Xəbər lenti
Azərbaycan-Ermənistan sərhədi haradan keçməlidir? – Şok faktlar
“Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya-demarkasiyasından söhbət gedirsə, Qərb və Rusiya 1920-ci ilin Qafqaz xəritəsinə qayıtmalıdır”.Manevr.az xəbər verir ki, bunu Bakı politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
Ekspert iki ölkə arasında gedən sülh danışıqlarındakı son gəlişmələrə diqqət çəkib:
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan son açıqlamasında iki ölkə arasında “qüvvədə olan delimitasiya haqqında sənəd” kimi 1929-cu il tarixini göstərib. Qriqoryan deyir ki, 1991-ci ildə SSRİ dağıldıqdan sonra Ermənistan 1929-cu ilə aid “sənəd”lə 29.8 min kvadrat kilometrlik ərazidə müstəqillik qazandı. Aydın məsələdir ki, Qriqoryan 1929-cu ilə aid və hüquqi qüvvəsi olan heç bir sənəd üzə çıxara bilməz. Onun bu açıqlamasının səbəbi faktı gizlətmək və danışıqlarda cığallıq etməkdir.

Zaur Məmmədov Rusiyanın bu prosesdə mövqeyinə də toxunub:
“Rusiya isə ən son xəritələr haqda danışarkən, 1974-cü il SSRİ xəritələrinə əsasən Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını gündəmə gətirmişdi. Vurğulamaq lazımdır ki, bu təklif Ermənistan tərəfinin də xoşuna gəlməmişdi. Belə ki, 1974-cü ildən sonra Azərbaycanla Ermənistan arasında de-fakto sərhəd dəyişikliyi baş verib ki, bu da SSRİ-nin sonrakı inzibati-siyasi xəritələrində öz əksini tapmayıb.
Yuxarıdakı deyilənləri nəzərə alaraq, 1991-ci il Almatı sammiti zamanı qəbul edilən sərhəd xətti ciddi sual qarşısında qalır. Belə ki, 1982-ci ildə Qazax rayonunun İcdar sahəsinin otlaqlarının, eləcə də Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsinin Ermənistana verilməsi qərara alınmışdı. 1984-86 cı illərdə isə İcdarın 2500 hektar otlaq sahəsi Ermənistana verilib.
Qeyd etmək lazımdır ki, 80-ci illərdə ərazilərin verilməsi ilə bağlı bütün qərarlar Azərbaycan SSR-in o vaxtkı rəhbərliyi tərəfindən təsdiqlənməyib. SSRİ-nin dağılmasından sonra isə Azərbaycanda hakimiyyətə qayıdan Prezident Heydər Əliyev Azərbaycan ərazilərinin Ermənistanın xeyrinə verilməsi ilə bağlı bütün addımları rəsmən qanunsuz elan edib.
Beləliklə, sovet dövründə 1920-ci ilin sonundan 1991-ci ilə qədər ərazilərimizin bir hissəsinin Ermənistana verilməsi qərarları qanunsuzdur və indiki məqamda bu məsələnin beynəlxalq arenada qabardılması mümkünsüz kimi görünməməlidir”.
Ekspert vurğulayıb ki, əgər söhbət Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsindən gedirsə, onda hər iki ölkənin 1920-ci ilə qədər olan sərhədlərinə baxmaq lazımdır:
“Aydın məsələdir ki, SSRİ dövründə sərhədlərin dəyişdirilməsi birtərəfli olub və qeyri-qanuni xarakter daşıyıb. Bu gün Rusiyanın özünün bir çox qonşu dövlətlərin sərhədlərini 1920-ci il kontekstində sual altına qoyduğu, Qərbin SSRİ-nin kommunist rejimini “qeyri-legitim” adlandırdığı bir zamanda Azərbaycanın delimitasiya ilə bağlı ən azı 1920-ci ilə qayıtması üçün tutarlı arqumentləri var.
Ermənistan 1920-ci ilin payızında bolşevik ittifaqına daxil olarkən 9 000 kvadrat kilometr əraziyə malik idi. Buna görə də Qərbin Ermənistanın ərazi bütövlüyü ilə bağlı həyəcanlanmasının heç bir hüquqi və məntiqi əsası yoxdur”./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































