Prezident İlham Əliyev Vətən Müharibəsindən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Ermənistan və Azərbaycan rəhbərlərinin Brüsseldə keçirilən görüşlərində dəfələrlə itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsini tələb edib. Lakin Ermənistan tərəfi hələ də Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş soydaşlarımızın taleyinə biganə yanaşaraq, onlarla bağlı məlumat verməkdən boyun qaçırır.
Azərbaycan tərəfi bu məsələni müxtəlif müstəvilərdə gündəmə gətirməyə çalışsa da, itkin vətəndaşlarımızın nakam taleyi müəmmalı olaraq qalır.
Mövzu ilə bağlı Modern.az-a danışan Kəlbəcərin deputatı deputat Aqil Məmmədov Ermənistanın təkcə 4 min azərbaycanlının taleyi məsələsində deyil, bütün məqamlarda məsuliyyətdən boyun qaçırdığını söyləyib.
Deputat qeyd edib ki, atəşkəsin pozulması, sülh sazişinin imzalanmasının ləngidilməsi, sərhədlərin hələ də müəyyənləşdirilməməsi, 10 noyabr sazişində nəzərdə tutulmuş maddələrin həyata keçirilməməsi – bütün bunlar Ermənistanın qeyri-konstruktiv mövqeyinin nəticəsidir:
“Ölkə başçısının dəfələrlə dediyi kimi, 4 minə yaxın azərbaycanlının taleyindən hələ də xəbər yoxdur. Prezident də qeyd edib ki, Ermənistan tərəfi məsələ ilə bağlı açıqlama vermək istəmir. Ermənilər açıq-aşkar beynəlxalq konvensiyaları pozurlar. Hesab edirəm ki, Ermənistan beynəlxalq qanunları pozursa, bağlanmış müqavilələrə hörmətsizlik edirsə, bu, nəinki özünə, eyni zamanda müqaviləni bağlayan dövlətlərə, təşkilatlara da hörmətsizlikdir. Təəssüf ki, beynəlxalq qurumlar və xarici dövlətlər də Ermənistana qarşı heç bir təzyiq mexanizmindən istifadə etmirlər. Buna görə, günahkar cəzasız qalır və daha da azğınlaşır. Beynəlxalq hüququn zəifliyi bu kimi halların artmasına gətirib çıxarır”
Xəbər lenti
Taleyi müəmmalı olan 4 min azərbaycanlı ilə bağlı TƏKLİFLƏR
Aqil Məmmədov onu da vurğulayıb ki, 1992-1993-cü illərdə Azərbaycanın 20 faiz torpağı işğal olunanda, Birləşmiş Millətlər Təşkilatı (BMT) dərhal qətnamə qəbul edib. Həmin sənədlərdə Ermənistan silahlı qüvvələrinin ərazilərdən çıxarılması göstərilirdi:

“Amma 30 ilə yaxın dövrdə bu qətnamələr yerinə yetirilmədi. BMT kimi nəhəng təşkilatın prinsiplərini Ermənistan ayaq altına aldı, ATƏT-in Minsk qrupu yaradıldı, heç bir iş görmədi, həmsədr ölkələr və nümayəndələri Ermənistana qarşı heç bir təsir mexanizmindən istifadə etmədilər. 30 ilə yaxın müddətdə Ermənistan bu qətnamələri yerinə yetimədiyinə, danışıqlar masasında konstruktiv mövqe sərgiləmədiyinə görə, Azərbaycan məcbur olaraq, hərbi güc hesabına bunun həyata keçirilməsini təmin etdi.
Hazırkı durumda da bütün güc Azərbaycanın özünün xarici, diplomatik siyasətinin üzərinə düşür. Bu istiqamətdə Azərbaycan dövlətinin yeritdiyi siyasət çox uğurludur. Fikrimcə, Ermənistan gec-tez Azərbaycana vurduğu ziyanı ödəyəcək. Rəsmi İrəvan itkin hesab olunan 4 min azərbaycanlının taleyi haqqında cavab verməlidir. İtkin düşənlərin yaxınlarının beynəlxalq məhkəmələrə müraciət etmək hüququ var. Amma bu mərkəzləşdirilmiş, sistemli şəkildə edilməlidir. Birlikdə addım atsalar, daha effektiv nəticə əldə olunar”.
Milli Məclisin Cəbrayıl rayonundan olan deputatı Ceyhun Məmmədov isə hesab edir ki, biz Birinci Qarabağ müharibəsində itkin düşən 4 min soydaşımızın taleyinin öyrənilməsi ilə bağlı səyləri davam etdirməliyik. Ölkə başçısının bu istiqamətdə mövqeyinin olduğunu vurğulayan deputatın sözlərinə görə, Xarici İşlər Nazirliyi, diplomatik korpus və Azərbaycan diasporu birgə iş aparmalıdır:
“Ermənilərin ifşa olunması üçün diaspor nümayəndələri də çalışmalıdır. Mən hesab edirəm ki, gələcəkdə insan hüquqları məhkəmələrinə müraciətlər etməliyik. Bir neçə gündür ki, Ermənistan Qərb mediasında ciddi manipulyasiya ilə məşğuldur. Guya Azərbaycan əsgərləri ermənilərə qarşı vəhşilik törədib və s. Bunlar fakt deyil. Amma bizim 4 min itkin soydaşımızın olduğu faktdır. 600-dan çox Xocalı sakini itkindir. Cəbrayılda Daşbaşında 23 nəfər ermənilər tərəfindən qətlə yetirilib. Bu kimi məqamları hər an danışıqlarda diqqətdə saxlamalıyıq. Ermənistanın məhkəməyə verilməsi prosesində xüsusilə itkinlərin yaxınları aktiv olmalıdır. Proseslərin nəticələri göstərir ki, ermənilər uzun illər bizə qarşı manipulyasiya ilə məşğul olacaqlar. Ermənistana qarşı qaldıracağımız iddialar çoxdur, tələb etməli olduğumuz haqqımız var. İstər informasiya müharibəsində, istərsə də beynəlxalq, hüquqi müstəvidə bunu qarşıya qoymalıyıq. Bizdə Ermənistanı məhkəməyə verən və təzminat ödətdirən Çıraqov qardaşları təcrübəsi var. Bu dəfə də müraciət edən azərbaycanlılar müsbət cavab ala bilərlər. Bu prosesdə hətta bir qədər gecikmişik. Ermənistanın həm məsuliyyətə cəlb edilməsi, həm də daim təzyiq altında saxlanması vacibdir”.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar