqtisadi potensialın realizə olunmasına töhfə verəcəkdir. Təbii ki, ölkələrimiz arası iqtisadi əməkdaşlıq artan templə inkişaf edir. Ölkələrimiz arası forumların keçirilməsi və yeni sənədlərin imzalanmsı əlaqələrimizin möhkəmlənməsinə xidmət edir. Mişustinin ölkəmizə səfəri çərçivəsində Əli Əsədovla Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması məsələsinin də müzakirə olunacağı gözlənilir. Bu məsələ bu gün regionun gələcəyinin müəyyənləşməsi baxımından əhəmiyyətlidir. Azərbaycan təbii ki, regionda uzunmüddətli sülhün yaranmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Təbii ki, ölkəmizin ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayacaq. Azərbaycanın Ermənistana təqdim etdiyi 5 baza prinsipi əsasında sülh müqaviləsi bağlanmalıdır və ölkələrimiz arasında münasibətlərin nizamlanmasına töhfə vermək istəyən tərəflər də bizim ədalətli mövqeyimizə hörmətlə yanaşmalıdırlar".
Elçin Mirzəbəyli
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bu səfəri təbii sayır: “Rusiyanın baş naziri Mişustinin Azərbaycana səfərinin əsas səbəbi aydındır. Səfər Bakıda keçiriləcək XI Azərbaycan-Rusiya Regionlararası Forumu ilə bağlıdır. Məlum olduğu kimi, X forum 2019-cu ildə Rusiyada keçirilib və həmin forumda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib. Bu baxımdan, Bakıda keçiriləcək XI forumda iştirak etmək üçün Rusiya baş nazirinin ölkəmizə gəlməsi təbii qəbul olunmalıdır. Çünki qeyd etdiyim kimi, forumlarda bir qayda olaraq, hər iki ölkənin yüksək statuslu dövlət nümayəndələri təmsil olunurlar. Forum çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı hər hansı bir müzakirənin aparılacağını gözləmirəm. Forumun adından da göründüyü kimi, burada məqsəd Azərbaycanla Rusiyanın regionları arasında birbaşa iqtisadi və humanitar əlaqələrin genişləndirilməsindən ibarətdir. İkitərəfli təmaslarda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı müzakirələrin aparılacağı gözləniləndir. Amma indiki halda, xüsusilə də Ermənistan rəsmilərinin son bəyanatlarından sonra müzakirə predmeti ola biləcək hansısa yeni məqamların mövcudluğuna əmin deyiləm. Zənnimcə, Ermənistan hakimiyyətini və cəmiyyətini ciddi şəkildə sarsıda biləcək hansısa, ola bilsin ki, sadəcə, təzyiq xarakterli addımlar olmadan, prosesin sabit bir platformaya daşınması mümkün olmayacaq”.
Şəhla Cəlilzadə
Şəhla Cəlilzadə
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə rusiyalı baş nazirin qarşısında qaldırılmalı olan məsələlərə toxundu: “Mişustin hələ 1 il öncə, 2021-ci ilin may ayında Moskvada ölkəmizin baş naziri Əli Əsədov ilə görüşündə bildirmişdi ki, Rusiya və Azərbaycan arasında ticarət əlaqələri artır, hətta pandemiya dönəmi üçün 3,5% artımı yüksək nəticə olaraq vurğulamış, Azərbaycanda minədək rus investisiyalı şirkətlərin fəaliyyətini yüksək qiymətləndirmiş, həmçinin regionda nəqliyyat-kommunikasiya infrastrukturunun açılmasının hər bir tərəfin marağına xidmət etdiyini bəyan etmişdi. Görüş zamanı Rusiya-Azərbaycan regionlararası forumunun keçiriləcəyi də qeyd olunmuşdu. 2022-ci ilin 17 noyabrında nəzərdə tutulan forum artıq baş tutur. Sayca 11-ci olan bu forum iki ölkənin iqtisadi əlaqələrini daha da inkişaf etdirməyə hesablanıb. Bu cür forumların nəticəsidir ki, 2022-ci ilin oktyabr ayına olan məlumata əsasən Rusiyanın ölkəmizdəki investisiyaları artaraq 4,5 milyard dollara çatıb. Xüsusilə sayı 10 minə çatan qlobal sanksiyalardan əziyyət çəkən Rusiya üçün 22 fevral 2022-ci il tarixli Moskva bəyannaməsinə əsasən strateji tərəfdaş olan Azərbaycanla əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Burada, sadəcə, iqtisadi deyil, həm də siyasi məqamlar, o cümlədən Azərbaycanın BMT-də anti-Rusiya qətnamələrinə səsvermələrdə ənənəvi olaraq iştirak etmədiyi də diqqətə çatdırıla bilər. Rusiyanın Azərbaycanla əməkdaşlığa səmimi dəyər verdiyini elə Mişustin özü də dəfələrlə açıq şəkildə bəyan edib. Bu cür forumların kulislərində təbii ki, ictimaiyyətə açıqlanmayan siyasi motivli müzakirələr də yer ala bilər və budəfəki forum da istisna deyil.
Putinin Valday müzakirə klubunda və 31 oktyabrda Soçidəki çıxışları Azərbaycanda narahatlıq doğurub. Lakin Azərbaycan mövqeyində sərt və qətidir. Azərbaycanın Rusiya ilə bağladığı sazişlərə, götürdüyü öhdəliklərə sadiq qaldığı kimi, Rusiyanın da öz imzaladığı sənədlərə sadiq qalması, heç bir əlavə güzəşt tələbi olmadan 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlar altındakı imzalarına hörmətlərinin rəmzi olaraq Ermənistanı Azərbaycanla sülhə məcbur etmələri tələbinin Mişustin qarşısında da qaldırılması vacibdir. Odur ki, baş tutan intensiv danışıqların ilin sonunadək sülh müqaviləsinin imzalanmasına hesablandığını və əslində “güzəşt alveri” olduğunu təxmin edə bilərik. Rusiya Cənubi Qafqazda yerini möhkəmlətmək üçün bu danışıqların və son sazişin də məhz öz vasitəçiliyi ilə baş tutması üçün hər şeyi edir. Məsələn, Fransa 15 noyabr qətnaməsi ilə artıq Azərbaycanı itirib. Hazırda Rusiya bölgədə yeganə rəqibi ABŞ-ın qazanmaması, o cümlədən həm də imzalanacaq sülh müqaviləsindən sonra Ermənistanın özünə loyallığının qorunması üçün çalışır".musavat.com
Putinin Valday müzakirə klubunda və 31 oktyabrda Soçidəki çıxışları Azərbaycanda narahatlıq doğurub. Lakin Azərbaycan mövqeyində sərt və qətidir. Azərbaycanın Rusiya ilə bağladığı sazişlərə, götürdüyü öhdəliklərə sadiq qaldığı kimi, Rusiyanın da öz imzaladığı sənədlərə sadiq qalması, heç bir əlavə güzəşt tələbi olmadan 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlar altındakı imzalarına hörmətlərinin rəmzi olaraq Ermənistanı Azərbaycanla sülhə məcbur etmələri tələbinin Mişustin qarşısında da qaldırılması vacibdir. Odur ki, baş tutan intensiv danışıqların ilin sonunadək sülh müqaviləsinin imzalanmasına hesablandığını və əslində “güzəşt alveri” olduğunu təxmin edə bilərik. Rusiya Cənubi Qafqazda yerini möhkəmlətmək üçün bu danışıqların və son sazişin də məhz öz vasitəçiliyi ilə baş tutması üçün hər şeyi edir. Məsələn, Fransa 15 noyabr qətnaməsi ilə artıq Azərbaycanı itirib. Hazırda Rusiya bölgədə yeganə rəqibi ABŞ-ın qazanmaması, o cümlədən həm də imzalanacaq sülh müqaviləsindən sonra Ermənistanın özünə loyallığının qorunması üçün çalışır".musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar